Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5097/2024 26.11.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qədirli Nigar Aftandil qızının sədrliyi, məhkəmə iclasının katibi Cavadov Rüfət Şahverən oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X1, qərardan şikayət verilən orqan – Bakı şəhər BPİ DYPİ-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, X1 Azərbaycan Respublikası Bakı şəhər DYPİ-nin xx.xx.2024-cu il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 xx.xx.2024-cu il tarixli, TP seriyalı, ******* saylı inzibati qərardan şikayətlə məhkəməyə müraciət edərək 20 sentyabr 2024-cü il tarixli, İXP ******* saylı protokola əsasən Bakı şəhəri, DYPİ-nin polis kiçik leytenantı X4 tərəfindən çıxarılmış 30 sentyabr 2024-cü il tarixli, TP ******* saylı Qərarın qanunsuz və əsassız olduğundan ləğv edilməsini və inzibati xəta haqqında işə yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməsinə dar qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi şikayətində və məhkəməyə verdiyi izahatında şikayətini onunla əsaslandırdı ki, idarə etdiyi “Mersedes Benz V-Klasse” minik markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilini 20 sentyabr 2024-cü il tarixində saat təqribən 23:40 radələrində Bakı şəhəri, Nizami rayonunun Çobanzadə küçəsində yerləşən restoranın qarşısında yolun hərəkət hissəsinin sağ, ən kənar, bordyuraya bitişik birinci hərəkət zolağında saxlamışdır. Arxadan gələn polis avtomobilindən düşüb ona yaxınlaşan polis əməkdaşı düzgün saxlamadığını bildirərək tərtib etdiyi protokolun bir nüsxəsini ona təqdim etmiş və düşünmüşdür ki, gecə vaxtıdır, qaranlıqdır, yəqin ki, haradasa qadağanedici yol nişanı vardır və o, bunu görməmiş, həmin nişanın tələbini pozmuşdur. Heç bir söz demədən ona təqdim edilmiş bir vərəqdən ibarət sənədi qəbul etmiş və maşınının arxa oturacağına ataraq oradan uzaqlaşmışdır. Evə gəlib ev şəraitində süni işıqlanmada sənədə baxarkən heç nə oxuya bilməmişdir. Çünki ona verilmiş sənədin nüsxəsi silinmiş, oxunması mümkün olmayan vəziyyətdə olmuşdur. O səbəbdən Bakı şəhər DYPİ-nə müraciət etmiş və İdarədən ona tərtib edilmiş protokolun oxunması mümkün olan surətini vermişlər. Yeni verilmiş sənədlə tanış olarkən məlum oldu ki, X3 adlı polis əməkdaşı barəsində İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında İXP ******* saylı, 20 sentyabr 2024-cü il tarixi ilə qeyd edilmiş Protokol tərtib etmişdir. Tərtib edilmiş protokola narazılığını bildirsə də, həmin protokol əsasında barəsində TP ******* saylı 30 sentyabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında Qərar qəbul edilmişdir. Qəbul edilmiş qərar tam qanunsuz və əsassız olduğundan ləğv edilməli və inzibati xəta haqqında işə yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməsinə dar qərar qəbul edilməlidir. Belə ki, göstərilən inzibati xətanı törətməmiş və törədilməsini təsdiq edən sübut növü mövcud deyildir. Belə ki, qərarın verilməsinə əsas olmuş Protokolda göstərilir ki, onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə nəzərdə tutulan "Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə" inzibati xəta törədilibdir. Lakin tərəfindən belə bir xətaya yol verilməmişdir. Yuxarıda da göstərdiyi kimi, o, yolun hətrəkət hissəsində saxlamış, lakin hərəkət hissəsinin lap kənarında, ikinci cərgədə yox, yolun lap kənarında- yolun bordyuraya toxunan yerində saxlamışdır. O səbəbdən hesab edir ki, barəsində inzibati xəta haqqında tərtib edilmiş protokol və onun əsasında İnzibati tənbeh vermə haqqında 30 sentyabr 2024-cü il tarixli qərar qanunsuz və əsassız olmuşdur. Beləliklə, qərarı alarkən, avtomobilini yolun hərəkət hissəsinin ikinci cərgəsində saxladığına və bu səbəbdən barəsində inzibati xəta haqqında protokol tərtib edildiyinə dair sübutlarla onu tanış etmələrini xahiş etsə də, ona hər hansı sübut təqdim olunmamışdır. Göründüyü kimi, qəbul edilmiş qərarla və qərarın qəbul edilməsinə əsas olmuş inzibati xəta haqqında protokolla inzibati xəta hadisəsinin mövcudluğu təsdiqini tapmır. Qeyd olunanlara əsasən şikayətin təmin edilməsini xahiş etdi. Qərarından şikayət verilən orqanın nümayəndəsi Nümayəndə məhkəmədə çıxış edərək verilmiş şikayətin əsassız olduğunu, qərarın qüvvədə saxlanılmasını xahiş etdi. Belə ki, təqdim etdiyi videogörüntüdə şikayətçinin nəqliyyat vasitəsini 2-ci cərgədə saxladığı müəyyən olunmuşdur. Hansı ki, qanunvericiliyə əsasən avtomobillərin 2-ci cərgədə durması qadağandır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2024-cu il tarixli, TP seriyalı, ******* saylı qərardan görünür ki, ünvan 1 ünvanında xx.xx.2024-cü il tarixdə saat 23:38 radələrində yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə, “Mercedes Benz V-Klasse” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi X2 Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsi ilə 80 manat məbləğində inzibati cərimə edilmişdir. Qərardan şikayət vermiş X2 tərəfindən dayanma qaydalarının pozulması işdə olan videogörüntü, qərar, protokol və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla öz təsdiqini tapmışdır. Belə ki iş materiallarına əlavə edilmiş videogörüntüyə əsasən müəyyən edilmişdir ki, sürücü “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 52ci maddəsinin İ hissəsinin tələblərini pozmuş, nəqliyyat vasitəsini yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə saxlamışdır. Belə ki, “Yol Hərəkəti haqqında” Qanunun 52-ci maddəsinin İ hissəsinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində - yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və ya durması qadağandır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin İ hissəsinin 1 və 2-ci hissələrinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Məhkəmə qeyd edir ki, X2 dayanma üçün müəyyən edilmiş tələbləri pozduğuna görə onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədildiyindən onun inzibati xətada təqsirli bilinməsi əsaslı hesab edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 xx.xx.2024-cu il tarixli, TP seriyalı, ******* saylı qərardan verdiyi şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-5097/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5097/2024
26.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver