Məhkəmə qərarları › İş №3(007)-5098/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5098/2024

28.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5098/2024 28.11.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X3 iclas katibliyi, qərardan şikayət verən X4 iştirakı ilə, X1 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN Baş X10 İdarəsinin xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətçi şikayətində və məhkəməyə verdiyi izahatında şikayətini onunla əsaslandırmışdır ki, o, xx.xx.2024-cü il tarixdə “X9” markalı minik maşını ilə Ü.Hacıbəyov küçəsi və Bülbül prospektinin kəsişməsində işıqforun yaşıl işığında hərəkətinə davam etmiş, lakin ondan qabaqda baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı avtomobillər dayandığı üçün nəqliyyat vasitəsini dayandırmaq məcburiyyətində qalmışdır. Bu hadisəyə görə o, 100 manat və 2 bal cərimə edilmişdir. Qeyd edilən halları və faktları nəzərə alaraq hesab edir ki, barəsində çıxarılan qərar tamamilə qanunsuzdur. Məhz bu səbəbdən qeyd edilən qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət verilmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmənin üzrlü səbəbləri barədə məlumat verərək (digər rayon məhkəməsinin icraatında olan məhkəmə iclasnda iştirak etməsi ilə bağlı) iş üzrə sübut əhəmiyyəti olan material təqdim edib işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Baş X10 İdarəsinin xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən X5 xx.xx.2024-cü il tarixdə Ü.Hacıbəyov küçəsi ilə Bülbül prospektinin kəsişməsində istifadəsində olan “X9” markalı ** RD *** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olan zaman yolayrıcını keçmə qaydalarını pozduğuna görə İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat cərimə edilmişdir. Beləliklə əvvəl protokol qəbul edilmiş, sonra həmin protokol əsasında da qərar qəbul olunmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, məhkəməyə təqdim edilən videogörüntü ilə şikayətçinin hərəkətdə olan zaman yolayrıcını keçmə qaydalarını pozması halı müəyyən edilə bilinmədiyindən, məhkəmə iclası zamanı nümayəndə iştirak etməməsi səbəbindən araşdırılması mümkün olmadığından AR-sı DİN Baş X10 İdarəsinin xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilərək, yenidən araşdırılması üçün Bakı şəhər Baş Polis İdarəsinin X10 İdarəsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X1 Azərbaycan Respublikası DİN Baş X10 İdarəsinin xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət qismən təmin edilsin, həmin qərar ləğv edilsin və yenidən araşdırılması üçün Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsinin X10 İdarəsinə qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar