Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-511/2023 07.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X3 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi X1 iştirakları ilə, xx.xx.1988-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olmuş, Ordubad rayonu, Vələvər ərazi dairəsi, Vələvər kəndi üvanında qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1, 333.1-ci maddələri ilə Bakı şəhər Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 11 yanvar 2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində “Toyota Prius” minik markalı ** EX *** saylı dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olan zaman təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etdiyi üçün saxlanılmış, yoxlama zamanı sürücü Şəxs sərxoş olduğu məlum olmuşdur. Bununla da o, İXM-in 329.1, 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində 11 yanvar 2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs məhkəməyə verdiyi izahatında inzibati xəta törətmədiyini boynuna alaraq, qanunu pozduğunu bildirdi. Göstərdi ki, hadisə zamanı içkili vəziyyətdə olmuşdur, və peşmandır. Barəsindəki yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Protokol tərtib etmiş tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi X4 məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs 11 yanvar 2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində “Toyota Prius” minik markalı ** EX *** saylı dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olan zaman təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etdiyi üçün saxlanılmışdır. Həmçinin, aparılmış yoxlama zamanı onun sərxoş olduğu məlum olmuşdur. İXM-in 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi inzibati xəta kimi müəyyən edilmişdir. İXM-nin 329.1-cü maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə inzibati xəta müəyyən edilmişdir. İş materiallarında olan 11 yanvar 2023-cü il tarixli, 2/670 saylı “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Şəxs alkoqol sərxoşluğu vəziyyəti müəyyən edilmişdir. Bununla da Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş 11 yanvar 2023-cü il tarixli, İXP ******* saylı protokol, 11 yanvar 2023-cü il tarixli, 2/670 saylı “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Həsənov X2 Xətalar Məcəlləsinin 329.1, 333.1-ci maddələri ilə təqsirli bilinərək, 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-511/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-511/2023
07.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver