Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5140/2023 18.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Nigar Aftandil qızı Qədirlinin sədrliyi, X5 iclas katibliyi ilə, Qərardan şikayət vermiş X3 və qərarından şikayət verilmiş – Bakı şəhəri DİN Bakı şəhəri BPİ DYPİ-nin nümayəndəsi X4 iştirakları ilə, inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN Bakı şəhəri DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində hərəkətdə olarkən X13 İdarəsinin yol patrul xidməti inspektoru polis baş serjantı Elvin Səfərov tərəfindən saxlanılaraq cərimə edilmiş, həmin inzibati xəta haqqında protokolla (İXP5658112) razılaşmayaraq qərardan online qaydada şikayət etmişdir. xx.xx.2023-cü il tarixdə yaşadığı ünvana gələn poçt vasitəsilə Bakı şəhər DYPİ-nə dəvət edilmiş, həmin gün oraya getsə də, işinə düzgün baxılmamış, ona heç bir əsaslı fakt göstərən məsul şəxs belə müəyyən olmamışdır. Daha sonra tanımadığı nömrədən zəng olunaraq yenidən gəlməyi xahiş olunmuş, həmin gün yaxınlaşa bilməyəcəyini və məktubla göstərilən vaxtda Bakı şəhər DYPİ-nə yaxınlaşanda işinə doğru-düzgün baxılmadığını bildirmişdir. xx.xx.2023-cü ildə Bakı şəhəri DYPİ-dən protokolun qərarlı olması ilə bağlı məktub aldıqdan sonra qəbul olunmuş qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən X2 izahatında bildirdi ki, sözügedən qərar əsassız olaraq qəbul olunmuşdur. Belə ki, qərar yol nişanının tələblərinə riayət edilməməsinə görə qəbul olunmuşdur. Lakin həmin ərazidə yol nişanı aydın görünmür, ona görə inzibati xətanı törətmişdir. Qeyd olunanlara əsasən qərarın ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri DİN Bakı şəhəri BPİ DYPİ-nin nümayəndəsi X7 izahatında göstərmişdir ki, X6 tərəfindən inzibati xətaya yol verilmiş, bu səbəbdən barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş və protokol əsasında qərar qəbul olunmuşdur. Həmçinin həmin ərazidə yol nişanı aydın görünür, X11 rayonu ərazisində yaşadığından həmin yoldan dəfələrlə istifadə etmiş və həmin yoldan dəfələrlə keçmişdir. Törədilmiş inzibati xəta hadisəsinin görüntülərinin qeyd olunduğu CD diski məhkəməyə təqdim edərək şikayətin təmin olunmamasını xahiş etdi. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan DİN Bakı şəhəri DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarına əsasən X6 xx.xx.2023-ci il tarixdə özünə məxsus **-VK-*** dövlət qeydiyyat nişanlı “Kia Rio” minik markalı avtomobil ilə Bakı şəhəri, Q.Qarayev prospekti, 51/57 ünvanında yol nişanlarının tələblərinə riayət edilməməsinə görə İXM-in 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat cərimə edilmişdir. Həmin qərar xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmişdir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, iş materiallarında olan yuxarıda qeyd edilən inzibati xəta haqqında iş üzrə protokol və qərara əsasən şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilir. İş materiallarında olan və həmçinin sonradan məhkəməyə təqdim edilmiş CD diskə məhkəmə iclası zamanı baxış keçirilərkən müəyyən edilmişdir ki, şikayətçi tərəfindən həmin inzibati xəta həqiqətən törədilmişdir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da protokolla da müəyyən edilir ki, şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-nin yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası DİN Bakı şəhəri DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərardan verdiyi şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-5140/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5140/2023
18.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver