Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5146/2023 23.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, məhkəmə iclas katibi Qurbanov Ramil Firdun oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və Radioloji Tənzimlənməsi üzrə Dövlət Agentliyi rəis müavini X4, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və X3 Hüquqi Şəxsin nümayəndəsi X5 iştirakları ilə, Şikayətçi Səhiyyə Nazirliyi Respublika Gigiyena və X3 Hüquqi Şəxsin direktoru Sara Həsənovanın inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şikayətçi Səhiyyə Nazirliyi Respublika Gigiyena və X3 Hüquqi Şəxsin direktoru Sara Həsənova Azərbaycan Respublikası Fövqəladə Hallar Nzairliyi Nüvə və Radioloji Tənzimlənməsi üzrə Dövlət Agentliyi tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2023cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın tamamilə ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayətində göstərmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Nüvə və X1 üzrə Dövlət Agentliyi (bundan sonra - Agentlik) tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” X8 (bundan sonra - Mərkəz) 21-25 avqust 2023-cü il tarixində aparılmış planlıyoxlama zamanı müəssisə barəsində inzibati xəta haqqında 22 avqust 2023-cü il MN ******* №-li protokol tərtib edilmiş, daha sonra həmin protokol əsasında agentlik tərəfindən inzibati tənbeh vermə haqqında 31 avqust 2023-cü il tarixli MN ******* nömrəli qərar qəbul edilmişdir. Belə ki, Agentlik tərəfindən Mərkəzdə 21-25 avqust tarixlərində aparılmış yoxlama materialları əsasında 22 avqust 2023-cü il P-23/191 №-li yoxlama aktı tərtib edilmişdir. Həmin yoxlama zamanı yoxlanılacaq suallardan 14, 15, 25, 31, 57, 75, 78 (yoxlama şüalarının ümumi siyahısından sualların nömrəsi) barədə pozuntular aşkar edilmişdir. Daha sonra İXM-in 268.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib olunmuş və müəssisənin baş direktoru Sara Həsənova vəzifəli şəxs kimi 31 avqust 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla 2500 manat məbləğində cərimə edilmişdir. Aşağıdakı prosessual və maddi hüquq normalarını pozmaqla Agentlik tərəfindən qəbul edilmiş 31 avqust 2023-cü il tarixli MN ******* nömrəli qərar qanunsuzdur və ləğv edilməlidir. Belə ki, Agentlik apardığı yoxlama prosesini, sualların tərtib olunması və digər sənədləşmə işlərini “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) müddəalarına uyğun olaraq həyata keçirir. Lakin Agentlik yoxlamanın əvvəlindən ilk pozuntuya xəbərdarlıq etmə qaydasının tələblərinə riayət etməməklə yol vermişdir. Belə ki, Qanunun 1.1.5-ci maddəsinə əsasən plan üzrə (növbəti) yoxlama - risklərin idarə olunması sisteminə və yoxlamaların aparılmasının bu Qanunla müəyyənləşdirilmiş dövriliyinə uyğun olaraq əvvəlcədən tərtib olunan yoxlama planı əsasında aparılan yoxlamadır. Qanunun 17.3-cü maddəsinə əsasən yoxlayıcı orqan tərəfindən plan üzrə (növbəti) yoxlamanın başlanmasına ən azı beş iş günü qalmış sahibkara yoxlamanın aparılması haqqında qərarın surəti, həmçinin yoxlama zamanı sahibkarın və yoxlayıcı orqanın hüquq və vəzifələrinin izahı göndərilir və həmin məlumatların (sənədlərin) surəti yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış sahibkarlar üçün göndərildiyi andan açıq olmalıdır. Agentlik tərəfindən Mərkəzdə 2023-cü il avqust ayının 21-25 tarixlərində planlı yoxlamanın aparılması barədə xx.xx.2023-cü il tarixdə Q-23/191 nömrəli Qərar qəbul edilmişdir. Həmin qərarın Mərkəzə göndərilməsi barədə Agentliyin 3-18-25/2-2758/2023 nömrəli məktubunun üzərində xx.xx.2023-cü il tarixi qeyd olunmağına baxmayaraq həmin məktub və yoxlama qərarı yoxlamanı aparan əməkdaşları tərəfindən yoxlamaya başladıqları gün, yəni xx.xx.2023-cü il tarixdə Mərkəzə təqdim olunmuşdur. Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmişdigər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Qeyd olunan normaların sahibkarlarla bağlı olan münasibətlərin tənzimlənməsinə baxmayaraq Agentlik tərəfindən publik hüquqi şəxs barəsində tətbiq edilməsini bu sahədə tənzimləyici digər normativ hüquqi akt olmadığından mümkün sayırıq. Lakin Agentlik bu normaları tətbiq edərkən yalnız özünə sərf edən hissədə deyil bütün aidiyyəti hissədə qanunun tələblərinə riayət etməlidir. Göstərilən münasibətlərin tənzimlənməsi zamanı “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 13-cü maddəsi nəzərə alınmalıdır. Bundan əlavə bildiririk ki, 22 avqust 2023-cü il tarixli MN ******* №-li protokol iləəlaqədar olaraq radiasiya təhiükəsizlinin pozulması faktları üzrə inzibati xəta haqqında işin baxılması 31 avqust 2023-cü il tarixinə təyin olunmuş və 23 avqust 2023-cü il tarixində Mərkəzə 3-18-25/2-2935/2023 nömrəli bildiriş gödərilmişdir. Qeyd olunmuş vaxtda Mərkəzin qanuni nümayəndəsi Agentlikdə olmuş, işə agentliyin rəsi Nicat Əliyevin (qeyri rəsmi iştirak edərək), rəis müavini Əkbər Quliyevin və hüquq və texniki normativ şöbəsinin böyük məsləhətçisi Çinarə Məlikovanın iştirakı ilə baxılmışdır. İşin baxılması zamanı Mərkəzin qanuni nümayəndəsi iş üzrə sübutları təqdim etmək istəsə də Agentliyin rəisi Nicat Əliyev öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Mərkəzin qanuni nümayəndəsinə prossesual hüquqlarının həyata keçirilməsi üçün imkan verməmişdir. İlkin olaraq nümayəndə iş üzrə sübutlar təqdim etmək istəsə də Nicat Əliyev və işdə iştirak edən digər şəxslər ona mane olmuş, birtərəfli qaydada işə baxılmış, onunla kobud rəftar edərək, tərtib etdikləri protokolu Mərkəzin nümayəndəsi imzalamadığı üçün qınamışlar və çıxış etməsinə imkan verilməmişdir. Nümayəndə bundan narazılığını bildirəndə isə qanunsuz olaraq nümayəndən otağı tərk etməyi tələb edilmişdir. Mərkəzdə aparılan yoxlama zamanı yoxlayıcı orqan qanunsuz olara tərtib etdiyi 22 avqust 2023-cü il tarixli MN ******* №-li protokola əsasən müəyyən edilib ki, X2 Mənbələri ilə iş zamanı radiasiya təhlükəsizliyi təmin edilmir. Buna əsas kimi qeyd edilib ki, Cs 137 mənbəsi ölkəyə verilmiş icazə əsasında gətirilməyib. Həmin protokol əsasında da 31 avqust 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar çıxarılmışdır. İş üzrə materiallardan görünür ki, Cs 137 mənbəsi ölkə 22 aprel 2016-cı il tarixli gömrük bəyənnaməsi ilə gətirilib. Cs 137 mənbəsini ölkəyə idxal edən "xxxx" MMM xx.xx.2023-cü il tarixli 05/09-1 nömrəli məktubunda bildirmişdir ki, **********4835(AA0001459) saylı xx.xx.2016-cı il tarixli Gömrük Bəyannaməsi ilə ATOMTEX SPE BELARUS-un istehsalı olan MKS AT 1315 spektrometri idxal olunaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” X9 təhvil verilmişdir. Həmin sorğuya cavab məktubunda bildirilir ki, idxalı zamanı cihazın kalibrasiva olunması ücün kiçik aktivlikli Cs- 137 mənbəyi üçün hər hansı bir icazə tələbi irəli sürülməmişdir. Sözü gedən protokolda qeyd edilən Cs137 radioaktiv mineralı üçün icazə tələb olunmadığına görə gömrükdən buraxılıb. Göründüyü kimi Cs 137 mənbəsi ölkəyə Mərkəz tərəfindən deyil "xxxx" MMM tərəfindən idxal olunub, həmin mənbə ölkəyə rəsmi qaydada gömrük qanunvericiliyinin tələblərinə uyğun idxal olunub, həmin mənbə əsas cihazın kalibrasiya olunmasında istifadə olunur və kiçik aktivlikli olduğuna görə onun idxalı üçün xüsusi icazə tələb olunmur, həmin mənbənin ölkəyə idxalından 7 ildən artıq müddət keçib və bundan əvvəllər Agentlik tərəfindən aparılan yoxlamalar zamanı onun ölkəyə idxalının qanuniliyi ilə bağlı hər hansı bir irad bildirilməyib. Agentliyin 22 avqust 2023-cü il tarixli MN ******* №-li protokolunda radiasiya təhlükəsizliyinin təmin edilməməsi (Cs 137 mənbəsinin ölkəyə icazəsiz idxalı) ilə bağlı iradın yazılmasına baxmayaraq 31 avqust 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda Mərkəz tərəfindən Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixli 758 nömrəli Fərmanının 3-cü hissəsinin pozuntusuna yol verildiyi aşkar olunub bildirilib. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən Mərkəzə “Radioaktiv maddələrdən istifadə ilə əlaqədar” 3 il müddətinə xx.xx.2020-ci il tarixli ******* nömrəli (q/n 00702-D/2020) Xüsusi İcazə verilmişdir. Mərkəzə verilən xüsusi icazənin müddəti xx.xx.2023-cü il tarixinədək qüvvədə olduğu halda 31 avqust 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda xüsusi icazənin olmaması ilə bağlı Mərkəz tərəfindən inzibati xətənanın törədilməsinin qeyd edilməsi qərəzli və qanunsuzdur. Bundan əlavə “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ-də radioaktiv mənbəli qurğularla istifadə ilə əlaqədar işlər respublikada mövcud olan qanunvericiliyin tələblərinə uyğun aparılması barədə 24 yanvar 2023-cü il tarixində Agentliyin rəisi Nicat Əliyev tərəfindən imzalanmış “İonlaşdırıcı şüa mənbələrindən istifadə edən müəssisə və təşkilatların radioloji-gigiyenik Pasportu” verilmişdir. Həmin Pasport verilərkən Mərkəzə verilən Xüsusi icäZƏ və"Cs 137 mənbəsinin istifadə olunması nəzərə alınmışdır. Göründüyü kimi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyininin Nüvə və X1 üzrə Dövlət Agentliyinin əməkdaşları tərəfindən 22 avqust 2023-cü il tarixli MN ******* №-li protokol qanunsuz və əsassız tərtib edilmiş və inzibati tənbeh vermə haqqında 31 avqust 2023-cü il tarixli MN ******* №-li qərarı qanunsuzdur, hüquqi əsası yoxdur və ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən şikayətçi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və X3 Hüquqi Şəxsin nümayəndəsi X6 məhkəmə iclasında bildirdi ki, 22 avqust 2023-cü il tarixli MN ******* №-li protokol əsasında 31 avqust 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar çıxarılmış və müəyyən edilmişdir ki, X2 Mənbələri ilə iş zamanı radiasiya təhlükəsizliyi təmin edilmir, həmçinin Cs 137 mənbəsi ölkəyə müvafiq icazə olmadan gətirilmişdir. İş materiallardan görünür ki, Cs 137 mənbəsi ölkəyə 22 aprel 2016-cı il tarixli gömrük bəyənnaməsi ilə gətirilib. "xxxx" MMM tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli 05/09-1 nömrəli məktubda bildirilmişdir ki, xx.xx.2016-cı il tarixli Gömrük Bəyənnaməsi ilə ATOMTEX SPE BELARUS-un istehsalı olan MKS AT 1315 spektrometri idxal olunaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” X9 təhvil verilmişdir. Həmçinin qeyd olunur ki, idxalı zamanı hər hansı bir icazə tələbi irəli sürülməmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən Mərkəzə “Radioaktiv maddələrdən istifadə ilə əlaqədar” 3 il müddətinə xx.xx.2020- ci il tarixli Xüsusi İcazə və “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ-də radioaktiv mənbəli qurğularla istifadə ilə əlaqədar işlərin Respublikada mövcud olan qanunvericiliyin tələblərinə uyğun aparılması barədə 24 yanvar 2023-cü il tarixində “İonlaşdırıcı şüa mənbələrindən istifadə edən müəssisə və təşkilatların radioloji-gigiyenik Pasportu” verilmişdir. Həmin Pasport verilərkən Mərkəzə verilən Xüsusi icazə və Cs 137 mənbəsinin istifadə olunması nəzərə alınmışdır. Qeyd olunanlara əsaslanaraq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyininin Nüvə və X1 üzrə Dövlət Agentliyinin 31 avqust 2023-cü il tarixli MN ******* №-li Qərarının ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Qərarından şikayət verilən orqan - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və Radioloji Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəis müavini X4 bildirmişdir ki, qeys olunan mənbənin ölkəyə idxal edilməsi və istifadəsi üçün xüsusi icazə tələb olunduğu halda mərkəz tərəfindən müvafiq pozuntular aşkar edilmiş, bununla bağlı Mərkəzin baş direktoru barəsində protokol və onun əsasında inzibati tənbeh verməyə dair qərar çıxarılmışdır. Belə ki, bununla bağlı icazə alınması üçün Nazirlər Kabinetinə müraciət olunmalı və müvafiq qurumlar tərəfindən verilmiş rəy əsasında Cz 137 mənbəsi ilə istifadəyə icazə verilməlidir. Nüvə və Radioloji Tənzimlənməsi üzrə Dövlət Agentliyi tərəfindən verilmiş 24 yanvar 2023-cü il tarixli pasport və xx.xx.2020- ci il tarixlili Xüsusi icazə ilə bağlı müvafiq araşdırma aparıldığını qeyd edərək Səhiyyə Nazirliyi Respublika Gigiyena və X3 Hüquqi Şəxsin direktoru Sara Həsənova barəsində çıxarılmış inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılmasını, şikayətin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə izahatı dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMM tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli 05/09-1 nömrəli məktubda bildirilmişdir ki, ATOMTEX SPE BELARUS-un istehsalı olan MKS AT 1315 spektrometri **********4835(AA0001459) saylı xx.xx.2016-cı il tarixli Gömrük Bəyənnaməsi ilə idxal olunaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” X9 təhvil verilmişdir. Həmçinin qeyd olunur ki, idxalı zamanı hər hansı bir xüsusi icazə tələbi irəli sürülməmişdir. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən Mərkəzə “Radioaktiv maddələrdən istifadə ilə əlaqədar” 3 il müddətinə xx.xx.2020- ci il tarixli Xüsusi İcazə və “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ-də radioaktiv mənbəli qurğularla istifadə ilə əlaqədar işlərin Respublikada mövcud olan qanunvericiliyin tələblərinə uyğun aparılması barədə 24 yanvar 2023-cü il tarixində “İonlaşdırıcı şüa mənbələrindən istifadə edən müəssisə və təşkilatların radioloji-gigiyenik Pasportu” verilmişdir. Həmin Pasport verilərkən Mərkəzə verilən Xüsusi icazə və Cs 137 mənbəsinin istifadə olunması nəzərə alınmışdır. Həmçinin mərkəz barəsində 31 avqust 2023-cü il tarixli inzibati tənbeh verilmə barədə qərar çıxarılan zaman xx.xx.2020-ci il tarixli Xüsusi İcazə qüvvədə olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Fövqəladə Hallar Nazirliyi Nüvə və Radioloji Tənzimlənməsi üzrə Dövlət Agentliyi tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərar qanunsuzdur, inzibati tənbeh verilmə barədə qərar çıxarılan zaman xx.xx.2020-ci il tarixli Xüsusi İcazənin qüvvədə olubolmaması məsələsi araşdırılmalı, beləliklə şikayət qismən təmin edilməli, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” X9 verilmiş “Radioaktiv maddələrdən istifadə ilə əlaqədar” xx.xx.2020-ci il tarixli Xüsusi İcazənin qüvvədə olduğu vaxtda inzibati tənbeh verilmə barədə qərarın çıxarılması ilə bağlı hallar araşdırılmalı olduğundan qərar ləğv edilərək Fövqəladə Hallar Nazirliyi Nüvə və Radioloji Tənzimlənməsi üzrə Dövlət Agentliyinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Şikayətçi Səhiyyə Nazirliyi Respublika Gigiyena və X3 Hüquqi Şəxsin direktoru Sara Həsənovanın Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və Radioloji Tənzimlənməsi üzrə Dövlət Agentliyi tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2023cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət qismən təmin edilsin, həmin qərar ləğv edilsin və yenidən araşdırılması üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və Radioloji Tənzimlənməsi üzrə Dövlət Agentliyinə qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-5146/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5146/2023
23.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver