Məhkəmə qərarları › İş №3(007)-5153/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5153/2023

09.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5153/2023 09.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X4 iclas katibliyi, barəsində inizbati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi – “Arbitrium” vəkil bürosunun vəkili Vəkil, protokol tərtib edən şəxs Bakı şəhəri Nizami rayon Polis İdarəsi 25-ci Polis Şöbəsinin sahə inspektoru Əli Məmmədovun, AR DİN-nin Bakı şəhəri Nizami RPİ DYPŞ YPX inspektorları X2, X3, X5 iştirakları ilə, xx.xx.2000-ci il tarixdə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Bakı şəhəri Nizami rayon Polis İdarəsi 25-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs, xx.xx.2023.2023-cü il tarixdə, saat təxminən 17:15 radələrində Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi yaxınlığında dostu X1 idarə etdiyi “KİA” Markalı ** NH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi YPX əməkdaşları tərəfindən qayda pozuntusuna yol verdiyi üçün saxlanılan zaman vətəndaş özünün idarə etdiyi nəqliyyat vasitəsindən düşərək polis əməkdaşlarına yaxınlaşmış, səs-küy salaraq, inzibati sənədləşmənin aparılmasına maneçilik törətmişdir. Beləliklə AR DİN-nin Bakı şəhəri Nizami RPİ-nin DYPŞ YPX əməkdaşlarının qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da o, protokolu tərtib etmiş səlahiyyətli şəxsin mövqeyinə görə İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsi 25-ci Polis Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol tərtib etmiş 25-ci Polis Şöbəsinin sahə inspektoru Əli Məmmədov məhkəməyə verdiyi izahatında bildirdi ki, vətəndaş Şəxs dostu X1 idarə etdiyi “KİA” Markalı ** NH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi YPX əməkdaşları tərəfindən qayda pozuntusuna yol verdiyi üçün saxlanılan zaman vətəndaş özünün idarə etdiyi nəqliyyat vasitəsindən düşərək polis əməkdaşlarına yaxınlaşmış, səs-küy salaraq polisin qanuni tələblərini yerinə yetirməmişdir. Bu zaman həmin şəxs polis əməkdaşları tərəfindən 25-ci Polis Şöbəsinə gətirilmiş və orada tərəfindən İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən AR DİN-nin Bakı şəhəri Nizami RPİ DYPŞ YPX inspektoru X6 çıxış edərək bildirdi ki, xx.xx.2023.2023-cü il tarixdə, saat təxminən 17:15 radələrində Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi yaxınlığında vətəndaş Şəxs dostu X1 idarə etdiyi “KİA” Markalı ** NH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi YPX əməkdaşları tərəfindən qayda pozuntusuna yol verdiyi üçün saxlanılan zaman, vətəndaş səs-küy salaraq inzibati sənədləşmənin aparılmasına maneçilik törətmiş, ətrafdakı insanların diqqətini cəlb edərək, onların işinə maneçilik törətmişdir. Həmçinin həmin şəxs tərəfindən polisə qarşı kobud ifadələr işlədilmişdir. Bu səbəbdən həmin şəxsin tərəflərindən 25-ci Polis Şöbəsinə aparılması təmin edilmiş, Şəxs barəsində İXM-nin 535.1-ci maddəsi ilə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs çıxış edərək bildirdi ki, hadisə baş verən gün o və dostu Rasim Tağızadə ortaq dostlarının toy məclisinə gedərkən dostu Rasim Tağızadə polis əməkdaşları tərəfindən saxlanılmış, sənədləri tələb edilmiş və bu səbəbdən onlar arasında söz-söhbət yaranmışdır. Lakin onun tərəfindən polis əməkdaşına qarşı hər hansısa tabesizlik olmamış, əksinə polis əməkdaşı tərəfindən kobud rəftara məruz qalmışdır. Barəsində tərtib edilmiş protokol əsassız və qanunsuzdur. Odur ki, inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil məhkəmə iclasında çıxış edərək bildirdi ki, barəsində inizbati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi yoxdur, onun tərəfindən polis əməkdaşlarının qanuni tələblərinə tabesizlik göstərilməmişdir. Polis tərəfindən tərtib edilmiş protokol əsassız və qanunsuzdur. Şəxsin həmin əməli törətməsi ilə bağlı polis əməkdaşlarının heç bir sübutu yoxdur. Əksinə polis əməkdaşı vətəndaşla kobud rəftar etmiş, onun əynində olan qayışını dartaraq yararsız vəziyyətə salmış, həmçinin şəxsin əlində olan telefonu itələyərək yerə salmış, beləliklə telefonun ekranı tamamilə yararsız vəziyyətə düşmüşdür. Eyni zamanda qeyd etdi ki, barəsində icraat aparılan şəxsin müdafiə hüququ pozulmuş, belə ki, tutulduğu andan müdafiəçi ilə təmin edilməmişdir. Şəxsin Azərbaycan Respublikası X8 İdarəçilik Akademiyasının bakalavr və magistr dərəcəsini bitirməsini, halhazırda elmi işlə məşğul olmasını, həmçinin onun hərəkətlərində inzibati xəta tərkibinin əlamətlərinin olmamasını nəzərə laraq inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan AR DİN-nin Bakı şəhəri Nizami RPİ DYPŞ YPX inspektorları X6, X7, X9 tərəfindən xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsinin ünvanına tərtib edilmiş raportda göstərilir ki, Şəxs, xx.xx.2023.2023-cü il tarixdə, saat təxminən 17:15 radələrində Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi yaxınlığında dostu X1 idarə etdiyi “KİA” Markalı ** NH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi YPX əməkdaşları tərəfindən qayda pozuntusuna yol verdiyi üçün saxlanılan zaman vətəndaş özünün idarə etdiyi nəqliyyat vasitəsindən düşərək polis əməkdaşlarına yaxınlaşmış, səs-küy salaraq, onları məsxərəyə qoymuş, inzibati sənədləşmənin aparılmasına maneçilik törətmişdir. Lakin raportda və protokolda qeyd olunan hərəkətlərin şəxs tərəfindən törədilməsinə dair hər hanısa sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında barəsində icraat aparılan şəxsin müdafiəçisi tərəfindən təqdim edilmiş CD diskə baxış keçirilən zaman raportda və protokolda qeyd olunanalar öz əksini tapmamışdır. Məhkəmə qeyd edir ki, protokol tərtib etmiş şəxsin müəyyən etdiyi və protokolda göstərdiyi hərəkətlər İXM-in 535.1-ci maddəsinin tərkibini yaratmır. Çünki İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. Lakin şəxsin təqsirləndirildiyi əməl kimi göstərilmiş və şəxsə qarşı İXM-nin 535.1-ci maddəsi üzrə tərtib edilmiş protokolda, göstərilmiş əməldə inzibati xəta tərkibinin mövcud olması sübut olunmur. İş materiallarında olan protokoldan, raportdan, Şəxs məhkəməyə verdiyi ifadəsindən bəlli olur ki, Şəxs polis əməkdaşlarına tabesizlik nümayiş etdirməmiş, fiziki olaraq hər hansısa müqavimət göstərməmişdir. Bununla da protokolda göstərilən əməldə İXM-nin 535.1-ci maddəsində müəyyən edilmiş inzibati xəta tərkibi mövcud deyildir. Belə olduğu təqdirdə İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs inzibati xətanın törədilməsində təqsirli hesab edilməsi və inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) sübuta yetirilmədiyindən, bununla da onun hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz, ona görə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs dərhal məhkəmə zalında həbsdən azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar