Məhkəmə qərarları › İş №3(007)-5156/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5156/2024

05.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5156/2024 05.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X5 iclas katibliyi, Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru X4, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Zəngilan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Zəngilan rayonu, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X13 baş mühəndisi vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2yan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Bakı şəhəri Nizami rayonu İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-78/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, Bakı şəhəri 15 saylı Notariat Kontorunun Dövlət notariusu İ.X.Mütəllimov tərəfindən təsdiq edilmiş və reyestrdə 29-10031 nömrə ilə qeydə almış X1 adına verilmiş 18 avqust 2001-ci il tarixli etibarnamənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Şərifli küçəsindəki 600 kv.metr torpaq sahəsində (yer № 27) inşa edilmiş 9/27 saylı fərdi yaşayış evinə dair Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli, Seriya FM № 012129 saylı Qeydiyyat Vəsiqəsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Şərifli küçəsindəki 600 kv.metr torpaq sahəsində (yer № 27) inşa edilmiş 9/27 saylı fərdi yaşayış evinin satılmasına dair X2 ilə X3 arasında Bakı şəhəri 11-ci Dövlət Notariat Kontorunda bağlanılmış və reyestrdə 4Ə-295 nömrə ilə qeydə alınmış xx.xx.2002-ci il tarixli 169117 nömrəli müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsindəki 2593-cü məhəllədə 600 kv.metr torpaq sahəsi (yer № 27) üzərində Zərərçəkmiş şəxs mülkiyyət hüquqlarının bərpa edilməsi və mülkiyyət hüququna yaradılan maneələrin aradan qaldırılması qət edilmişdir. Lakin, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X13 baş mühəndisi vəzifəsində işləyən Şəxs üzərinə qoyulmuş həmin vəzifəni icra etməmişdir. Borclu icra sənədində göstərilən tələbi icra etmir və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Beləliklə də borclu icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Bununla Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Nizami rayon icra şöbəsinin icra məmuru X9 tərəfindən xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, icra sənədində qeyd olunan əraziyə dair şəhadətnaməyə uyğun olaraq plan ölçüsü verilmişdir. Vətəndaşa məxsus torpaq sahəsi Nizami rayonu, Şərifli küçəsi 2593-cü məhəllədə yerləşən torpaq sahəsidir. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru X6 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, tələbkara məxsus torpaq sahəsi şəhadətnamə və plan ölçüsü verilmiş torpaq sahəsi deyil, ondan 100 metr kənarda yerləşən torpaq sahəsidir. Şəhadətnamə verilən torpaq sahəsi hal-hazırda mövcud deyil. Həmin torpaq sahəsi başqa obyektin altında yerləşir. Tələbkara məxsus torpaq sahəsi başqa şəxslərə satıldığından icra sənədi illərdir ki, Şəxs tərəfindən icra edilmir. Zərərçəkmiş şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, ona məxsus və icra sənədində qeyd olunan torpaq sahəsi şəhadətnamə verilmiş torpaq sahəsindən 100 metr aralıda yerləşir. Ramiz Babyev illər öncə ona məxsus torpaq sahəsini başqa şəxslərə satmış, bu səbəbdən də hal-hazırda məhkəmə qətnaməsinin icrasından boyun qaçırır. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-78/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədindən görünür ki, Bakı şəhəri 15 saylı Notariat Kontorunun Dövlət notariusu İ.X.Mütəllimov tərəfindən təsdiq edilmiş və reyestrdə 29- 10031 nömrə ilə qeydə almış X1 adına verilmiş 18 avqust 2001-ci il tarixli etibarnamənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Şərifli küçəsindəki 600 kv.metr torpaq sahəsində (yer № 27) inşa edilmiş 9/27 saylı fərdi yaşayış evinə dair Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli, Seriya FM № 012129 saylı Qeydiyyat Vəsiqəsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Şərifli küçəsindəki 600 kv.metr torpaq sahəsində (yer № 27) inşa edilmiş 9/27 saylı fərdi yaşayış evinin satılmasına dair X2 ilə X3 arasında Bakı şəhəri 11-ci Dövlət Notariat Kontorunda bağlanılmış və reyestrdə 4Ə-295 nömrə ilə qeydə alınmış xx.xx.2002-ci il tarixli 169117 nömrəli müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsindəki 2593-cü məhəllədə 600 kv.metr torpaq sahəsi (yer № 27) üzərində Zərərçəkmiş şəxs mülkiyyət hüquqlarının bərpa edilməsi və mülkiyyət hüququna yaradılan maneələrin aradan qaldırılması qət edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “icraata başlamaq” haqqında qərardan görünür ki, Nizami rayon İcra Şöbəsinin icra məmuru G.Sadıqova tərəfindən icraata başlanılmış, tələbin könüllü icrası barədə borclu məlumatlandırılmışdır. Şəxs icra sənədində göstərilən tələbin icrası ilə bağlı İcra İdarəsinə dəvət edilmiş və icra sənədi üzrə tələbi icra etməsi, əks halda barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq oluncağı bildirilmişdir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, icra vərəqəsi, bildiriş, məhkəmədə verilmiş ifadələrlə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında Şəxs qeyd olunan torpaq sahəsinə şəhadətnamə və plan ölçüsünü təqdim etdiyini bildirsə də, iş materiallarında olan yazışmalarda həmin ərazidən yüksək elektrikli xəttlərin keçməsi səbəbindən icra edilməsinin qeyri-mümkün olması barədə məlumatlar əks olunmuşdur. Həmçinin, Şəxs məhkəmə iclasında etiraf etmişdir ki, onun şəhadətnamə verdiyi torpaq sahəsi hal-hazırda mövcud deyildir, üzərində başqa obyekt tikilmişdir. Bununla da vəzifəli şəxs tərəfindən qeyd olunan İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi öz təsdiqini tapmış olur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Həmçinin məıhkəmə qeyd etməyi zəruri hesab edir ki, eyni icra sənədi üzrə Nizami rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 1500 manat məbləğində cərimə edilmiş, Bakı Apellyasiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Şəxs tərəfindən apellyasiya şikayəti təmin edilməmiş, qərar dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə törədilmiş inzibati xətaya görə, yuxarıda qeyd edilənləri nəzərə alaraq sanksiyada nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X13 baş mühəndisi Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 1200 (bir min iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar