Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5158/2023 23.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qədirli Nigar Aftandil qızının sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi ilə, şikayətçi "xxxx" MMC-nin nümayəndəsi X1 və qərarından şikayət verilmiş orqan – Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi X2 iştirakları ilə, "xxxx" MMC-nin nümayəndəsi X1 Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokol əsasında qəbul olunmuş MN ******* nömrəli, 05 oktyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında iş üzrə qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş "xxxx" MMC-nin nümayəndəsi X3 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokol əsasında qəbul olunmuş MN ******* nömrəli, 05 oktyabr 2023-cü il tarixli qərarının ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Qida Təhlükəsizlik Agentliyinin MN №1519392 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, inzibati cərimə edilməsi qərara alınmışdır. Lakin qərar qanunamüvafiq olaraq, ona rəsmi qaydada təqdim olunmamışdır. Mübahisələndirilən qərar barədə məlumat alınması üçün AQTA-ya müraciətlər edilmişdir. Tərəfindən icra məmuruna bununla əlaqədar rəsmi müraciət edildikdən sonra müvafiq qərarı icra məmurundan əldə etmişdir. AQTA inzibati xəta üzrə işə baxarkən və qərar çıxararkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin iştirakını təmin etməmişdir. Bununla da işin faktiki halları düzgün təhlil edilməmiş, iş lazımi qaydada və obyektiv araşdırılmamış, lazımi sübutlar təqdim edilmədiyindən işə düzgün hüquqi qiymət verilməmişdir. Qərarda xx.xx.2023-cü il tarixli müraciət əsasında idxal olunan qida məhsulu partiyasının sertifikatlaşdırılmadan satışının həyata keçirilməsi və RB tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli 336/FN nömrəli qərarın icra edilməməsi qeyd edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan MMC işə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmamışdır. AQTA onları dinləməmiş, iş materiallarını araşdırmamış işə baxmışdır ki, bu da qərarın ləğv olunması üçün əsaslardan biridir. Həmçinin müvafiq gömrük sənədləri mövcud olmuş, göndərilmiş məbləğin müqabilində malların Azərbaycan Respublikasına idxal olunması ilə bağlı gömrük bəyannamələri tərtib olunmuş və müvafiq banka göndərilmişdir. Qeyd olunanlara və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1, 53.0.2, 57, 60.1, 60.3, 60.4, 61, 64.3, 76.1 və 80.1-ci maddələrinə əsasən hesab edirlər ki, AQTA tərəfindən qəbul edilmiş İVİN №1519392 saylı xx.xx.2023cü il tarixli iş üzrə qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxsin nümayəndəsi X3 məhkəmə iclasında çıxış edərək və verilmiş şikayətin dəlillərinə uyğun surətdə izahat verərək, həmçinin məhsulun xx.xx.2023-cü il tarixdə idxal olunduğunu, lakin laboratoriya rəyinin gec, yəni xx.xx.2023-cü il tarixdə verildiyi üçün məhsulun artıq geri qaytarmaq mümkün olmadığını bildirərək şikayət ərizəsinin təmin olunmasını və inzibati cərimə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin baş məsləhətçisi X4 bildirmişdir ki, "xxxx" MMC tərəfindən məhsullar xx.xx.2023-cü il tarixdə ölkə ərazisinə idxal olunmuş, malları idxal edilərkən elektron portal vasitəsi ilə qeydlər aparılır və agentliyin əməkdaşları tərəfindən Meyvəli Ticarət Mərkəzində mallardan nümunə götürülmüşdür. Həmin məhsulun nümunəsi agentliyin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə götürülmüş və xx.xx.2023-cü il tarixdə laboratoriya rəyi verimişdir. Həmin rəy verildikdən sonra rəhbərlik tərəfindən qərar qəbul edilərək həmin malların geri qaytarılması tələb olunmuşdur. Həmin qərardan 10 gün keçdikdən sonra məhsullar geri qaytarılmamış və bununla bağlı müvafiq protokol tərtib olunmuşdur. Protokol tərtib olunarkən və qərar qəbul olunarkən hər hansı bir pozuntuya yol verilməmişdir. Həmin qərarın qanuni və əsaslı olmasını nəzərə alaraq şikayətin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən tərtib olunmuş MN ******* nömrəli, 20 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixli, İD ********** nömrəli müraciət əsasında idxal olunan və satışı həyata keçirilən 21800 kq limon məhsul partiyası barədə qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 369/FN qərar icra olunmadığı üçün "xxxx" MMC-nin direktoru X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən qəbul olunmuş MN ******* nömrəli, 05 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, "xxxx" MMC-nin direktoru X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsinin tələbini pozmuş və nəticədə 4000 (dörd min) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Cərimə şərti tətbiq olunmuş, törədilmiş hüquqpozmanın aradan qaldırılması üşün 05 gün müddət müəyyən edilmişdir. Azərbaycan Respublikasının Qida Təhlükəziliyi Agentliyinin Bakı regional bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 369/FN nömrəli qərara əsasən, xx.xx.2023cü il tarixli, İD ********** nömrəli müraciət əsasında idxal olunan və satışı həyata keçirilən 21800 kq limon məhsul partiyasında sınaq nəticələrinə dair protokola əsasən analiz zamanı karantin tətbiq olunan zərərli orqanizm aşkar olunduğundan normativ sənədlərin tələblərinə cavab vermir. Qeyd olunan səbəbdən sözügedən məhsul partiyasının dövriyyəsinin dayandırılması, 10 gün ərzində geri çağıırılması və görülmüş tədbirlər barədə Agentliyin Bakı regional bölməsinə məlumat verilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, - "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixli, İD ********** nömrəli müraciət əsasında idxal olunan və satışı həyata keçirilən 21800 kq limon məhsulu partiyasında zərərli orqanizm aşkar olunmuş, bu səbəbdən həmin məhsul partiyasının dövriyyəsinin dayandırılması və 10 gün ərzində satış obyektlərindən geri çağırılması qərara alınmış, lakin qərardan şikayət vermiş şəxsin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatından və iş materiallarından da göründüyü kimi həmin məhsul partiyasının geri çağırılması MMC tərəfindən mümkün olmamış, Agentliyin Bakı regional bölməsinin müvafiq qərarı icra olunmamışdır. Bu səbəbdən "xxxx" MMC-nin direktoru X5 barəsində 20 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə MN ******* nömrəli protokol tərtib olunmuş və həmin protokol əsasında da MN ******* nömrəli, 05 oktyabr 2023-cü il tarixli qərarla "xxxx" MMC-nin direktoru X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 4000 manat məbləğində cərimə şərti olaraq tətbiq olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə - dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli, 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanının 5.44- 1 bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.1, 444, 447.0.1 – 447.0.6, 447.0.9, 453 və 544.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə həmin işlər qida məhsulları ilə, həmçinin baytarlıq və fitosanitar nəzarətində olan yüklərlə bağlı olduqda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi baxır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə, işdə olan sübutlarla Azərbaycan Respublikasının Qida Təhlükəsizlik Agentliyinin Bakı Regional Bölməsinin rəisi X6 tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokol əsasında qəbul olunmuş MN ******* nömrəli, 05 oktyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə əsaslar müəyyən edilməmişdir. Məhkəmə işin faktiki hallarına və şikayətçinin şikayətini əsaslandırdığı dəlillərə qiymət verərək hesab edir ki, şikayətçinin göstərdiyi hallar özünümüdafiə xarakteri daşıyır. Məhkəmə hesab edir ki, faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokol əsasında qəbul olunmuş MN ******* nömrəli, 05 oktyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC-nin nümayəndəsi X1 Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokol əsasında qəbul olunmuş MN ******* nömrəli, 05 oktyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayəti təmin edilməsin. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokol əsasında qəbul olunmuş MN ******* nömrəli, 05 oktyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-5158/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5158/2023
23.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver