Məhkəmə qərarları › İş №3(007)-5159/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5159/2025

04.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5159/2025 04.12.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Cavadov Rüfət Şahverən oğlunun katibliyi, qərardan şikayət vermiş X9, surdo tərcüməçi – X7, qərarından şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini, rəis vəzifəsini müvəqqəti icra edən S.M.Əliyev tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X9 verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X13 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini, rəis vəzifəsini müvəqqəti icra edən S.M.Əliyev tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin məsləhətçi-əmək müfəttişi X10 xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvanında avtoyuma məntəqəsinə gələrək X8 iş yerində xəsarət alması barədə məlumatı yoxlamış və həmin şəxsin guya onun fəaliyyət göstərdiyi bu sahədə əmək müqaviləsiz işlətdiyini aşkar etmiş və MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmişdir. Həmin protokolla onun Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi qeyd olunmaqla aktın tərtibində və imzalanmasında iştirak etmədiyi qeyd olunur. O, 3-cü qrup eşitmə qüsurlu ömürlük əlildir. Şuşa şəhərindən məcburi köçkün olaraq Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 9a, mənzil 9-da məskunlaşmaqla yaşayır. O, həmin obyektdə fəaliyyət göstərmir, bu barədə heç bir müqavilə və öhdəliyi yoxdur. Sadəcə obyekt sahibinə gələcəkdə fəaliyyət göstərmək istədiyini və bu məqsədlə bir neçə gün ərzində də obyektin dövriyyəsini müşahidə etmişdir. Turalla onun münasibəti vardır. Obyekt götürmək istəyini onunla bölüşmüş və o da özünə məxsus avtomobillə həmin məntəqəyə gəlmişdir. Heç bir hadisə baş verməmiş və Tural da xəsarət almamışdır. Əgər belə bir hal varsa da bunun ona heç bir aidiyyəti yoxdur. O, müfəttiş protokol yazan dövrdə ümumiyyətlə Bakı şəhərində olmamış heç bir sənəddən və yoxlamadan xəbəri olmamışdır. Sadəcə oktyabr ayının 26-ı tarixində ona məktub gəlməsi barədə məlumat vermişlər və məktubu aldıqdan sonra bu hadisədən xəbərdar olmuşdur. O, fəaliyyət göstərmək üçün rəsmi icarə müqaviləsinin və eləcə də fəaliyyət göstərəcəyi obyektin vergi orqanında rəsmi uçota alınmalı olduğunu yaxşı bilir. Belə olmadığı təqdirdə obyektdə hər hansı fəaliyyətdən söhbət gedə bilməz. Məsləhətçi-əmək müfəttişi X4 protokolda hansı rəsmi sənədə əsasən adını yazdığı ona məlum deyildir. xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı protokolda inzibati xətanın baş vermə vaxtı göstərilməmişdir. İXM-nə uyğun tərtib edilməmiş, pozuntunun aşkar olunması tarixi göstərilməmiş, protokolu tərtib edənlər siyahısında onun adı, soyadı və atasının adı qeyd edildiyi halda imza edənlər siyahısında onun imzası yoxdur. Protokolun surətinin ona verilməsi yerində, nə alınma nə də alınmasından imtina barədə heç bir qeyd yoxdur. İnzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlərin aparılması mütləqdir. Lakin protokolda bu barədə heç bir qeyd yoxdur. Tərəfindən hər hansı inzibati xəta hadisəsinin törədilmədiyi halda və iş üzrə hər hansı mötəbər sübuta istinad etmədən səlahiyyətli orqan tərəfindən barəsində qanunsuz və əsassız olaraq 20 oktyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərar qəbul edilmiş və ondan 3000 manat pulun tutulması qərara alınmışdır. Qərarda inzibati xətanın törədildiyi müddət, xətada konkret onun rolunun nədən ibarət olduğu və inzibati xəta hadisəsinin tarixi göstərilməmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X13 şikayətin məzmununa uyğun izahat vermiş və məhkəmədən şikayətin təmin edilməsini, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini, rəis vəzifəsini müvəqqəti icra edən S.M.Əliyev tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərarından şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, X8 xx.xx.2025-ci il tarixdə iş vaxtı xəsarət alması ilə bağlı daxil olmuş məlumat əsasında araşdırma aparılmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən X11 ilə avtoyuma məntəqəsi arasında əmək müqaviləsi bağlanılmasına dair heç bir qeydiyyatın mövcud olmadığı müəyyən edilmişdir. Avtoyuma məntəqəsinin sahibinin dəqiq adının və soyadının əldə edilməsi məqsədi ilə Dövlət Vergi Xidmətinə sorğu göndərilmiş və sorğuya verilmiş cavab əsasında avtoyuma məntəqəsinin sahibinin X13 olduğu müəyyən edilmişdir. Bundan sonra Amid Qurbanovun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati icraat başlanılmışdır. Qeyd olunanlara əsasən xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X13 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 3000 manat məbləğində cərimə edilmişdir. Qəbul edilmiş qərar qanuni və əsaslıdır. Məhkəmədən şikayətin təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin məsləhətçi - əmək müfəttişi M.İ.Məmmədov tərəfindən tərtib edilmiş xx.xx.2015-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, vətəndaş X8 işlərin görülməsi zamanı xəsarət alması ilə bağlı məlumat əsasında araşdırma aparılmış və araşdırma zamanı onun fərdi sahibkar X13 tərəfindən əmək müqaviləsi Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilməsi aşkar edilmişdir. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini, rəis vəzifəsini müvəqqəti icra edən S.M.Əliyev tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X13 Azərbaycan Respublikası İXMnin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 3000 manat məbləğində cərimə edilmişdir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün həmin İdarəyə göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 115.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda işə baxılarkən müəyyən edilmiş hallar göstərilir. X9 barəsində tərtib edilmiş xx.xx.2015-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokolda və qəbul olunan xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda onun Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi qeyd olunsa da, xətanın törədildiyi konkret yer, xətanın törədildiyi tarix göstərilməmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. İş materiallarından müəyyən edilmişdir ki, X12 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır ki, bu da məhkəmədə işə baxılarkən X9 qeyd olunan inzibati xətanı törətməsinə şübhə yaradır. X5 müraciətində həmin inzibati xətaya aidiyyəti olmadığını göstərmişdir. Habelə iş üzrə şəxsin təqsirli olmasına dəlalət edə biləcək sübut və əsas göstərilmədən X13 barəsində natamam araşdırma aparmaqla inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Səlahiyyətli orqan tərəfindən isə qeyd olunan xüsusatlar üzrə qanunvericiliyin tələblərinə uyğun araşdırmanın aparılmamış olması və araşdırma zamanı şəxsin hüquqlarının təmin edilməməsi, eləcə də X9 şikayətində göstərdiyi dəlilər məhkəmədə onun inzibati xətanın subyekti olmasına şübhə yaradır. Məhkəmə xüsusi ilə qeyd etməyi zəruri hesab edir ki, X9 inzibati xəta haqqında iş üzrə icraat zamanı iştirakının təmin edilməsinin mümkünlüyü, həmçinin düzgün hüquqi nəticəyə gəlinməsini təmin edəcək işin faktiki halları X12 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən araşdırılmamışdır. Bu isə onu göstərir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X13 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçü müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını maneə törədəcək dərəcədə pozmaqla X13 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edərək sonuncunun hüquqlarını pozmuşdur. Bu səbəbdən də X13 Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də inzibati icraat zamanı yol verilmiş natamamlıqlarla bağlı iş üzrə yenidən araşdırma aparılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda, göstərilməklə, X9 iştirakı ilə yenidən əsaslı qərar qəbul edilməlidir. Ona görə də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X9 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini, rəis vəzifəsini müvəqqəti icra edən S.M.Əliyev tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərar ləğv edilsin. X9 inzibati xəta törətməsinə dair materiallar yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar