Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5160/2023 27.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, qərardan şikayət vermiş X5, qərarı barəsində şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsinin X11 İdarəsinin nümayəndəsi X4 iştirakları ilə, X5 Bakı şəhər Baş Polis İdarəsinin X11 İdarəsinin 27 iyul 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X8 Bakı şəhər Baş Polis İdarəsinin X11 İdarəsinin 27 iyul 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nizami rayonu ərazisində, Şirin Mirzəyev küçəsində idarə etdiyi **-UJ-*** dövlət nömrə nişanlı avtomobilini DYP əməkdaşları saxlayaraq “giriş qadağandır” yol nişanının tələbini pozduğunu bildirərib, ona İXM-in 327.2-ci maddəsi ilə 80 azn və 3 bal cərimə tətbiq etmişlər və heç bir protokol tətbiq etməmişlər. Daha sonra o, həmin əraziyə geri dönərək orada ağacın arxasında görmə məhdudiyyəti yaradan “giriş qadağandır” nişanını görmüş və şəklini çəkmişdir. Ona cərimə yazıldığını isə sms radar vasitəsi ilə sonradan bilmişdir. Daha sonra o, xx.xx.2023-cü il tarixdə Bakı şəhər Baş X11 idarəsinə gedərək çətinliklə protokolu ala bilmişdir. “Yol Nişanları və Siqnalları haqqında qanun”un 6-cı maddəsinin 1-ci bəndində bildirilir ki “Sürücülər üçün nişanlar elə quraşdırılmalıdır ki, sürücülər onları asanlıqla və vaxtında qavraya bilsinlər”. Bu səbəbdən ona qanunsuz olaraq yazılan bu qərarın ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X8 şikayətin dəlillərini müdafiə edib eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, etiraf edir ki, o, əks istiqamətli yola çıxmışdır, lakin bu, ağacın “giriş qadağandır” nişanının qarşısını kəsməsi səbəbindən baş vermişdir. Şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsinin X11 İdarəsinin nümayəndəsi X6 izahatında göstərmişdir ki, X5 şikayətinin hər hansı əsası yoxdur, o, “Giriş qadağandır” yol nişanının tələbinə əməl etmədən yol sahəsinə daxil olmuşdur, ona görə qəbul edilmiş qərar qanuni və əsaslıdır. Şikayətin təmin olunmamasını, mübahisələndirilən 27 iyul 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhər Baş Polis İdarəsinin X11 İdarəsinin 27 iyul 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, “Renault Megane minik” markalı **-UJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X8 ünvan 1 ünvanında, 27 iyul 2023-cü il tarixdə saat 18:00-da 3.1 “Giriş qadağandır” yol nişanının tələbini pozduğuna görə, 27 iyul 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə 80 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə ilk növbədə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-altmış manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin İ hissəsinin 1 və 2-ci hissələrinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Həmin Qanunun 64-cü maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. Onların dairəvi forması, ağ fonu, 3.27-3.30 işarələrinin mavi və qırmızı haşiyəsi vardır. 3.1, 3.21, 3.23, 3.25 və 3.31 nişanlar rəngli tərtibatla fərqlənirlər. Qadağan nişanları müvafiq məhdudiyyətin qoyulduğu küçə və yolların sahələrinin bilavasitə qabağında və ya onun ləğv edildiyi yerlərdə quraşdırılır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X8 “Renault Megane minik” markalı **- UJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərk ünvan 1 ünvanında, 27 iyul 2023-cü il tarixdə saat 18:00-da 3.1 “Giriş qadağandır” yol nişanının tələbini pozub, həmin yol nişanının təsir zonasında hərəkətini davam etdirdiyinə görə Yol Patrul Xidməti əməkdaşı tərəfindən saxlanılaraq barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə 27 iyul 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş, həmin protokol əsasında barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə 80 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə qeyd edir ki, inzibati xətanın qeydə alındığı Ş.Mirzəyev küçəsin 3.1 “Giriş qadağandır” yol nişanının quraşdırıldığı və sürücü X5 həmin yol nişanının tələbini pozaraq onun təsir dairəsində hərəkətini davam etdirməsi işin mübahisəsiz halıdır, məhkəmə tədqiqi zamanı sübuta yetirilmişdir. Həmin qadağan nişanı müvafiq məhdudiyyətin qoyulduğu küçənin bilavasitə qabağında quraşdırılmışdır. İşin mübahisəli halı X5 “Yol nişanları və siqnalları haqqında” Beynəlxalq Konvensiyanın 6-cı maddəsinin 1-ci hissəsinə istinad edərək Ş.Mirzəyev küçəsində 3.1 “Giriş qadağandır” yol nişanının düzgün yerdə quraşdırılmamasını, ona görə yol nişanını vaxtında qavramaq mümkün olmadığını iddia etməsi ilə bağlıdır, belə ki, həmin tələbə görə, sürücülər üçün nəzərdə tutulmuş nişanlar elə quraşdırılmalıdır ki, sürücülər onları asanlıqla və vaxtında qavraya bilsinlər. X8 iddiasını təsdiq edən sübut qismində foto şəkil təqdim etmişdir. Qərarı barəsində şikayət verən orqan tərəfindən isə sübut təqdim edilməmiş, yalnız qanunvericiliyin tələbləri baxımından şikayətin əsassız olması diqqətə çatdırılmışdır. Azərbaycan Respublikası İXM-nin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Göründüyü kimi, qanunverici inzibati məsuliyyətə cəlb olunmuş şəxsin öz təqsirsizliyini sübut etməyə borclu olmadığını təsbit etmişdir. Nə qədər ki, X8 şikayətinin əsasını təsdiq edən sübut qismində foto şəkil təqdim etmişdir, məhkəmə həmin sübuta hüquqi qiymət verməyi zəruri hesab edir. Halbuki, həmin foto şəkil X5 maraqlarını təmin edən hissədə və formada çəkilmişdir. Belə ki, əgər, X1 ilə, yolun müəyyən olunmuş hissəsində hərəkət etsə, o zaman Ş.Mirzəyev küçəsi ilə kəsişmədə, məhdudiyyətin qoyulduğu küçənin bilavasitə qabağında quraşdırılmış 3.1 “Giriş qadağandır” yol nişanını asanlıqla və vaxtında qavraya bilərdi və onun təsir dairəsinə daxil olmazdı. X5 təqdim etdiyi foto şəkil isə Məhsəti küçəsi ilə irəliləyən yol boyunca və məhdudiyyətin başlandığı yol sahəsinə nisbətdə deyil, yol nişanının quraşdırıldığı hasarın, ağacların yan hissəsi boyunca çəkilmişdir ki, həmin yer yol sahəsi hesab olunmur, piyadaların keçidi, nəqliyyat vasitələrinin saxlanılması üçün nəzərdə tutulan, yerdən işarələnmiş sahədir. Ona görə təqdim olunan foto şəkil inzibati xətanın törədilməsini inkar edən, X5 təqsirsizliyini təsdiq edən sübut qismində qiymətləndirilərək qəbul edilə bilməz. Qərarı barəsində şikayət verilmiş orqanın sübut etmə vəzifəsinə gəldikdə, məhkəmə qeyd edir ki, inzibati xəta Yol Patrul Xidməti əməkdaşı tərəfindən bilavasitə aşkar edilmişdir, göstərilən şəraitdə tərtib olunmuş inzibati xəta haqqında protokolun, həmin protokolla müəyyən edilmiş halların şübhə altına alınması üçün əsaslar yoxdur. Digər yandan, xətanın qeydə alındığı yerdə Təhlükəsiz Şəhər Kamerasına aid kameralar quraşdırılsa da məhkəmə təcrübəsindən məlumdur ki, həmin kameralar vasitəsilə qeydə alınmış görüntülər yalnız 01 ay müddətində saxlanılır, inzibati xətanın 27 iyul 2023-cü il tarixdə törədildiyi nəzərə alındıqda, hazıradək keçən 3 ay müddətində belə görüntülərin saxlanılmadığı aşkardır. Ona görə qərarı barəsində şikayət verilmiş orqanın həmin görüntüləri obyektiv səbəbdən təqdim edə bilməməsi mübahisələndirilən qərarın ləğvi üçün əsas qismində qəbul edilə bilməz. Bununla da, məhkəmə qeyd edilənləri ümumiləşdirərək, belə qənaətə gəlir ki, şikayət əsassızdır, mübahisələndirilən qərarın ləğvi üçün hər hansı əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X5 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə qərarın ləğv olunması üçün Azərbaycan Respublikası İXM-nin 134 və 135-ci maddələri ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, odur ki, X5 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 Bakı şəhər Baş Polis İdarəsinin X11 İdarəsinin 27 iyul 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-5160/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5160/2023
27.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver