Məhkəmə qərarları › İş №3(007)-5167/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5167/2023

24.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5167/2023 24.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin dövlət yol polis şöbəsinin YPX inspektoru X7, həmin orqanın nümayəndəsi X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 iştirakları ilə, xx xxxx 1970-ci il tarixdə Laçın rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Laçın rayonunun Vəlibəyli kəndində qeydiyyatda olan X6 barəsində Azərbaycan Respublikası İXM-nin 327.1 və 333.1-ci maddələri ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 01 oktyabr 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən X6 01 oktyabr 2023-cü il tarixdə saat 10:50-də Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində “Lexus LX570 minik” markalı **- RG-*** dövlət qeydiyyat nişanlı avtomobili yol nişanlarının tələblərini pozmaqla və alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X6 inzibati xəta haqqında protokolda dair yazılı etiraz vermiş, etirazını onunla əsaslandırmışdır ki, 01 oktyabr 2023cü il tarixdə saat 10:50 radələrində Nizami rayonu ərazisində “Lexus LX570” markalı **- RG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Nizami rayon DYPŞ-nin əməkdaşı tərəfində saxlanılmışdır. Nizami rayon DYPŞ-nin İlqar adlı əməkdaşı avomobilinə əyləşərək “Koroğlu” metrosunun yanında yerləşən körpünün altına avtomobili sürdürmüşdür. Həmin vaxt yol polis əməkdaşı ondan içkili olub-olmamağını soruşmuşdur, o isə içki içmədiyini bildirmişdir. Lakin həmin əməkdaş ondan əl çəkməyək içkili olduğunu və yanağının qırmızı olduğunu demişdir. Nizami rayon DYPŞ-nin İlqar adlı əməkdaşı ondan 1000 manat tələb edərək bu işin bağlanmasını bildirmişdir. O, öz etirazını bildirərək içkili olmadığını və şəkər xəstəsi olduğunu bildirmişdir. Aralarında həmin əməkdaşla narazılıqlar baş verəndən sonra o, avtomobili Nizami rayon DYPŞ-nə sürmüşdür. Nizami rayon DYPŞ-də Hüseyn Hüseynov adlı əməkdaş ondan 600 manat pul tələb edərək bu işi bağlayacağını bildirmişdir. O, Hüseyn Hüseynov adlı əməkdaşa içkili olmadığını və müharibə veteranı olduğu üçün ona kömək göstərilməsini xahiş etmişdir. Həmin əməkdaş isə ona kömək göstərəcəyini, lakin içkili avtomaşını idarə edənlər ilə bağlı mübarizə aparıldığını və formal olaraq statistikaya görə ondan bir daha içkili halda avtomaşını idarə etməyəcəyini yazmağı xahiş etmişdir. Həmin cümləni yazsa sənədlərini geri qaytaracağına və protokol tərtib etməyəcəyinə söz vermişdir. O, həmin qeydləri apardıqdan sonra sənədlərinin ona geri qaytarılmasını gözləmiş, lakin ona sənədlərinin verilmədiyini görüb tez “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” keçib protokol əldə etmişdir. İçkili olmadığı barədə protokolu həmin əməkdaşa vermək istəyərkən onun barəsində artıq protokol tərtib etdiklərini və inzibati işi məhkəməyə göndərəcəklərini bildirmişlər. O, həmin protokola etirazını bildirir, iki tibbi müayinə aktı arasında ziddiyyət mövcuddur. Müayinə aktının düzgünlüyü şübhə altına qoyulur. Ona görə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə başlanmış inzibati işə xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin dövlət yol polis şöbəsinin YPX inspektoru X9 protokolun məzmununa uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, X2 etirazında göstərilənlərin əsası yoxdur, o, X3 qarşı qanunsuz hərəkətə yol verməmiş, o cümlədən ondan pul tələb etməmişdir.X6 yerində müayinənin nəticəsi ilə razılaşaraq yazılı izahatında da bunu göstərmişdir. X4 müayinənin nəticəsi ilə tanış etmiş və işin məhkəməyə göndəriləcəyini bildirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin dövlət yol polis şöbəsinin nümayəndəsi X8 göstərmişdir ki, təqdim edilən materiallarla aydın olur ki, X1 vaxt içkili olduğunu etiraf etmiş, habelə özü tərəfindən yazılmış izahatında da bunu təsdiq etmiş və həkim müayinəsinə zərurət görməmişdir. Həmin şəxsə qarşı qanunsuz hərəkətə yol verilməmişdir. İnzibati xətanın sübuta yetirildiyini nəzərə alaraq, X2 barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X6 protokola dair yazılı etirazında göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, 01 oktyabr 2023-cü il tarixdə yol polisi tərəfindən saxlanılarkən içkili olmamışdır, İlqar adlı yol polisi isə təkidlə onun içkili olduğunu bildirmiş, daha sonra bu işi bağlamaq üçün ondan 1000 manat pul tələb etmişdir. Söhbətləri alınmadığı üçün yol polisi şöbəsinə getdikləri vaxt isə digər yol polisi əməkdaşı Hüseyn Hüseynov “endirim” etdiyini deyərək ondan 600 manat istəmişdir. Sonra isə onu aldadaraq izahat öz sözləri ilə izahat yazdırmışlar. Yol polisi şöbəsində olarkən şəkəri qalxmış, əsməsi başlamış, orada ona iynə də vurmuşlar. İnzibati xətaya yol vermədiyini, ona şər atıldığını nəzərə alaraq, işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan sərxoşluq vəziyyətini müəyyən etmək üçün istifadə edilmiş xüsusi texniki vasitənin nəticəsindən görünür ki, X2 01 oktyabr 2023-cü il tarixdə saat 10:47-də keçirilən müayinəsi zamanı onda alkoqolun miqdarı 0.577% olmuşdur. İşdə olan sərxoşluq vəziyyətini müəyyən etmək üçün texniki vasitədən istifadə olunmasına dair 01 oktyabr 2023-cü il tarixli protokolda X6 tərəfindən yazılmış izahatından görünür ki, o, “alkotestrlə müayinə olundum, sərxoşluq aşkar olundu, həkimə ehtiyac yoxdur” sözlərini yazmış və imzası ilə təsdiq etmişdir. Bununla yanaşı, o, həmin tarixdə Nizami RPİ-nin DYPŞ-nin rəisinin adına yazdığı ətraflı izahatında da həmin halları təsdiq edərək eyni məzmunlu izahat vermişdir. X2 məhkəməyə təqdim etdiyi sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 01 oktyabr 2023-cü il tarixli 1/4886 nömrəli protokoldan görünür ki, X2 həmin tarixdə saat 13:55-də keçirilən tibbi müayinəsi zamanı onun ayıq olduğu müəyyən edilmişdir. X2 məhkəməyə təqdim etdiyi "xxxx" MMC-nin həkim-endokrinolqu tərəfindən verilmiş 11 oktyabr 2023-cü il tarixli 08/10 nömrəli arayışdan görünür ki, X6 20 ildir şəkərli diabet xəstəsidir, 3 ildir həmin mərkəzdə müalicə alır, son vaxtlar şəkər düşmədiyi üçün tabletlərlə bərabər gündə iki dəfə insulin təyin olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 333-cü maddəsinin “Qeyd” hissəsində göstərilmişdir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.4-cü maddəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin İ hissəsinin 8-ci bəndinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı (altkateqoriyalı) nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib və inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, X6 Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə tövsif olunmuşdur. Sözügedən maddənin tələbinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə qeyd edir ki, X2 məhkəmə iclasında izahatında irəli sürdüyü dəlillər işin faktiki halları ilə təkzib olunur, belə ki, həmin şəxsin alkoqoldan istifadə etməsi və bunun nəticəsində sərxoş vəziyyətdə avtomobil idarə etməsi faktı yerində olmaqla, xüsusi texniki vasitə ilə müəyyən olunmuşdur, bu nəticənin şübhə altına alınması üçün əsaslar yoxdur. Nəzərə alınmalıdır ki, sərxoşluq faktı xüsusi texniki vasitə ilə 01 oktyabr 2023-cü il tarixdə saat 10:47-də yerində aşkar olunmuş, X6 isə müstəqil olaraq saat 13:55-də tibbi müayinədən keçmişdir. Aradakı saat fərqinin özü də şəxsin təbii yolla və ya müxtəlif vasitələrdən istifadə etməklə ayılmasına, sərxoşluq vəziyyətinin aradan qaldırılmasına yetərli hesab oluna bilər. Bundan başqa, inzibati araşdırma zamanı, 01 oktyabr 2023-cü il tarixdə X6 yazılı izahat verib xüsusi texniki vasitənin göstəricisi ilə razılaşaraq, həkim müayinəsindən keçməyə ehtiyac olmadığını göstərmişdir. Ona görə məhkəmə X2 hazırda irəli sürdüyü dəlilləri onun inzibati məsuliyyətdən yayınmağa cəhd etməsi kimi qiymətləndirərək nəzərə almır. İnzibati orqan tərəfindən təqdim olunmuş sübutların mötəbərliyinin şübhə altına alınması üçün əsaslar yoxdur. X2 izahatında göstərilən digər məsələlərin araşdırılaraq hüquqi qiymət verilməsi hazırkı icraatın predmeti deyildir, o, yol polisi əməkdaşlarının ona qarşı yol verdikləri, neqativ hesab etdiyi hallarla bağlı tabelik qaydasında səlahiyyətli orqana və aidiyyəti prokurorluq orqanına müraciət edə bilər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, işin faktiki hallarını, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən halları nəzərə alaraq, hesab edir ki, X6 barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə bu zaman nəzərə alır ki, inzibati xəta törətmiş X2 barəsində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi, həmin şəxsi qanunlara əməl etməsi ruhunda tərbiyələndirmək məqsədi daşıyır, həmçinin gələcəkdə bu xarakterli əməllərə yol verməsinin daha ağır tənbehlərə səbəb olacağı barədə ona edilmiş xəbərdarlıq hesab edilməli, bu əməldən nəticə çıxarması üçün yaddaqalan və təsirli şəraitin yaradılması kimi qəbul olunmalıdır. Bundan başqa, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsində rayon-şəhər məhkəmələri tərəfindən baxılan inzibati xətaların dairəsi dəqiq müəyyən edilmişdir və həmin inzibati xətalar içərisində İXM-nin 327.1-ci maddəsi nəzərdə tutulmamışdır. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” 02 sentyabr 2020-ci il tarixli qərarına əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması ayrı-ayrı orqanların səlahiyyətinə aid olduqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən müvafiq səlahiyyətli orqanlar tərəfindən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi eyni və ya müxtəlif vaxtlarda törədilən və baxılması eyni orqanın səlahiyyətinə aid edilmiş inzibati xətaların məcmusunun yaranmasının ümumi qaydasını müəyyən edir və onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni orqan tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokollar əsasında eyni vaxtda baxılmasını nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur. Göründüyü kimi, İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya dair işə baxılması rayon-şəhər məhkəmələrinin səlahiyyətinə aid deyildir, X6 barəsində həmin maddə ilə inzibati tənbeh məhkəmə tərəfindən tətbiq oluna bilməz, bu hal İXM-nin 34.1 və 34.3-cü maddələrinin tələblərinə zidddir. Ona görə məhkəmə hesab edir ki, şəxsin barəsində sözügedən maddə ilə inzibati qərar qəbul edilməsi məsələsinin həlli üçün həmin hissədə materiallar inzibati xəta haqqında protokolu tərtib etmiş orqana göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X6 Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 400 (dörd yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. X2 barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati qərar qəbul edilməsi məsələsinin həlli üçün həmin hissədə materiallar Bakı şəhəri Nizami RPİnin dövlət yol polis şöbəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar