Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5168/2024 26.11.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Nigar Aftandil qızı Qədirlinin sədrliyi, X3 iclas katibliyi, X1, Qərardan şikayət verilən orqan – Bakı şəhər BPİ DYPİ-nin nümayəndəsi X4 iştirakı ilə, X1 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 inzibati xəta haqqında iş üzrə qərardan şikayət verərək Bakı şəhər DYPİ-nin polis mayoru Ramiq Məmmədovun xx.xx.2024-cü il tarixli TP ******* saylı qərarının ləğv edilməsini və AR İnzibatı Xətalar Məcəlləsinin 342.5-ci, 342.1.3-cü maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi qeyd olunan xx.xx.2024-cü il tarixli qərarı xx.xx.2024-cü il tarixdə aldığını, xx.xx.2024-cü il tarixdə qərarın ləğvi ilə bağlı xx.xx.2024-cü il tarixdə Bakı şəhər BPİ DYPİ-nə müraciət etdiyini, lakin müraciətinə cavab verilmədiyindən məhkəməyə şikayət vermə müddətini ötürdüyünü və müddətinin buraxılmasını üzrlü hesab edərək, müddətin bərpasının təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə qərardan şikayət verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətin buraxılmasını üzrlü hesab edərək, şikayət vermə müddətini bərpa etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, şəxsi istifadəsində olan “Toyota Venza” markalı ** NB *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə xx.xx.2024-cü il tarixində saat 16 radələrində Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində hərəkətdə olan zaman, BDYPİ-nin 344 saylı ekipajının inspektorları tərəfindən nəqliyyat vasitəsi 11 saylı mühafizə olunan duracağa yerləşdirilmişdir. İnspektor, nəqliyyat vasitəsinin duracağa yerləşdirilmə səbəbini nəqliyyat vasitəsinin ön buferinin yerində olmaması iiə əsaslandırmışdır. Həmin qərarı rəsmi qaydada xx.xx.2024-cü il tarixində almışdır. Barəsində tərtib edilmiş TP ******* nömrəli 10 iyun 2024-cü il tarixli qərarın ləğv olunması ilə bağlı xx.xx.2024-cü il tarixində Bakı şəhər BPİ DYPİ-nin rəisi polis polkovniki cənab Rəşid Piriyevə ərizə ilə müraciət etməyinə baxmayaraq bu günə qədər ərizəsinə cavabdeh qurum tərəfindən rəsmi cavab verilməmişdir. Bununla da cavabdeh orqan “Vətəndaşların müraciətləri” haqqında Azərbaycan Respublikasının Qanununun 10.1-ci maddəsinin tələblərini kobud surətdə pozmuşdur. Məhkəmə iclasında iştirak etmiş X2 şikayətin məzmununa uyğun çıxış edərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə özünə məxsus olan “Toyota Venza” markalı 77NB 018 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Nizami rayonu, Mikayıl Əliyev küçəsi ilə hərəkətədə olarkən polis əməkdaşı tərəfindən saxlanılmış, nəqliyyat vasitəsinin ön buferinin üzərində olmadığı qeyd edilmiş, barəsində İXM-nin 342.5 və 342.1.3-cü maddələri ilə protokol tərtib edilmişdir. Öz çıxışında şikayətçi qeyd etmişdir ki, nəqliyyat vasitəsinin buferinin nəqliyyat vasitəsinin üzərində olmaması konstruksiya dəyişikliyi hesab oluna bilməz və bu səbəbdən qeyd olunan protokol əsassızdır. Həmçinin bildirdi ki, qeyd olunan nöqsanı yerində aradan qaldırmaq mümkün idi, bunun üçün nəqliyyat vasitəsinin duracağa yerləşdirilməsinə ehtiyac yox idi. Belə ki, o polis əməkdaşı tərəfindən saxlanılan zaman buferin yaxınlıqda yerləşən təmir mərkəzinə rənglənməsi üçün verdiyini, qısa müddətdə aradan qaldıracağını bildirmişdir. Lakin, polis əməkdaşı tərəfindən ona qeyd olunan nöqsanı aradan qaldırmağa şərait yaradılmamış barəsində dərhal protokol və qərar çıxarılmışdır. Qeyd olunanlara əsaslanaraq şikayətin təmin olunmasını və qərarın ləğv olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş qərardan şikayət verilən orqan – Bakı şəhər BPİ DYPİ-nin nümayəndəsi X6 məhkəmədə çıxış edərək verilmiş şikayətin əsassız olduğunu, qərarın qüvvədə saxlanılmasını xahiş etdi. Bildirdi ki, sürücü tərəfindən nəqliyyat vasitəsi bufersiz idarə olunmuş, bu səbəbdən saxlanılmış və sürücü barəsində protokol tərtib olunmuşdur. Qeyd olunan nasazlığın yerində aradan qaldırılması qeyri-mümkün olmuşdur. Belə ki, buferin qeyd olunan ünvandan təmirdən gətirilməsi, nəqliyyat vasitəsinin üzərinə quraşdırılması kifayət qədər vaxt aparmış olacaqdı ki, bu müddət ərzində xidmətdə olan polis əməkdaşının sırf bu məsələ ilə məşğul olması ağlabatan və məntiqi deyildir. Qeyd olunanlara əsaslanaraq şikayətin təmin edilməməsini və qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri DYP-nin xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarına əsasən X7 xx.xx.2024-cü il tarixində saat 16 radələrində “Toyota Venza” markalı ** NB *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, M.Abbasov küçəsi ərazisində konstruksiyanın digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı, dövlət qeydiyyat nişanlarından birinin yerində olmamasına görə İXM-in 342.5-ci, 342.1.3-cü maddələri ilə təqsirli bilinib 50 manat cərimə edilmişdir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, şəxs tərəfindən İXM-nin 342.5-ci, 342.1.3-cü maddələrində nəzərdə tutulmiuş xətalar törədilmişdir. Belə ki, şikayətçi öz şikayətində ona məxsus nəqliyyat vasitəsinə konstruksiya dəyişikliyi etməməsi ilə bağlı fikrinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, şəxs nəqliyyat vasitəsinə konstruksiya dəyişikliyi edilməsinə görə deyil, nəqliyyat vasitəsinin idarə edərkən konstruksiyanın ünsürü nasaz olan və nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə məsuliyyətə cəlb olunmuşdur. Qeyd olunan hal isə şikayətçinin öz ifadəsi ilə də təsdiqini tapır. Belə ki, şikayətçi həm şikayətində , həm də məhkəmədə verdiyi ifadəsində nəqliyyat vasitəsini bufersiz idarə etdiyini bildirmişdir. Nasazlığın yerində aradan qaldırılması ilə bağlı məhkəmə mövqeyini bununla əsaslandırır ki, nəqliyyat vasitələrində olan istənilən nasazlıq qanunun tələbinə əsasən aradan qaldırılmalıdır və konstruksiya ünsürünün nasazlığının yerində aradan qaldırılması dedikdə, ünsürün yenisi ilə əvəz edilməsi, təmirə verilməsi, təmirə verilmiş hissənin yerinə quraşdırılması və bunun üçün tələb olunan müddətin xidmətdə olan polis əməkdaşı tərəfindən gözlənilməsi öhdəliyinin olması kimi anlaşılmamalıdır. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir, qərarla da müəyyən edilir ki, şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhəri DYP tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli TP ******* saylı qərardan verdiyi şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-5168/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5168/2024
26.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver