Məhkəmə qərarları › İş №3(007)-5177/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5177/2023

25.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5177/2023 25.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X2 iclas katibliyi, barəsində inzibati xta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X1 iştirakı ilə, Hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Rövşən Əliyev küçəsi, ev 11 olan Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş 00100-02570/23 nömrəli, xx.xx.2023-cü il tarixli protokola əsasən, Şəxs MMC (VÖEN **********) tərəfindən **********9610 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən malların xaricdə emal müddətinin xx.xx.2023-cü il tarixində bitməsinə baxmayaraq Şəxs MMC tərəfindən həmin malların geriyə qaytarılmadığı və ya digər gömrük prosedurunda rəsmiləşdirilmədiyi bildirilmişdir. Lakin, xaricdə emal müddətinin xx.xx.2023-cü il tarixdə bitməsinə baxmayaraq **********9610 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə rəsmiləşdirilmiş “məsrəfölçənlərlə və ya onlarsız maye nasosları, maye qaldırıcıları” adlı malın xaricdə emal müddəti bitməmiş Şəxs MMC tərəfindən həmin yükün Azərbaycan Respublikasının gömrük ərazisinə qaytarılması, xaricdə emal müddətinin qanunamüvafiq qaydada uzadılması və ya digər gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı gömrük orqanına müraciət edilməmişdir. İş materiallarına əlavə edilmiş Gömrük Xidmətinin “Vahid Avtomatlaşdırılmış idarəetmə Sistemi" (VAİS) informasiya resursundan çıxarışdan görünür ki, **********9610 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə xaricdə emal xüsusi gömrük prosedurunda yerləşdirilmiş malların emal müddətinin son tarixi xx.xx.2023-cü il tarixi müəyyən edilmişdir. “Məsrəfölçənlərlə və ya onlarsız maye nasosları, maye qaldırıcılar” adlı yükün xx.xx.2022-ci il tarixdə **********9610 sorğu nömrəli gömrük bəyannaməsi ilə xaricdə emal xüsusi gömrük prosedurunda rəsmiləşdirilərkən statistik dəyəri 10241,76 ABŞ dolları, Azərbaycan manatına münasibətdə isə 17411 ( on yeddi min dörd yüz on bir) manat təşkil edirdi, belə ki, sözügedən tarixdə 1 (bir) ABŞ dollarının Azərbaycan manatına olan rəsmi məzənnəsi 1,7000 manat təşkil edir. Bununla da Şəxs MMC İXM-in 497-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2023-cü il tarixli, 00100-02570/23 saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X3 təqdim edilmiş yazılı etirazın məzmununa uyğun çıxış edərək bildirdi ki, Şəxs MMC ilə Rusiya Federasiyasında yerləşən Alman şirkətinin distrubyutoru “Kardinal Qidro" MMC arasında 02 aprel 2021-ci il tarixli 02-219/2021 saylı bağlanmış müqavilə ilə xx.xx.2021-ci ildə QXCÇ 61-200/53-063/33-012/R155 markalı 1 ədəd nasos alınmışdır. İstismar zamanı nasosda zavod qüsuru aşkar edilmişdir. Bununla bağlı xx.xx.2022-ci il tarixli, 03/2022 saylı reklamasiya aktı tərəflərindən tərtib edilmişdir. Nasosda olan qüsurun aradan qaldırılması üçün həmin distryubutora yazılı müraciət edilərək xx.xx.2022-ci ildə nasos Rusiya Federasiyasına göndərəlmişdir. Rusiya Federasiyasına sanksiyaların qoyulması ilə bağlı və onlardan asılı olmayan səbəblərdən nasosda olan qüsurun aradan qaldırılması müəyyən edilmiş müddətdən keçmişdir. Lakin "xxxx" MMC tərəfindən 23/10 saylı, 23 oktyabr 2023-cü il tarixli məktubunda qeyd edilən məlumata görə nasosun qüsurunun istehlakçı tərəfindən yandığının olmasını və nöqsanın aradan qaldırılmadan Azərbaycana geri göndərəlməsinə hazır olduğu bildirilir. Nasosun Rusiyada müddətdən gecikməsi ilə bağlı Bakı Baş Gömrük idarəsinə tərəflərindən 05/376 saylı, xx.xx.2023-cü il tarixli məktub ilə məlumat verilmişdir. Bakı şəhəri Gömrük idarəsinin elektron səhifəsində müraciətin qeydə alındığı bildirilmişdir. Yuxarıda qeyd olunanları və etiraza əlavə olunan sənədləri nəzərə alaraq Baş Gömrük idarəsi tərəfindən tərtib olunan protokol və təqdimatın qəbul edilmədən rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, İXM-in 497-ci maddəsinə əsasən malların emal edilməsi qaydasının pozulmasına, yəni icazə olmadan malın emal edilməsi, onların emal edilməsi qaydası və müddətləri, emal məhsullarının hasilat (orta hasilat) norması, emal məhsullarının digər mallarla əvəz edilməsi, dəyişdirilməsi, bu cür malların emal edilməsi üzrə əməliyyatlar aparılması üçün müəyyən olunmuş tələblərə, məhdudiyyətlərə və şərtlərə əməl olunmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin otuz faizindən səksən faizinədək məbləğdə cərimə edilir. Şəxs MMC-nin həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokolla, 3-33/3-1-025264/2023 nömrəli, xx.xx.2023-cü il tarixli raportla, **********9610 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə, DGK-nın “VAİS” informasiya resursundan çıxarışla və işdə olan digər sənədlərlə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114,128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsi ilə təqsirli bilinərək təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 30 (otuz) faizi həddində, yəni ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq 3072,53 (üç min yetmiş iki dollar 53 sent) ABŞ dolları məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar