Məhkəmə qərarları › İş №3(007)-5185/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5185/2024

04.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5185/2024 04.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X2 iştirakı ilə, Bakı şəhər BPİ-nin X8 İdarəsinin Yol patrul xidməti inspektoru, polis leytenantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X2 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 Bakı şəhər BPİ-nin X8 İdarəsinin Yol patrul xidməti inspektoru, polis leytenantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixində şəxsi istifadəsində olan “Toyota Venza” markalı, **-NB-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəhərində hərəkətdə olan zaman DYP-nin inspektorları tərəfindən saxlanılmış və ona vaxtı keçmiş cərimələrin olduğuna görə nəqliyyat vasitəsinin müvəqqəti dayanacağa qoyulması barədə qərarın olduğunu bildirmişlər. O isə onlara Bakı şəhər BPİ-nin DYPİ-nin polis mayoru Ramiq Məmmədovun xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 342.5-ci, 342.1.3-cü maddələri ilə 50 manat miqdarında cərimə olunduğundan xəbərdar olduğunu bildirmiş və bu qərarın ləğvi ilə bağlı xx.xx.2024-cü il tarixində Bakı şəhər BPİ-nin DYPİ-nin rəisi, polis-polkovniki cənab Rəşid Piriyevə ünvanladığı ərizəni onlara təqdim etmişdir. İnspektorlar isə bu qərardan əlavə xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* saylı digər bir protokolun da olduğunu bildirmişlər. O, isə onlara bu barədə məlumatının olmadığını və bu protokolla bağlı ona heç bir bildirişin gəlmədiyini bildirmişdir. Belə olan təqdirdə inspektorlar ona dəqiqləşmə aparmağı üçün Badamdar qəsəbəsi, Mikayıl Müşfiq küçəsi, kənar dairəvi yolun kəsişməsində yerləşən Bakı şəhər BPİ-nin DYPİ-nə getməsini məsləhət görmüşlər. Elə həmin gün o, Bakı şəhər BPİ-nin DYPİ-nə getmişdir. Həmin şöbənin 108-ci otağında araşdırma zamanı Nizami rayonu, Mehdi Abbasov küçəsində yol nişanının tələbini pozduğuna görə xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* saylı protokolun olduğu məlum olmuşdur. Ancaq bu protokolla bağlı heç bir videogörüntü tapılmamışdır. xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* saylı protokolla bağlı “Asan Pay” vasitəsilə şəxsi istifadəsində olan mobil telefonuna heç bir bildiriş, eyni zamanda qeydiyyatda olduğu ünvana rəsmi məktub daxil olmamışdır. xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* saylı protokolu və onun əsasında tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* saylı qərarın surətini xx.xx.2024-cü il tarixində Xətai RPİ-nin DYPİ-dən götürmüşdür. Göründüyü kimi, inzibati xətanın mövcudluğundan xəbəri olmadığı halda inzibati orqan heç bir araşdırma aparmadan onun barəsində xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında protokol tərtib edərək şikayətçinin iştirakını təmin etməmiş və həmin gün, yəni xx.xx.2024-cü il tarixində TP seriyalı, ******* saylı qərar qəbul etmişdir. İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə cərimə olunmasına dair Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ-nin DYPİ-nin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cu il tarixli, İXP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında protokol əsasında tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X3 şikayətin məzmununa uyğun izahat vermiş və Bakı şəhər BPİ-nin X8 İdarəsinin Yol patrul xidməti inspektoru, polis leytenantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Bakı şəhər BPİnin X8 İdarəsi məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayəti və təqdim olunmuş materialı nəzərdən keçirərək hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhər BPİ-nin X8 İdarəsinin Yol patrul xidməti inspektoru, polis leytenantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 xx.xx.2024-cü il tarixdə, saat 16:46-da Bakı şəhəri, Mehdi Abbasov 41 ünvanında “TOYOTA VENZA” minik markalı, **-NB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol nişanlarının tələblərinə riayət etməmişdir. X1 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 40 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0, 75.0.1, 75.0.6 və 75.0.7-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5- 1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə hərtərəfli və tam araşdırma aparılmadığından şikayət qismən təmin edilməli, X2 barəsində Bakı şəhər BPİ-nin X8 İdarəsinin Yol patrul xidməti inspektoru, polis leytenantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, materiallar tam və hərtərəfli araşdırılması üçün Bakı şəhər BPİ-nin X8 İdarəsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhər BPİ-nin X8 İdarəsinin Yol patrul xidməti inspektoru, polis leytenantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X2 inzibati xəta törətməsinə dair materiallar yenidən baxılması üçün Bakı şəhər BPİ-nin X8 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar