Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5186/2023 27.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X1 iclas katibliyi ilə, xx.xx.1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsi ilə Bakı şəhəri Nizami rayonu İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Nizami Rayon DYPŞ-nin xx.xx.2020-ci il tarixli TP ******* saylı qərarına əsasən Şəxs İXM-nin 211-ci maddəsi ilə təqsirli bilinib 100 manat məbləğində inzibati cərimə edilmişdir. Həmin icra sənədi icra olunması üçün Nizami Rayon icra Şöbəsinə daxil olduqdan sonra icra məmuru tərəfindən xx.xx.2021-ci il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icra edilməsi üçün borcluya vaxt verilmiş, bu barədə borcluya bildiriş göndərilmişdir. Həmin vaxt ərzində tələb könüllü icra edilməmişdir. Tələbin könüllü icrası üçün müəyyən edilmiş vaxt bitdikdən sonra da 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Bununla Şəxs İXM-in 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Nizami rayon icra şöbəsinin icra məmuru tərəfindən xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında cəriməni ödəməyə maddi imkanının olmadığını, ona vaxt verilərsə, cəriməni ödəməyə çalışacağını bildirmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsə və protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İnzibati işdə olan xx.xx.2021-ci il tarixli bildirişindən görünür ki, borclu Şəxs tələbin könüllü icrası haqqında məlumat verilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsinə əsasən, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı, icraata başlamaq barədə icra məmurunun qərarı, bildiriş ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Həmçinin borclu Şəxs sözügedən cərimənin ödənilməsi üçün vaxt verilsə və məhkəmə iclası təxirə salınsa da, borclu cəriməni ödəməmiş, məhkəmə iclasında üzrlü səbəblər olmadan iştirak etməmişdir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Beləliklə, məhkəmə inzibati xəta haqqında iş üzrə icraat materiallarını araşdırıb, törədilmiş xətanın xarakterini və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində yüz altmış saat ictimai işlər tətbiq olunmalı, onun üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 160 (yüz altmış) saat ictimai işlər tətbiq olunsun. Şəxs üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrasına nəzarətin həyata keçirilməsi Şəxs yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-5186/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5186/2023
27.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver