Məhkəmə qərarları › İş №3(007)-5186/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5186/2024

28.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5186/2024 28.11.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Nigar Aftandil qızı Qədirlinin sədrliyi, X4 iclas katibliyi, şikayətçi – X6, qərarı tərtib etmiş şəxs Nizami Rayon DYPŞ-nin inspektoru polis serjantı X5 iştirakları ilə, Şikayətçi – X6 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Nizami Rayon DYPŞ-nin xx.xx.2024-cü il tarixli TP ******* saylı qərardan şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Qərara əsasən X9 İXM-nin 346.4 və 332.2-ci maddəsi ilə təqsirli bilinib 200 manat məbləğində cərimə edilmişdir. Şikayətçi şikayətində və məhkəmə iclasında qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixdə, Heydər Əliyev prospektində **-NY-*** dövlət qeydiyyat nişanı “Opel Zafira” markalı nəqliyyat vasitəsi ilə hərəkət edərkən, DYPX əməkdaşı tərəfindən saxlanılmış, sürücülük vəsiqəsinin etibarsız olması səbəbindən nəqliyyat vasitəsi duracağa təmin edilmiş və barəsində İXM-nin 346.4 və 332.2-ci maddələri ilə protokol tərtib edilmişdir. Şikayətində qeyd etdi ki, 90 gün müddətinə qonaq qismində Azərbaycan Respublikasına gəlmiş və müddət ərzində nəqliyyat vasitəsini idarə etmək hüququ mövcuddur. Ona məxsus sürücülük vəsiqəsinin dəyişdirilməsinə ehtiyac olmadığını və bu səbəbdən barəsində çıxarılmış qərarın əsassız olduğunu qeyd edərək şikayətin təmin olunmasını, qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarı tərtib etmiş şəxs Nizami Rayon DYPŞ-nin inspektoru polis serjantı X7 bildirdi ki, şikayətçinin şikayəti əsassızdır. Belə ki, xarici ölkə vətəndaşı ölkə ərazisinə daxil olduqdan 1 ay müddətində ona məxsus sürücülük vəsiqəsi ilə nəqliyyat vasitəsini idarə etmək hüququna malikdir. 1 ay müddət keçdikdən sonra xarici vətəndaş DİN-ə müraciət edərək sürücülük hüqüqunu təsdiq edən müvafiq vəsiqə almalıdır. Bu səbəbdən şikayət əsassızdır, təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli TP ******* saylı qərarına əsasən X9 xx.xx.2024-cü il tarixdə, Heydər Əliyev prospektində **-NY-*** dövlət qeydiyyat nişanlı “Opel Zafira” markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən İXM-nin 346.4 və 332.2-ci maddələri ilə təqsirli bilinib 200 manat məbləğində cərimə olunmuşdur. Şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 xx.xx.2024-cü il tarixli TP ******* saylı qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar