Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5198/2025 01.12.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, Vəliyeva Nazlı Eldar qızının katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin böyük icra məmuru X5, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Bakı şəhəri 06 saylı Vəkil bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bak şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Bakı şəhəri Nizami rayon İcra Şöbəsindən Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında protokola və materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında iş üzrə icraat materiallarından və Bakı şəhəri 30 saylı Notariat ofisinin xx.xx.2025-ci il tarixli, 8İ-11750 saylı icra qeydindən görünür ki, Şəxs 3M-105 reyestr nömrəli, xx.xx.2024-cü il tarixli borc müqavilə üz\rə vaxtında ödənilməmiş 5000 manat əsas borc və ödənilmiş 25 manat dövlət rüsumu olmaqla, cəmi 5025 manat X1 xeyrinə tutulmalıdır. İnzibati iş üzrə materiallardan görünür ki, icra məmuru tərəfindən xx.xx.2025-ci il tarixli “icraata başlamaq haqqında” qərar ilə xx.xx.2025-ci il tarixli, 8İ-11750 saylı icra qeydi üzrə icraata başlanılmış və borclu Şəxs tələbin könüllü icrası barədə məlumatlar göndərilmişdir. Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin böyük icra məmuru X6 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı şəhəri 30 saylı Notariat ofisinin xx.xx.2025-ci il tarixli, 8İ-11750 saylı icra qeydi üzrə yaranmış 5000 manat borcu ödəməmiş, bununla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında icra məmuru X6 izahatında göstərdi ki, Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icraatında Şəxs barəsində bakı şəhəri 30 saylı Notariat ofisinin xx.xx.2025ci il tarixli, 8İ-11750 saylı icra qeydi üzrə icra işi mövcuddur, icra sənədinin icrasına başlanılmış və borclu Şəxs tələbin könüllü icrası barədə məlumat göndərilmişdir. Borclu icra sənədi üzrə borcdan heç bir ödəniş etməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 bildirdi ki, borclu tərəfindən ona qeyd edilən ödənişlər edilmişdir, lakin həmin ödənişlər 5000 manat borcla əlaqədar olmamışdır. Ancaq bunu təsdiq edən sübutu olmadığı üçün həmin ödənişləri qəbul etmək məcburiyyətindədir. Həmçinin hazırda borclu tərəfindən 300 manat ödəniş edilmişdir. Məhkəmə iclasında borclu Şəxs izahatında göstərdi ki, Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin icraatında olan icra işi üzrə yaranmış borcdan hazırki vaxtadək 2450 manat ödəmiş, mart ayından etibarən işsiz olduğu üçün ödəniş edə bilməmişdir. Ödədiyi pullar həmin 5000 manat borcla bağlıdır. Hazırda 300 manat ödəniş etmişdir, qalan borcu da hissə-hissə - hər ayın 15-i 250 manat olmaqla ödəyəcəkdir. Belə ki, 250 manat aliment alır, həmin pulu, həmçinin bacarsa 300 manat olmaqla hər ayın 15-i tələbkara ödəyəcəkdir. Qeyd olunanlara əsasən, məhkəmədən barəsindəki inizbati xəta haqqında iş üzrə icraat xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Vəkil bildirdi ki, borclu borcun ödənilməsindən yayınmır, hazırkı vaxtadək 2450 manat ödəniş etmiş, hazırda da 300 manat ödəniş etmişdir. Qalan borcu da hissə-hissə ödəyəcəyinə dair söz verir. Qeyd olunanların nəzərə alınaraq, inzibati xəta haqqında materiala xitam verilməsini məhkəmədən xahiş etdi Məhkəmə, inzibati xəta haqqında protokolu daxil olmuş iş materialları ilə əlaqəli araşdırıb, inzibati işin baxılmasında iştirak edən şəxslərin izahatını dinləyərək hesab edir ki, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə iclasında borclu tərəfindən təqdim edilmiş bank hesabından çıxarışlardan görünür ki, xx.xx.2024-cü ildən xx.xx.2025-ci il tarixədək borclu tərəfindən tələbkara 2450 manat ödəniş edilmişdir. Həmçinin xx.xx.2025-ci il tarixli bank hesabından çıxarışdan görünür ki, borclu Şəxs tərəfindən Bakı şəhəri 30 saylı Notariat ofisinin xx.xx.2025-ci il tarixli, 8İ-11750 saylı icra qeydi üzrə yaranmış borcdan 300 manat məbləğində tələbkara ödəniş edilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, borclu Şəxs tərəfindən icra qeydinin verilməsinə əsas olmuş 5000 manat borc üzrə tələbkar X2 ümumilikdə 2750 manat ödəniş edilmişdir. Məhkəmə hesab edir ki, borclu Şəxs tələbkara müəyyən məbləğlərdə ödəniş etməsi, icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən icra etməmə kimi qiymətləndirilə bilməz. Odur ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, borclu Şəxs barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 09 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 saylı qərarına əsasən hüquqi yardım haqqı 11 manat miqdarında nəzərə alınmaqla, 99 manat (9x11) müdafiəçi Vəkil dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə 09 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Vəkil 99 (doxsan doqquz) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Axundov
Məhkəmə qərarları › İş №3(007)-5198/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5198/2025
01.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver