Məhkəmə qərarları › İş №3(007)-5201/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5201/2023

20.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5201/2023 20.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, qərardan şikayət vermiş X1 iştirakı ilə, X1 Bakı şəhər Baş Polis İdarəsinin X4 İdarəsinin 02 oktyabr 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Bakı şəhər Baş Polis İdarəsinin X4 İdarəsinin 02 oktyabr 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, özünə məxsus **-GT-*** dövlət qeydiyyat nişanlı “Opel Astra” minik markalı avtomobili ilə hərəkətdə olarkən YPX əməkdaşı tərəfindən saxlanılmışdır. YPX əməkdaşı öz iddiasına əsasən protokol təqdim etmədən avtomobilin duracağa qoyulmalı olduğunu demişdir. O isə iddiasının qanun ilə qanunsuzluq daşımadığını, avtomobildə hər hansısa əlavə avadanlığın olmadığını və maşında hamilə qadın olduğu üçün iddia etdiyi qanuna uyğunsuzluğu yerində aradan qaldırıb yoluna davam etməyə icazə verməmişdir. Hamilə xanımını düşürdərək avtomobili duracağa qoymuşdur. Avtomobilinin duman lampalarında “HЗ” tipli led lampalar quraşdırılmışdır. Duman işığı istehsalçı tərəfindən “HЗ” tipli led lampa ilə təchiz olunmuşdur və paylayıcı reflektoru, səpələnmə üçün qoruyucu və tənzimləyicisi var. Avtomobilin istismarını qadağan edən amillər YHH qanunun 1 saylı əlavəsində qeyd edilmişdir və orada led lampa haqqında heç nə qeyd olunmamışdır. Xahiş edir ki, YPX inspektorunun hamilə xanımı görməzdən gələrək nasazlığı (iddia etdiyi) aradan qaldırıb yoluna davam edə biləcəyi təqdirdə qanunsuz olaraq duracağa yerləşdirdiyi üçün cəzasını alar. Qeyd olunanlara əsasən 02 oktyabr 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X2 şikayətin dəlillərini müdafiə edib eyni məzmunlu izahat vermiş və şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Qərarı barəsində şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsinin X4 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, şikayətə dair yazılı etiraz vermişdir. Məhkəmə həmin halı nəzərə alaraq, qərarı barəsində şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, barəsində qərar çıxarılmış fiziki şəxs X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər Baş Polis İdarəsinin X5 İdarəsinin səlahiyyətli vəzifəli şəxsi tərəfindən xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X2 30 sentyabr 2023-cü il tarixində saat 13:24 radələrində idarə etdiyi “Opel Astra” minik markalı **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində hərəkətdə olarkən Bakı şəhər Baş Polis İdarəsinin X5 İdarəsinə bilavasitə tabe olan Yol Patrul Xidməti YPX inspektoru tərəfindən konstruksiya dəyişikliyinə görə saxlanılmışdır. Aparılan araşdırmadan sonra X2 barəsində Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsinə əsasən İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və tənbeh vermə haqqında qərarla 150 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X1 şikayətində göstərdiyi arqumentlər tam əsassızdır. X2 avtomobilin xarici işıqlarına dəyişiklik edərək başqa avtomobilə aid led işıqları quraşdıraraq konstruksiya dəyişikiliyi ilə idarə edərək qəsdən inzibati xəta törətmişdir. Bu faktı YPX inspektoru bilavasitə aşkar edərək həmin anın səkilini çəkmiş, həmçinin Orxan Misirli şikayət ərizəsində göstərmişdir ki, avtomobilin duman lampalarında “H3” tipli led lampalar quraşdırılmışdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İ hissəsinin 3-cü bəndinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yola düşməzdən qabaq nəqliyyat vasitələrinin istismara buraxılmasına dair bu Qanunun 1 saylı əlavəsinə uyğun olaraq, nəqliyyat vasitəsinin texniki cəhətdən sazlığını yoxlamalı və onu yol boyu təmin etməlidir. Maddənin tələbindən göründüyü kimi qanunverici bir vəzifə olaraq bunu mexaniki nəqliyyat vasitəsinin sürücüsünün üzərinə qoymuşdur. Belə ki, işin faktiki halları ondan ibarət olmuşdur ki, X2 idarə etdiyi “Opel Astra” minik markalı **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobilin istehsalçı tərəfindən qoyulmuş xarici işıqlarını dəyişdirərək başqa avtomobilə aid işıqları quraşdırmışdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1 saylı əlavəsinin Vİ-cı hissəsinin 4-cü bəndinə əsasən mühərrikin səs gücünün artırılması məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə nəqliyyat vasitəsinin nasazlığı kimi qəbul edilir. Göründüyü kimi bu halların olması yol hərəkəti qayda pozuntusu hesab edilməklə inzibati xətanın törədilməsi kimi qəbul edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qeyd olunanlara əsasən hesab edir ki, işin faktiki halları araşdırılarkən düzgün olaraq X1 Bakı şəhər Baş Polis İdarəsinin X5 İdarəsinin səlahiyyətli vəzifəli şəxsi tərəfindən xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qeyd olunanlara əsasən barəsində qərar çıxarılmış fiziki şəxs X1 şikayətinin təmin edilməməsini, Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsinə əsasən X2 barəsində Bakı şəhər Baş Polis İdarəsinin X5 İdarəsinin səlahiyyətli vəzifəli şəxsi tərəfindən xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhər Baş Polis İdarəsinin X4 İdarəsinin 02 oktyabr 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, “Opel Astra minik” markalı **-GT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X2 ünvan 1 ünvanında 30 sentyabr 2023cü il tarixdə saat 13:24-də “nəqliyyat vasitəsinin sürücüsü tərəfindən normativ tələblər pozulmaqla avadanlığın dəyişdirilməsinə görə”, 30 sentyabr 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsi ilə 150 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə ilk növbədə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 30-cu maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində yol hərəkətində iştirak edən nəqliyyat vasitələrinin texniki vəziyyəti və avadanlığı yol hərəkətinin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi baxımından bu Qanuna 1 saylı Əlavə ilə müəyyən olunmuş tələblərə uyğun olmalıdır. Həmin Əlavə ilə müəyyən edilmiş “Nəqliyyat vasitələrinin nasazlıqlarının Siyahısı”nın İİİ hissəsinin 1-ci bəndinə əsasən xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsinin konstruksiyasının tələblərinə uyğun olmadıqda, bu, nəqliyyat vasitəsinin nasazlığı hesab olunur. Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə - yüz əlli manat məbləğində cərimə edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X2 “Opel Astra minik” markalı **-GT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə ünvan 1 ünvanında 30 sentyabr 2023-cü il tarixdə saat 13:24-də hərəkətdə olarkən onun avtomobilində, avtomobilin istehsalçı tərəfindən qoyulmuş xarici işıqlarını dəyişdirərək “led” işıqları quraşdırması, bununla da normativ tələbləri pozmaqla nəqliyyat vasitəsinin avadanlığını dəyişdirməsi aşkar edildiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş və inzibati qaydada tənbeh edilmişdir. Məhkəmə hesab edir ki, qərardan şikayət vermiş X1 şikayətinin əsasını təşkil edən hallar isə onun subyektiv fikirləri olmaqla məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olunmuşdur. X2 normativ tələbləri pozub, nəqliyyat vasitəsinin xarici işıqlarına dəyişiklik edərək həmin modeldən olan nəqliyyat vasitələrinin normativ-texniki sənədlərində nəzərdə tutulmayan, başqa nəqliyyat vasitəsinə aid led işıqları quraşdıraraq konstruksiya dəyişikiliyi etmişdir ki, bu da, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1 saylı Əlavəsi ilə müəyyən edilmiş “Nəqliyyat vasitələrinin nasazlıqlarının Siyahısı”na əsasən qadağandır, belə olan halda onun inzibati məsuliyyətə cəlb olunaraq tənbeh edilməsini əsaslı etmiş, qanuni olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X1 Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə qərarın ləğv olunması üçün Azərbaycan Respublikası İXM-nin 134 və 135-ci maddələri ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, odur ki, X1 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhər Baş Polis İdarəsinin X4 İdarəsinin 02 oktyabr 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar