Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5203/2025 15.01.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Cavadov Rüfət Şahverən oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X5, qərarından şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin nümayəndəsi X12 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini S.M.Əliyev tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X5 verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: X8 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini S.M.Əliyev tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, protokol və onun əsasında qəbul edilmiş qərar əsassızdır. Belə ki, o, həmin vaxt qeyd olunan hadisə yerində olmamışdır. Həmin yerin ona heç bir aidiyyəti yoxdur. O, ümumiyyətlə vəzifəli şəxs olmamışdır. Qeyd edilən vəzifələri icra etməmişdir. Vəzifəli şəxs olmadığı halda kimlərisə işə cəlb etməsi barədə söylənilənlər əsassızdır. Ümumiyyətlə qeyd olunan avtoyuma məntəqəsinin ona aidiyyəti yoxdur. Həmin avtoyuma sahibi ilə onun arasında heç bir icarə müqaviləsi bağlanmamışdır. Qeyd edir ki, Şahid Heydər oğlu və X15 özləri avtoyuma məntəqəsinin sahibi ilə mart ayından icarə müqaviləsi bağlamaqla həmin obyekti idarə etmişlər. Bu bir daha təsdiq edir ki, o, həmin obyektə münasibətdə vəzifəli şəxs hesab edilə bilməz. Ümumiyyətlə araşdırma aparılmadan qərar qəbul olunmuşdur. Araşdırma aparılsaydı onun avtoyuma məntəqəsi ilə əlaqəsinin olmadığı müəyyən olunardı. Həmin yerə ümumiyyətlə baxış keçirilməmişdir. Qeyd olunanlara əsasən X16 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X8 şikayətin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, prokurorluqda əsassız olaraq işin bağlanması üçün alınan izahatlardan onun əleyhinə istifadə olunmuşdur. Prokurorluqda işin bağlanacağını bildirərək ona həmin şəxsləri işə cəlb etməsi barədə izahat yazdırmışlar. Şahid Heydər oğlu və X13 işə cəlb etməmişdir. xx.xx.2025-ci il tarixdə obyekti icarəyə vermiş, ancaq obyektin sahibi başqa adamdır. Şahid Heydər oğlu və X15 avtoyuma məntəqəsinin sahibləri ilə icarə müqaviləsi bağlamışlar. X23 adlı mülkiyyətçidən icarəyə almış və başqa şəxsə icarəyə vermişdir. Şikayətin ona heç bir aidiyyəti yoxdur. Obyekt heç vaxt onun istifadəsində olmamışdır. Qeyd olunan avtoyuma məntəqəsinin ona heç bir aidiyyəti yoxdur. Məhkəmədən şikayətin təmin edilməsini, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini S.M.Əliyev tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 izahatında bildirmişdir ki, prokurorluq onu Aysel adlı xanımın şikayəti əsasında dəvət etmişdir. Prokurorluqda demişlər ki, ondan`ifadə alıb işi bağlayırlar. O da ona istinadən ifadə vermişdir. Avtoyuma məntəqəsi ona məxsusdur. O, X3 34 kv.m olan obyekti icarəyə götürmüşdür. Problem isə yan obyektdə yaranmışdır. X8 onu hər hansı işə cəlb etməmişdir. Onun icarəyə götürdüyü obyekt Orxana məxsus deyil. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid Heydər oğlu izahatında bildirmişdir ki, obyektin icarəyə verilməsi barədə elan verilmişdir. O, 500 manata razılaşaraq obyekti icarəyə götürmüşdür. Sonradan bilmişdir ki, həmin obyekt Zaur adlı şəxsə məxsusdur. Prokurorluq onu Aysel adlı xanımın şikayəti əsasında dəvət etmişdir. Prokurorluqda demişlər ki, Orxan söhbətin bağlanması üçün belə izahat verib, sən də belə yaz ki, söhbət bağlansın. Obyekti işlədə bilməmiş və obyekti qaytarmışdır. Obyekti qaytardıqdan sonra rayona getmişdir. Orxan zəng eləyib bildirmişdir ki, 3000 manat cərimə olunmuşlar. Orxana prokurorluqda işin bağlandığını dedikdə, aldanıldıqlarını bildirmişdir. Ağayev Orxan onu hər hansı bir işə cəlb etməmiş, o obyekti icarəyə götürmüşdür. Məhkəmə iclasında qərarından şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin nümayəndəsi X17 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Nizami rayon prokurorluğundan daxil olmuş material əsasında araşdırma aparılmış və müəyyən edilmişdir ki, Şahid Heydər oğlu xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək, X15 2025-ci ilin mart ayından 17 sentyabr tarixədək vəzifəli şəxs X8 tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7 və 49-cu maddələrinin tələbləri pozularaq əmək müqaviləsi hüquqi qüvvəyə minmədən avtoyuma vəzifəsi üzrə işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini X18 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X8 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 3000 manat məbləğində cərimə olunmuşdur. X8 prokurorluqda verdiyi izahatında Şahid Heydər oğlunu və X13 əmək müqaviləsi bağlamadan işə cəlb etdiyini etiraf etmişdir. Qərar əsaslı olduğundan şikayətin təmin olunmamasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fiziki şəxs X5 barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və toplanmış material inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədilə baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinə göndərilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini S.M.Əliyev tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 Hacı Heydər oğlunu xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək, X13 2025-ci ilin mart ayından 17 sentyabr tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən avtoyuma vəzifəsi üzrə işlərin yerinə yetirilməsinə cəlb edərək Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 3000 manat məbləğində cərimə edilmişdir. - xx.xx.2025-ci il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən X19 Bakı şəhəri, Nizami rayonu, 815-ci keçid, 2/4 saylı binanın həyətində olan ümumi sahəsi 34 kv.m olan qaraj sahəsini ( 1 ədəd tozsoran, kopmressor, avtoyuma və köpük vuran avadanlıqları ilə birlikdə) icarəçi X14 icarəyə vermişdir. - xx.xx.2025-ci il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən X10 Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 101 saylı binanın həyətində olan ümumi sahəsi 18 kv.m olan qaraj sahəsini ( 1 ədəd tozsoran, kopmressor, avtoyuma və köpük vuran avadanlıqları ilə birlikdə) icarəçi X7 icarəyə vermişdir. - xx.xx.2025-ci il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən X8 Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 101 saylı binanın həyətində olan ümumi sahəsi 18 kv.m olan qaraj sahəsini (1 ədəd tozsoran, kopmressor, avtoyuma və köpük vuran avadanlıqları ilə birlikdə) icarəçi Şahid Heydər oğluna icarəyə vermişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş ödənilmiş vəsait haqqında xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X8 (VÖEN:**********) tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək olan dövr ərzində vergi, sosial və icbari tibbi sığorta haqları ödənilməsi barədə məlumat müəyyən edilməmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X22 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən verilmiş uçota dair xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X1 və ya digər vergi tutulan əməliyyatları dayandırılmışdır, hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün həmin İdarəyə göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 115.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda işə baxılarkən müəyyən edilmiş hallar göstərilir. Məhkəmə iclasında müəyyən olundu ki, xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda X5 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi qeyd olunsa da, xətanın törədildiyi yer konkret göstərilməmiş və X11 mart ayının neçəsindən işə cəlb edilməsi, qərarda göstərilən tarixlərdə işəgötürənin kim olması müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. İş materiallarından müəyyən edilmişdir ki, X16 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır ki, bu da məhkəmədə işə baxılarkən X5 qeyd olunan inzibati xətanı törətməsinə şübhə yaradır. X4 həmin inzibati xətaya aidiyyəti olmadığını göstərmişdir. Habelə iş üzrə şəxsin təqsirli olmasına dəlalət edə biləcək sübut və əsas göstərilmədən X8 barəsində natamam araşdırma aparmaqla inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Səlahiyyətli orqan tərəfindən isə qeyd olunan xüsusatlar üzrə qanunvericiliyin tələblərinə uyğun araşdırmanın aparılmamış olması və araşdırma zamanı şəxsin hüquqlarının təmin edilməməsi, eləcə də X5 şikayətində göstərdiyi dəlilər məhkəmədə onun inzibati xətanın subyekti olmasına şübhə yaradır. Məhkəmə xüsusi ilə qeyd etməyi zəruri hesab edir ki, X5 inzibati xəta haqqında iş üzrə icraat zamanı iştirakının təmin edilməsinin mümkünlüyü, həmçinin düzgün hüquqi nəticəyə gəlinməsini təmin edəcək işin faktiki halları X16 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən araşdırılmamışdır. Bu isə onu göstərir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X8 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçü müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını maneə törədəcək dərəcədə pozmaqla X8 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edərək sonuncunun hüquqlarını pozmuşdur. Bu səbəbdən də X8 Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də inzibati icraat zamanı yol verilmiş natamamlıqlarla bağlı iş üzrə yenidən araşdırma aparılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda, göstərilməklə, X5 iştirakı ilə yenidən əsaslı qərar qəbul edilməlidir. Ona görə də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: Şikayət qismən təmin edilsin. X5 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini S.M.Əliyev tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X5 inzibati xəta törətməsinə dair materiallar yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-5203/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5203/2025
15.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver