Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5204/2024 12.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qədirli Nigar Aftandil qızının sədrliyi, məhkəmə iclasının katibi Cavadov Rüfət Şahverən oğlunun katibliyi, qərardan şikayət verən şəxs X1 Protokolu tərtib etmiş Bakı şəhər DYPİ-nin əməkdaşı Orxan Qəhrəmanovun iştirakı ilə, X1 Azərbaycan Respublikası Bakı şəhər DYPİ-nin xx.xx.2024-cu il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 məhkəməyə müraciət edərək, Bakı şəhər DYPİ tərəfindən çıxarılmış inzibati tənbeh vermə haqqında xx.xx.2024-cu il tarixli, TP ******* saylı inzibati qərarın qanunsuz və əsassız olduğundan ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi şikayətində və məhkəməyə verdiyi izahatında şikayətini onunla əsaslandırdı ki, idarə etdiyi “Mersedes Benz” markalı, **-TD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Nizami rayonu, Koroğlu metrostansiyasının yaxınlığında nəqliyyat vasitələrinin sıx toplaşdığı yerdə saxlamış, bu zaman polis əməkdaşı ona yaxınlaşaraq nəqliyyat vasitəsinin ikinci cərgədə saxlanılmasının qaydalara zidd olduğunu bildirmiş və barəsində İXM-nin 346.4-cü maddəsi ilə protokol tərtib edilmişdir. Hesab edir ki, həmin protokol və onun əsasında qəbul edilmiş qərar tam əsassızdır. Belə ki, qeyd olunan ərazidə cərgə anlayışı yoxdur, sürücülər nəqliyyat vasitələrini kütləvi şəkildə həmin ərazidə saxlayırlar. Qeyd olunanlara əsasən şikayətin təmin edilməsini və qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Protokolu tərtib etmiş Bakı şəhər DYPİ-nin əməkdaşı Orxan Qəhrəmanov məhkəmədə çıxış edərək verilmiş şikayətin əsassız olduğunu, qərarın qüvvədə saxlanılmasını xahiş etdi. Bildirdi ki, sürücü İsmayılov idarə etdiyi nəqliyyat vasitəsini Koroğlu metrostansiyanın qarşısında ikinci cərgədə saxlamaqla, digər nəqliyyat vasitələrinin hərəkətinə mane olmiuş, tıxacın yaranmasına səbəb olmuşdur. Qeyd etdiklərinin məhkəməyə təqdim etdiyi videogörüntü ilə də təsdiq olunduğunu bildirdi. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2024-cu il tarixli, TP seriyalı, ******* saylı qərardan görünür ki, Bakı şəhəri, Heydər Əliyev prospekti 182 ünvanında xx.xx.2024-cü il tarixdə saat 20:07 radələrində yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə, “Mercedes Benz” markalı, 90-TD 401 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi X4 Azərbaycan Respublikası İXMnin 346.4-cü maddəsi ilə 80 manat məbləğində inzibati cərimə edilmişdir. Qərardan şikayət vermiş X4 tərəfindən dayanma qaydalarının pozulması işdə olan videogörüntü, qərar, protokol və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla öz təsdiqini tapmışdır. Belə ki iş materiallarına əlavə edilmiş videogörüntüyə əsasən müəyyən edilmişdir ki, sürücü “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 52ci maddəsinin İ hissəsinin tələblərini pozmuş, nəqliyyat vasitəsini yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə saxlamışdır. Belə ki, “Yol Hərəkəti haqqında” Qanunun 52-ci maddəsinin İ hissəsinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində - yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və ya durması qadağandır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin İ hissəsinin 1 və 2-ci hissələrinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində cərimə edilir. Məhkəmə qeyd edir ki, X4 dayanma üçün müəyyən edilmiş tələbləri pozduğuna görə onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədildiyindən onun inzibati xətada təqsirli bilinməsi əsaslı hesab edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 xx.xx.2024-cu il tarixli, TP seriyalı, ******* saylı qərardan verdiyi şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-5204/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5204/2024
12.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver