Məhkəmə qərarları › İş №3(007)-5205/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5205/2024

12.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5205/2024 12.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X3 iclas katibliyi, qərardan şikayət verən X4 və qərarından şikayət verilmiş inzibati orqanın nümayəndəsi Nümayəndə1 iştirakı ilə, X1 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsinin xx.xx.2024-cü il tarixli TP ******* inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın qismən ləğv edilməsini xahiş etmişdir. Şikayətçi şikayətində və məhkəməyə verdiyi izahatında şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə idarə etdiyi «Kia Sportegc» markalı, ** FK *** dövlət qeydiyyat nişanlı avtomaşın ilə Bakı şəhəri, M.Əliyev küçəsində hərəkətdə olarkən yol nəqliyyat hadisəsi baş vermiş və hadisə nəticəsində «X10 Plug-İn» maralı, ** SF *** dövlət qeydiyyat nişanlı avtomaşına və «Kia Sorento» markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomaşına zərər dəymişdir. Həmin vaxtı o dərhal Sığorta şirkətinə və DYPİ-nə məlumat vermiş və onların əməkdaşları hadisə yerinə gəlmişlər. xx.xx.2024-cü il tarixdə Yol Polis əməkdaşları ona bildirmişlər ki, yol hərəkət qaydalarını onun tərəfindən pozulduğu üçün protokol tərtib olunacaq. Yol polis əməkdaşları protokolun elektron olduğunu və elektron qaydada tanış olacağımı bildirdilər. Bir vaxt sonra mən GPay vasitəsi ilə həmin protokola baxdım və ödəniş etdim, lakin hansı maddə ilə barəmdə inzibati protokol təktib olunmasından xəbərim olmadı, çünku orada heç bir qeyd aparılmamışdır. Yol hadisəsi nəticəsində avtomaşınlara dəymiş ziyanın ödənilməsi ilə bağlı o «Paşa Sığorta» şirkətinə müraciət etmiş, lakin şirkət ziyanı ödəsə də sonra həmin məbləğin subraqasiya qaydasından ondan geri tələb edəcəklərini dedilər. Barəsində tərtib olunmuş protokolda hadisə yerindən yayındığı üçün həmin məbləğin ondan geri tələb olunacağı qeyd etmişlər. Hadisə baş verən kimi o, Sığorta şirkətinə və Yol Polis əməkdaşlarına məlumat vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəddəsinin 327.1 və 327.6- cı maddələri ilə nəzərdə tutulmuş inzabibati xətanın törədilməsinə dair BDYPİ-si tərəfindən tərtib edilmiş 26 oktyabr 2024-cü il tarixli, TP ******* seriyalı qərarın 327.6 maddəsi olan hissədə ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında qərardan şikayət verilmiş orqanın nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında çıxış edərək şikayətin təmin edilməməsini və qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsinin xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarına əsasən X6 xx.xx.2024-cü il tarixdə Mikayıl Əliyev küçəsində istifadəsində olan KİA SPORTAGE markalı ** FK *** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olan zaman araməsafəsi qaydalarının pozulması, yol hərəkəti qaydalarını pozan sürücü tərəfindən yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə İXM-nin 327.1 və 327.6-ci maddəsi ilə təqsirli bilinib 100 manat cərimə edilmişdir. Beləliklə əvvəl protokol qəbul edilmiş, sonra həmin protokol əsasında da qərar qəbul olunmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, şikayətçi tərəfindən məhkəməyə təqdim edilmiş sübutlar araşdırılarkən şikayətçi Hüseynovun yol nəqliyyat hadisəsi baş verdikdən sonra dəfələrlə 102 xidmətinə zəng etməsi, sərxoşluq vəziyyəti halının təyini məqsədilə müayinədən keçməsi, hadisənin səhəri günü polis əməkdaşının tapşırığına əsasən Bakı şəhəri BPİ-nin DYPİ-nin Badamdarda yerləşən inzibati binasına getməsi və orada aparılan müvafiq araşdırmalarda iştirak etməsi onun İXM-nin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini şübhə altına qoyur. Qeyd olunan halların məhkəmə iclası zamanı aydınlaşdırılması mümkün olmadığından AR-sı DİN Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsinin xx.xx.2024-cü inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilərək, yenidən araşdırılması üçün Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X1 Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsinin TP ******* saylı xx.xx.2024-cü inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət qismən təmin edilsin, həmin qərar ləğv edilsin və yenidən araşdırılması üçün Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsinə qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar