Məhkəmə qərarları › İş №3(007)-5206/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5206/2023

17.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5206/2023 17.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PBnin polis sahə inspektoru X3, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi (anası) Qanuni nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi- Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X1 iştirakları ilə, xx xxx 2000-ci il tarixdə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Şəmkir şəhəri, A.Teymur küçəsi ev 46-da qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Şağan- 2 qəsəbəsində nömrəsiz fərdi evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 16 oktyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və digər sənədlərə əsasən Şəxs 05 iyun 2023-cü il tarixdə saat 17:00 radələrində Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən “Koroğlu” metrosunun yaxınlığındakı “Alov Park”da Zərərçəkmiş şəxs yaxınlaşıb danışmaq adı ilə ondan mobil telefonunu istəmiş, Yaşar Rzayev ona inanıb özünə məxsus “Redmi Note 11” markalı, 300 manat dəyərində, üzərində ***-***-**-** saylı nömrə olan, **********84407, **********84415 İmei kodlu mobil telefonunu danışması üçün ona vermiş, Zərərçəkmiş şəxs onun xahişi ilə su almaq üçün köşkə getməsindən istifadə edib dələduzluq yolu ilə ələ keçirdiyi həmin mobil telefonu özü ilə aparıb satmaqla Zərərçəkmiş şəxs 300 manat məbləğində maddi ziyan vurmaqla özgə əmlakını xırda talamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin polis sahə inspektoru X4 protokolun məzmununa uyğun izahat verərək, qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 05 iyun 2023-cü il tarixdə saat 17:00 radələrində “Koroğlu” metrosunun yaxınlığındakı “Alov Park”da Zərərçəkmiş şəxs yaxınlaşmış, qazi olduğunu, halının pis olduğunu deyib ona su almasını xahiş etmişdir. Yaşar su almağa getmək istəyərkən danışmaq üçün ondan telefonunu istəmiş, Yaşar da özünə məxsus “Redmi Note 11” markalı mobil telefonu ona vermişdir. Yaşar su almağa getdikdən sonra mobil telefonu özü ilə götürüb tez oradan uzaqlaşmış, sonradan Şəmkir şəhərində şəxsiyyət vəsiqəsini təqdim edib özününkü kimi təqdim etməklə həmin telefonu 100 manata sataraq pulunu şəxsi ehtiyaclarına xərcləmişdir. Dəymiş ziyanı ödəməyə maddi imkanı yoxdur. Özü Vətən müharibəsinin iştirakçısı olmaqla 5 medalı var, döyüşlər zamanı kəllə-beyin travması almışdır. Himayəsində bir azyaşlı uşağı var. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs qanuni nümayəndəsi (anası) Qanuni nümayəndə iştirakı ilə verdiyi izahatında göstərmişdir ki, 05 iyun 2023-cü il tarixdə saat 17:00 radələrində “Koroğlu” metrosunun yaxınlığındakı “Alov Park”da əyləşmişdir. Tanımadığı şəxs yaxınlaşaraq qazi olduğunu, halının pis olduğunu deyib bir ədəd kart verərək gedib ona su almasını demişdir. Sonradan tanıdığı Şəxs onun verdiyi kartı götürüb getmək istəyərkən Əmrah danışmaq üçün telefon istəmiş, o da özünə məxsus işlənmiş “Redmi Note 11” markalı, 300 manat dəyərində, üzərində ***-***-**-** saylı nömrə olan, **********84407, **********84415 İmei kodlu mobil telefonunu danışmaq məqsədi ilə Əmraha verib ona su almaq üçün köşkə getmişdir. Köşkdə olarkən Əmrahın verdiyi kartda pul olmadığını bilmiş, geri həmin şəxsin yanına qayıdanda Əmrahın orada olmadığını görmüş və bu zaman Əmrahın onu aldadaraq telefonunu ələ keçirdiyini başa düşmüşdür. Orada olan zaman bir nəfər tanımadığı şəxs yaxınlaşıb kartın onun olduğunu deyərək kartı ondan almışdır. Polisə müraciəti əsasında araşdırma aparılmış və onu aldadıb telefonunu ələ keçirən şəxsin Şəxs olması müəyyən edilmişdir. Hadisə nəticəsində ümumilikdə ona 300 manat maddi ziyan dəymişdir. Şəxs ona vurduğu maddi ziyanı ödəməmişdir, onunla barışmamışdır və şikayətçidir. Qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin təhqiqatçısının 15 iyun 2023-cü il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs aldadılaraq ona 300 manat maddi ziyan vurmaqla aldadan naməlum şəxsin gələcəkdə yeri müəyyən edildikdə barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati tədbir görülməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Nizami RPİ-nin 23-cü PB-nin sahə inspektorunun 16 oktyabr 2023-cü il tarixli raportundan görünür ki, qeyd olunan əməli törətməkdə şübhəli olan Şəxs müəyyən edilərək 23-cü polis bölməsinə təqdim olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Nizami RPİ-nin 23-cü PB-nin sahə inspektorunun qərarlarından görünür ki, 20 iyun 2023-cü il tarixdə inzibati iş üzrə icraat başlanılmış, həmin tarixdə işin icraatı dayandırılmış, 16 oktyabr 2023-cü il tarixdə işin icraatı təzələnmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan ödənilməmiş və onunla barışıq əldə edilməmişdir. Ona görə məhkəmə hesab edir ki, həmin əsasla işin icraatına xitam verilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati xəta törətmiş Şəxs izahatında qeyd olunanlara dair sənəd təqdim edilmədiyinə görə məsuliyyəti yüngülləşdirən hal qismində yoxlanılması mümkün olmamışdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində ictimai iş növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə bundan başqa hesab edir ki, Şəxs inzibati tənbeh müddətinin əvvəli qərarın faktiki icraya başlandığı vaxtdan hesablanmalı, Azərbaycan Respublikası İXM-nin 28.3-1-ci maddəsinin tələbinə uyğun olaraq, onun üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalı, qərarın icrası yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməlidir. İş materiallarından görünür ki, Şəxs hazırkı iş üzrə inzibati qaydada tutulmamışdır. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Azərbaycan Respublikası İXM-nin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Məhkəmədə işə baxılarkən vurulmuş zərərin ödənilmədiyi müəyyən edilmişdir, ona görə həmin şəxsin mülki icraat qaydasında belə tələb irəli sürmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 180 (bir yüz səksən) saat müddətinə ictimai işlər növündə tənbeh tətbiq edilsin. Şəxs inzibati tənbeh müddətinin əvvəli qərarın faktiki icraya başlandığı vaxtdan hesablansın. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Şəxs yaşayış yeri üzrə Bakı şəhər probasiya idarəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X2 müvafiq hesablaşma hesabı üzərindən 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Vurulmuş zərərin ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia verə bilmək hüququ zərərçəkmiş şəxsə izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar