Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5207/2025 20.11.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, məhkəmə iclasının katibi – Vəliyeva Nazlı Eldar qızının katibliyi, qərardan şikayət verən X5 və qərarından şikayət verilən orqanın - Bakı şəhər BPİ DYPİ-nin nümayəndəsi X3 iştirakları ilə, X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul olunmuş, xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 30726691 nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul olunmuş, xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 30726691 nömrəli qərarından məhkəməyə şikayət verərək, qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X7 şikayətində və məhkəmə iclasında verdiyi izahatında şikayətini onunla əsaslandırdı ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul olunmuş, xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 30726691 nömrəli inzibati xəta haqqında iş üzrə qərarla İXM-nin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Lakin o, avtomobili saxladığı ünvanda hər hansı yol hərəkəti nişanı olmamış, avtomobili yolayrıcına və piyada keçidinə lazım olan məsafədə saxlamışdır. Videogörüntüdə olan nişanla avtomobili saxladığı yer arasında məsafə çoxdur, arada 2 həyət var, yaşayış binasının həyətinə girib-çıxan avtomobillərin də o nişanı görmək imkanı yoxdur. Həmçinin orada heç bir halda nişanı görmək mümkün deyildir, ümumiyyətlə, o nişan avtomobili saxladığı o küçəyə aid deyildir. Videoda göstərilən küçənin davamı var. İnzibati cərimə növündə tənbeh tətbiq edilməsi qanunsuz və əsassızdır. Buna görə də hesab edir ki, DYPİ tərəfindən heç bir inzibati xəta törətmədiyi halda məsuliyyətə cəlb edilmişdir. Qeyd olunanlara əsaslanaraq, xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 30726691 nömrəli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Qərarından şikayət verilən orqanın - Bakı şəhər BPİ DYPİ-nin nümayəndəsi X4 məhkəmə iclasında bildirdi ki, məhkəməyə təqdim edilmiş videogörüntüdən də görünür ki, inzibati xəta hadisəsi törədilmişdir. Belə ki, qeyd olunan küçədə faktiki olaraq yol nişanı var, həmin nişan yolayrıcına qədər qüvvədədir, yol ayrıcı da yoxdur. Yaşayış binalarının həyətinə giriş isə yolayrıcı sayılmır. Həmçinin qərar elektron qərardır, kamera vasitəsilə çəkilin, hər hansı şəxs tərəfindən çəkilməmişdir. Bu səbəbdən qərar qanuni və əsaslı, şikayət əsassızdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək və tərəflərin izahatını dinləyib hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclası zamanı qərarından şikayət verilən orqan tərəfindən məhkəməyə təqdim edilmiş video görüntüyə baxış keçirilmiş, lakin şikayətçi tərəfindən inzibati xəta hadisəsinin törədib-törədilməməsini müəyyən etmək mümkün olmamışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait edilməlidir. 120.1-ci maddəsinə əsasən bu Məcəllənin 122.7, 122.8 və 124.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə barəsində icraat aparılan şəxsin səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən çağırılması qadağandır. 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 134.1.4-cü maddəsinə görə bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması. 137.2-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130-cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. İş materiallarına əsasən müəyyən edilmişdir ki, X7 İXM-nin 346.1-ci maddəsi ilə təqsirli bilinib 20 manat məbləğində cərimə olunmuşdur. Lakin qərar qəbul olunan zaman iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar kifayət qədər araşdırılmamışdır. Həmçinin məhkəmə iclası zamanı qərarından şikayət verilən orqan tərəfindən inzibati xətanın törədilməsini təsdiq edən sübut məhkəməyə təqdim olunmamışdır. Beləliklə, iş üzrə bütün hallar araşdırılmadan X7 barəsində inzibati xəta haqqında qərar çıxarılmışdır. Qeyd olunan halların araşdırılması məqsədilə xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 30726691 nömrəli qərar ləğv edilməli və yenidən araşdırılması məqsədilə BDYPİ-yə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X2 barəsində İXM-nin 346.1-ci maddəsi ilə BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 30726691 nömrəli qərar ləğv edilsin və inzibati xəta haqqında işə yenidən baxılması üçün BDYPİ-yə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Emin Axundov
Məhkəmə qərarları › İş №3(007)-5207/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5207/2025
20.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver