Məhkəmə qərarları › İş №3(007)-5216/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5216/2023

01.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5216/2023 01.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Nigar Aftandil qızı Qədirlinin sədrliyi, X5 iclas katibliyi, X1 və qərarından şikayət verilən orqanın nümayəndəsi X4 iştirakları ilə, X1 X10 iş üzrə qərardan verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 X10 iş üzrə qərardan şikayət verərək Nizami Rayon DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı, qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, o, xx.xx.2023-cü il tarixində Bəkir Çobanzadə küçəsi ilə özünə məxsus “Hundai Santafe” markalı **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkan Bakı şəhəri Nizami Rayon Dövlət X13 inspektoru tərəfindən saxlanılmış, polis inspektoru nəqliyyat vasitəsinə avadanlıq quraşdırılması adı ilə avtomobili duracağa yerləşdirilməsini tələb etmiş və avtomobildən düşərək ona verməyi tələb etmişdir. İnspektordan hansı əsasa görə avtomobili tərk etməli olduğunu soruşmu, polis inspektoru heç bir əsas olmadan polisə tabesizlik göstərirsən demişdir. O zaman polis əməkdaşları özbaşınalıq edərək onu heç bir əsas olmadan 25 -ci polis şöbəsində saxlamışlar. Avtomaşının gecə faralarına görə zorla saxlayaraq polis idarəsinə aparılması, avtomaşınımın faralarının standartlara uyğun olub olmamasını müəyyən etmədən məcburi olaraq dayanacağa yerləşdirilməsi və özünün polis şöbəsində saxlanılmasını Konstitusion hüquqlarının pozulması kimi qiymətləndirmişdir. Avtomaşını və özünü saxlandığı vaxtda hər hansı bir sənədləşdirmə aparılmamış və sonradan onun müraciətim əsasında xx.xx.2023-cü ildə X10 İXP ******* saylı Protokol və xx.xx.2023-cü il tarixində inzibati tənbeh vermə haqqında Qərar tərtib edilmişdir. Həmin Qərarda müəyyən edilir ki, o xx.xx.2023-cü il tarixində saat 23:17 radəsində nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla avadanlığın quraşdırılması , nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla avadanlığın dəyişdirilməsi əsası ilə AR İXM 342.2.2 , 342.2.2-ci maddəsiində nəzərdə tutulan xətanın törətmişdir. İdarə etdiyi avtomaşında “nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla avadanlığın quraşdırılması , nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla avadanlığın dəyişdirilməsini ” etmədiyini bildirmişdir. İdarə etdiyi avtomaşının işıq faralarında heç bir dəyişiklik olmamış və faraların işıq cihazları standarta uyğun olmuş və həmi işıqlar avtomobil istehsal edən şirkətin ehtiyat hissəsi kimi istehsal etdiyi işıq cihazıdır. Ona görə hesab edir ki, Nizami rayon X15 Şöbəsi tərəfindən xx.xx.2023- cü il tarixində TP ******* saylı Qərarla onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə cərimə edilməsi əsasızdır və ləğv edilməlidir. Odur ki, barəsində tərtib edilmiş qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş X2 çıxış edərək bildirdi ki, idarə etdiyi Hyundai Santafe minik markalı avtomobilin istehsal ili 2009-cu ildir. Hal-hazırda onun istehsalı dayandırılmışdır. Qeyd olunan səbəbdən, işıqların dəyişdirilməsinə ehtiyac yarandığından avtomobil fənərinin “H 1” markalı işıqlarını led “H1” işıqlar ilə əvəz etmişdir. İdarə etdiyi nəqliyyat vasitəsinin istehsalı dayandırıldığından mövcud işıqları led ilə əvəz etməyə məcbur olmuşdur. Protokol və qərar əsassızdır, çünki maşının konstruksiyasına hər hansı dəyişiklik edilmədiyini qeyd etdi. Məhkəmə iclasında qərarından şikayət verilən orqanın nümayəndəsi X7 çıxış edərək, X6 tərəfindən Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyini və şikayət ərizəsi əsassız olduğundan inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Həmçinin qeyd etdi ki, sürücü polis əməkdaşı tərəfindən saxlanılan zaman polis əməkdaşının qanuni tələblərinə riayət etmədiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə protokol tərtib olunmuş və Nizami Rayon Məhkəməsinin qərarı ilə 150 manat məbləğində cərimə olunmuşdur. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X14 İdarəsinin TP ******* saylı, xx.xx.2023-cü il tarixli X10 iş üzrə qərarına əsasən X6 xx.xx.2023-cü il tarixdə saat 23:17 radələrində “Hyundai Santafe minik” markalı, **-CY- *** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 1 ünvanında “nəqliyyat vasitəsinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla avadanlığın dəyişdirilməsinə görə” yol-hərəkət qaydalarının pozulmasına görə İXM-in 342.2.2-ci maddəsi ilə təqsirli bilinib 150 manat cərimə edilmişdir. Həmin qərar xx.xx.2023-cü il tarixli İXP ******* saylı X10 iş üzrə protokol əsasında qəbul edilmişdir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 2009-cu il buraxılışlı “Hyundai Santafe” minik markalı avtomobillərin fənər işıqlarının zavod üsulu ilə istehsal olunmuş versiyasında “H 1” tipli işıqlar nəzərdə tutulmuşdur. Beləliklə, şikayətçi tərəfindən avtomobilə led işıqların quraşdırılması normativ tələblərin pozuntusu kimi qiymətləndirilməlidir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. “Yol hərəkəti haqqında” qanunun 1 saylı Əlavəsinin İİİ hissəsinin 1-ci bəndinin tələbinə əsasən xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmalıdır. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində X10 iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, X10 protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da protokolla da müəyyən edilir ki, şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması X10 iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. X10 iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X14 İdarəsinin TP ******* saylı, xx.xx.2023-cü il tarixli X10 qərardan verdiyi şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar