Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5219/2025 04.12.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, X6 iclas katibliyi, X1 vəkili “De Fendo” Vəkil bürosunun vəkili Vəkil, qərarından şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında iş üzrə qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayətində tələbini onunla əsaslandırmışdır ki, direktoru olduğu "xxxx" QSC barəsində X9 Xidməti tərəfindən 23 oktyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbehvermə haqqında qərar qəbul olunmuşdur. Həmin sözügedən qərar aşağıdakı əsaslara görə qanunsuzdur və ləğv edilməlidir: 23 oktyabr 2025-ci il tarixli, MN ******* saylı qərara münasibətdə işçi X7 tərəfindən DƏMX-nə əmək hüquqlarının pozulması ilə müraciət edildikdən sonra tərəflərindən 7 iş günü müddətində müvafiq sənədərin təqdim edilməsi bildirilmişdir. Həmin sənədlər tərəflərindən müddət keçmədən hazırlanaraq göndərilmişdir. İstənilən sənədlərin içərisində son haqq hesab ödənişlərini təsdiqləyən sənədlər də istənilmiş, bununla bağlı əmr və s. təqdim olunmuş, ödəniş cədvəlləri ilə bağlı da akt tərtib edilib göndərilmişdir. Bu halı natamam sənəd təqdimi kimi nəzərə alaraq DƏMX direktoru olduğu şirkət barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Nizami Rayon Məhkəməsinin 3(007)- 4974/2025 saylı, 04 noyabr 2025-ci il tarixli qərarı ilə müəyyən olunmuşdur ki, tərəflərindən sənədlər demək olar tam təqdim edilmiş, yalnız bir sənəd üzrə ödəmələrin siyahısı istənildiyi üçün akt təqdim edilmişdir. Qeyd edilənləri nəzərə alaraq barələrində tətbiq olunan cərimə şərti tətbiq edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 116.2 və 116.3-cü maddələrinə əsasən onlara inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda hüquqpozmanı aradan qaldırmaq üçün 20 gün müddət nəzərdə tutulmuşdur. Məlumdur ki, İXM-nin 116.2-cİ maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilməyəcək. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödəniləcəkdir. Göründüyü kimi hüquqi şəxsin inzibati təqsiri sübut olunmadığı üçün barələrində qəbul olunan qərarın icrası mümkün deyil və ləğv olunmalıdır. Bu səbəbdən həmin sözügedən qərarın ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. Qeyd edilənlərə və inzibati qanunvericiliyin müvafiq maddələrinə əsasən müəyyən edilir ki, inzibati protokol və əsasında qəbul edilən inzibati qərar əsassızdır. Bu hal isə əməlində özlüyündə hər hansı bir inzibati xətanın olmasını istisna edir və sözügedən qərarın ləğv edilməli olmasını bir daha təsdiq edir. AR İnzibati Xətalar Məcəlləsinin 122.7-ci maddəsinə əsasən barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs məhkəməyə şikayət verə bilər. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər iizrə icraat başlanıla bitməz, başlanmış icraata isə xitam verilir. Qeyd olunanlara əsasən Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. X1 vəkili “De Fendo” Vəkil bürosunun vəkili Vəkil bildirdi ki, Bakı şəhəri Nizami Rayon Məhkkəməsinin 3(007)-4974/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə "xxxx" QSC barəsində AR İXM-nin 539.3-cü maddəsi ilə 2000 manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilərək, mövcud hüquqpozmanın aradan qaldırılması üçün 01 ay vaxt verilmiş və tərəflərindən qərarın qəbul olunduğu vaxtdan qısa bir müddət sonra hüquqpozma aradan qaldırılmışdır. Zəruri olan ödəniş sənədi isə həm AR ƏƏSMN yanında DƏMX-nə, həm də Nizami Rayon Məhkəməsinə təqdim edilmişdir. Sözügedən qərar artıq qanuni hüquqi qüvvəsini almışdır və mübahisələndirilə bilməz. Barələrində qəbul olunmuş qərar üzrə hüquq pozuntusunu aradan qaldırılmış, məsuliyyətləri istisna olunub və eyni əsasla vəzifəli şəxs kimi cərimələnmələri də qanuni deyil. Bakı şəhəri Nizami Rayon Məhkkəməsinin 3(007)-4974/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı üzrə hakim obyektiv və yüngülləşdirici halları nəzərə alaraq şirkət barəsində şərti cərimə tətbiq etmiş və tərəflərindən də pozuntu aradan qaldırılmışdır. Qərar hüquqi qüvvəsini aldığı üçün mübahisələndirilməsi də ağlabatan və məntiqli deyildir. Artıq hüquqi şəxsin əməlində inzibati xəta tərkibi yoxdursa, eyni əsas, eyni predmet və eyni tələb üzrə vəzifəli şəxsin əməlində də pozuntu olmamalıdır. Göründüyü kimi İXM-də nəzərdə tutulan prioritet prinsiplərdən olan ədalətlilik prinsipinin mahiyyətinə uyğun olaraq tərəflərindən verilən inzibati şikayət qanuni və əsaslı olduğundan təmin edilməlidir. Bu hüquqi mövqe Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 18.2 və 18.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli plenum qərarında da öz əksini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən, iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bütün bunları nəzərə alaraq, şikayət təmin olunmasını, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarından şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X4 bildirdi ki, şikayət əsassızdır, qərar qanuni və əsaslıdır. Bakı şəhəri Nizami Rayon Məhkkəməsinin 3(007)-4974/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə hüquqi şəxs barəsində cərimə şərti tətbiq olunmuş, verilmiş müddət ərzində sənədlər təqdim edilmişdir. Lakin şikayətçi barəsində MN ******* saylı, xx.xx.2025-ci il tarixli qərarla cərimə şərti tətbiq olunmamış, həmçinin həmin qərar qəbul olunarkən hüquqi şəxsin də, vəzifəli şəxsin də əməlində inzibati xəta tərkibi mövcud olmuşdur. Hazırki halda qərar qəbul olunduqdan sonra hüquqpozmanın aradan qaldırılması qərarın ləğv edilməsi üçün əsas ola bilməz. Qeyd olunanları nəzərə alaraq, X11 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılmasını, şikayətin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyərək, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X11 Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsi ilə təqsirli bilinib 1500 manat məbləğində cərimə edilmişdir. Həmin qərar xx.xx.2025-ci il tarixli, MN 2407799, xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokollar əsasında qəbul edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkkəməsinin 3(007)- 4974/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, "xxxx" QSC Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsi ilə təqsirli bilinib 2000 manat məbləğində cərimə edilmiş, hüquqpozmanın aradan qaldırılması üçün 01 ay müddət müəyyən edilmiş, həmin müddət ərzində hüquqpozma aradan qaldırıldığı təqdirdə cərimə ödənilməməsi qərara alınmışdır. İş materiallarında olan "xxxx" QSC-nin DƏMX-nin Bakı şəhər İdarəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli, Ç/167 nömrəli məktubundan görünür ki, tələb olunan sənədlər, həmçinin işçi ilə olan razılıq ərizəsi təqdim edilmişdir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə müəyyən olunmuşdur ki, hüquqi şəxs barəsində eyni fakta görə İXM-nin 539.3-cü maddəsi ilə cərimə şərti tətbiq olunması və məhkəmə tərəfindən verilmiş müddət ərzində hüquqpozmanın aradan qaldırılması vəzifəli şəxs barəsində eyni fakta görə İXMnin 539.3-cü maddəsi ilə qəbul edilmiş qərarın ləğv edilməsi üçün əsas deyil. Belə ki, vəzifəli şəxs olan şikayətçi barəsində xx.xx.2025-ci il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən onun əməlində inzibati xəta tərkibi olmuşdur. Həmçinin Bakı şəhəri Nizami Rayon Məhkkəməsinin 3(007)-4974/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə də hüquqi şəxsin eyni fakta görə hüquqpozmanın törədilməsində təqsiri müəyyən olunmuşdur. Hüquqi şəxs həmin qərarda müəyyən edilmiş müddət ərzində hüquqpozmanı aradan qaldırmaqla faktiki olaraq inzibati xətanın törədilməsi faktını qəbul etmişdir. Beləliklə, şikayətçinin həmin inzibati xətanı törətməsi qərar və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinə görə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə –vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Emin Axundov
Məhkəmə qərarları › İş №3(007)-5219/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5219/2025
04.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver