Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5222/2025 18.11.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, X4 iclas katibliyi, şikayətçi – X3 iştirakı ilə, X3 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 31334673 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 31334673 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Qərara əsasən X5 İXM-nin 327.1-1-ci maddəsi ilə təqsirli bilinib 100 manat məbləğində cərimə edilmişdir. Şikayətçi şikayətində şikayətini onunla əsaslandırmışdır ki, etibarnamə əsasında idarə etdiyi "X10” markalı, **-FF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Neftçilər prospekti Dəniz limanının qarşısında hərəkətdə olarkən "Cresent Mall” ticarət mərkəzinin yeraltı dayanacağına daxil olmaq istəmiş, bu səbəbdən ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yola daxil olmuş və həmin yolla “Cresent Mall” ticarət mərkəzinin yeraltı dayanacağına daxil olmuşdur. xx.xx.2025-ci il tarixində E-polis tətbiqinə daxil olarkən barəsində inzibati tənbeh vermə haqqında EQ31334673 saylı protokolunun tərtib edildiyini görmüşdür. İnzibati tənbeh vermə haqqında EQ31334673 saylı xx.xx.2025-ci il tarixli qərara əsasən o, nəqliyyat vasitəsini idarə edərkən 327.1-1, 5.9, 5.10.1 - 5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət etdiyinə görə 100 manat məbləğində cərimə edilmişdir. DİN BDYPİ-nin X7 tərəfindən tərtib etdiyi elektron qərarda onun istifadəsində olan nəqliyyat vasitəsinin İXM-nin 327.1-1 maddəsi ilə nəzərdə tutulmuş xətanın baş verməsi sübuta yetirilmədiyindən həmin qərar ləğv edilməlidir. Odur ki, yuxarıda şərh olunanlara əsasən, DİN BDYPİ-nin X7 tərəfindən tərtib edilmiş İnzibati tənbeh vermə haqqında E031334673 saylı, xx.xx.2025-ci il tarixli qərarının ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X2 şikayətin dəlillərini müdafiə edərək bildirdi ki, məqsədi "Cresent Mall” ticarət mərkəzinə getmək olmuş, orada yerüstü və yeraltı dayanacaq nəzərdə tutulmuş, icazə verilən yerdən ümumi istifadədə olan hərəkət zolağına daxil olmuş, lakin görmüşdür ki, səhvən yerüstü dayanacağa keçmişdir, bu səbəbdən hərəkətini davam etdirərək 30-40 metr qarşıda olan yeraltı dayanacağa daxil olmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş qərarından şikayət verilən orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçini dinləyərək şikayəti və materialları nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 31334673 nömrəli qərara əsasən X5 xx.xx.2025-ci il tarixdə, saat 08:20 radələrində Bakı şəhəri, Neftçilər prospekti, Dəniz vağzalının qarşısında 327.1-1, 5.9, 5.10.1-5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarla hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə, “X10” minik markalı, **-FF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X5 Azərbaycan Respublikası İXM-nin 327.1-1-ci maddəsi ilə 100 manat məbləğində cərimə olunmuşdur. Qərarından şikayət verilən orqanın nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş video materiala baxış keçirilərkən müəyyən edilmişdir ki, şikayətçi tərəfindən həmin inzibati xəta hadisəsi həqiqətən törədilmişdir. Belə ki, **-FF-*** dövlət qeydiyyat nişanlı “X10” minik markalı nəqliyyat vasitəsi ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağında düzünə, avtobusun arxasıyca hərəkət etməklə, İXM-nin 327.1-1ci maddəsinin tələblərini pozmuşdur. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə ilk növbədə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinin İV bəndinə əsasən 5.9, 5.10.1—5.10.3 nişanları ilə işarə edilmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkəti və dayanması qadağandır. Əgər bu zaman həmin zolaq qırıq-qırıq nişanlama xətti ilə qalan hərəkət hissəsindən ayrılmışdırsa, nəqliyyat vasitələri dönərkən bu zolağa keçə bələrlər. Həmçinin belə yerlərdə yola girərkən və hərəkət hissəsinin sağ kənarında sərnişinlərin minməsi və düşməsi üçün bu zolağa keçməyə icazə verilir, lakin bu, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün maneə yaratmamalıdır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, şikayətçi tərəfindən inzibati xəta hadisəsi həqiqətən törədilmişdir. Belə ki, “X10” minik markalı, **-FF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X5 xx.xx.2025-ci il tarixdə, saat 08:20-də Bakı şəhəri, Neftçilər prospekti, Dəniz vağzalının qarşısında ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağına daxil olaraq düzünə hərəkətə davam etmiş, bununla da İXM-nin 327.1-1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Şikayətində və məhkəmə iclasında qərardan şikayət vermiş şəxs həmin zolağa daxil olmağa icazə verən qırıq-qırıq xətlər olan hissədən zolağa daxil olduğunu, yerüstü dayanacağa keçmədiyini, daha sonra hərəkət edərək 30-40 metr sonra yeraltı dayanacağa daxil olduğunu bildirsə də, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sürücü məhz həmin qırıq-qırıq xətlər olan hissədən ümumi istifadədə olan hərəkət zolağına yalnız sağa dönmək üçün daxil ola bilər, şikayətçinin qeyd etdiyi kimi yerüstü dayanacağa daxil olmadığı halda sürücü yenidən hərəkətə icazə verilən hərəkət zolağına qayıtmaqla düzünə hərəkət etməli, daha sonra yenidən dönmə işıqlarından istifadə etməklə qırıq-qırıq xətlər olan hissədən ümumi istifadədə olan hərəkət zolağına daxil olmaqla sağa – yeraltı dayanacağa daxil olmalı idi. Qüvvədə olan yol hərəkəti haqqında qanunvericilik ancaq buna icazə verir. Həmin zolaqda düzünə hərəkət ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuşdur. Lakin sürücü həmin hərəkət zolağına daxil olduqdan sonra düzünə hərəkəti davam etdirmişdir. Bu səbəbdən X5 barəsində tərtib olunmuş protokol əsasında qəbul edilmiş qərar tam əsaslıdır və ləğv edilməsi üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Beləliklə, şikayətçinin həmin inzibati xətanı törətməsi özünün izahatı, qərar və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İXM-nin 327.1-1-ci maddəsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1– 5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə – yüz manat məbləğində cərimə müəyyən edilmişdir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 31334673 nömrəli qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Emin Axundov
Məhkəmə qərarları › İş №3(007)-5222/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5222/2025
18.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver