Məhkəmə qərarları › İş №3(007)-5227/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5227/2023

01.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5227/2023 01.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi X2 iştirakı ilə, xx.xx.2000-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5 və 333.1-ci maddələri ilə Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xx.xx.2023-cü il tarixdə, saat 09:10-da Bakı şəhəri, Nizami rayonu ərazisində “JİANSHE” minik markalı, **-Gİ-*** dövlət qeydiyyat nişanlı motosikl hərəkətdə olarkən motosiklın arxa işıq cihazında problem olduğuna görə saxlanılmış, yoxlama zamanı sürücü Şəxs sərxoş olduğu məlum olmuşdur. Bununla da o, İXM-in 342.5 və 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs təqdim etdiyi yazılı etirazın məzmununa uyğun izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmış, xüsusi cihaz (alkoterter) vasitəsilə yoxlanılmış, sərxoş olduğu müəyyən olunmuşdur. Daha sonra müstəqil şəkildə tibbi müayinədən keçdikdə isə tibbi müayinənin nəticəsinə görə sərxoş olmadığı müəyyən edilmişdir. Qeyd olunan səbəbdən iş üzrə protokolun ləğv edilməsini və icraata xitam verilməsini xahiş etdi. Protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə, saat 09:10-da Bakı şəhəri, Nizami rayonu ərazisində “JİANSHE” markalı, **-Gİ-*** dövlət qeydiyyat nişanlı motosikl hərəkətdə olarkən motosiklın arxa işıq cihazında problem olduğu üçün saxlanılmış, yoxlama zamanı sürücü Şəxs sərxoş olduğu məlum olmuşdur .Sürücü izahatında içkili olduğunu etiraf etmiş, alkotesterin nəticəsi ilə razılaşmış və tibbi müayinəyə ehtiyac olmadığını bildirmişdir. Bu səbəbdən onun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Göstərilənləri nəzərə alaraq, X3 barəsində qanunvericiliyin tələbinə uyğun qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər Nizami rayon X8 Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan aydın olur ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 09:10-da Bakı şəhəri, Nizami rayonu ərazisində “JİANSHE” minik markalı, **-Gİ-*** dövlət qeydiyyat nişanlı motosikli sərxoş halda idarə etməsi və arxa işıq cihazının yanmaması səbəbindən barəsində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 342.5 və 333.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir; xx.xx.2023-cü il tarixdə saat 09:01-də xüsusi cihaz vasitəsilə aparılmış müayinə nəticəsinə əsasən Şəxsnn qanında alkoqol konsentrasiyasının miqdarı 0,456 promil müəyyən edilmişdir. İş üzrə Şəxs müstəqil şəkildə müayinədən keçdiyi xx.xx.2023-cü il tarixdə, saat 13:20-də tərtib edilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına əsasən onun ayıq olduğu müəyyən edilmişdir. İXM-nin 342.5-ci maddəsinə əsasən xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə əlli manat məbləğində cərimə edilir. İXM-in 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi inzibati xəta kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 333-cü maddəsinin “Qeyd” hissəsində göstərilmişdir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını göstərdiyi halda şəxsin alkoqoldan istifadə olunması nəticəsində sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.4-cü maddəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə əsasən İXM-nin 342.5-ci maddəsinə baxılması rayon məhkəmələrinin səlahiyyətinə aid deyil. Belə olan halda, məhkəmə tərəfindən Şəxs İXM-nin 342.5-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilməsi istisna edilir. Odur ki, hazırki iş üzrə Şəxs İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Beləliklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Şəxs hadisə baş verdikdən bir neçə saat sonra tibbi müayinədən keçdiyini nəzərə alaraq, məhkəmə onun barəsində tərtib edilən xx.xx.2023-cü il tarixli, 2/35876 saylı, saat 13:20-də aparılmış tibbi müayinə aktını sübut qismində qəbul etmir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməli, Şəxs İXM-nin 342.5-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Bakı şəhəri Nizami rayon Polis İdarəsinə göndərilməlidir . Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Quliyev X4 Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək, 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs İXM-nin 342.5-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Bakı şəhər Nizami rayon Polis İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar