Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5228/2023 03.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X4 iclas katibliyi ilə, protokol tərtib etmiş şəxs Bakı şəhəri Nizami rayon DYPŞ-nin polis baş leytenantı X3, barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs, X6 iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə, saat 21 radələrində idarə etdiyi “Mercedes Benz” markalı, **-RK-*** dövlət qeydiyyat nömrəli avtomobillə Bakı şəhəri, Nizami rayonu Koroğlu körpüsünün üzərində yolun əks istiqamətinə çıxmış, nəticədə yolun əks istiqamətində gələn Zərərçəkmiş şəxs idarə etdiyi “Chevrolet”markalı 50-eL-159 dövlət qeydiyyat nömrəli avtomobilin ön hissəsi ilə toqquşmuş, toqquşma nəəticəsində Chevrolet markalı avtomobilin arxa hissəsi X5 idarə etdiyi X17 99-Ns-053 dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi ilə toqquşmuşdur. Nəticədə Zərərçəkmiş şəxs, X12, X13, X2 müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. Bununla da Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Nizami RPİ təhqiqat şöbəsinin baş təhqiqatçısı Ənvər Məlikovun xx.xx.2023-cü il tarixli qərarı əsasında tərtib edilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Bakı şəhəri Nizami rayon DYPŞ-nin polis baş leytenantı X7 protokolun məzmununa uyğun izahat verərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etdi. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, hadisə xx.xx.2023-cü il tarixdə, saat 21 radələrində baş vermiş, belə ki, o, özünə məxsus “Mercedes Benz” markalı, **-RK-*** dövlət qeydiyyat nömrəli avtomobillə Bakı şəhəri, Nizami rayonu Koroğlu körpüsünün üzərində hərəkətdə olan zaman yuxulamış, və nəticədə yolun əks istiqamətində gələn Zərərçəkmiş şəxs idarə etdiyi “Chevrolet”markalı **-EL-*** dövlət qeydiyyat nömrəli avtomobilin ön hissəsi ilə toqquşmuş, toqquşma nəəticəsində Chevrolet markalı avtomobilin arxa hissəsi X6 idarə etdiyi X17 **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi ilə toqquşmuşdur. Həmçinin verilmiş suallara cavab olaraq bildirdi ki, zərərçəkmiş şəxslərlə barışıq əldə etməmiş, onlara dəymiş zərəri ödəməmişdir. Hazırda əməlindən peşman olduğunu bildirərək barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs, X12 məhkəmə iclasında bildirdilər ki, inzibati xəta törətmiş şəxsdən şikayətçidirlər. Baş vermiş hadisə nəticəsində onların özünə və nəqliyyat vasitələrinə zərər dəymişdir. Belə ki, hadisə baş verdikdən sonra şəxs tərəfindən zərərçəkmiş şəxslərə heç bir yardım edilməmiş, onlara dəymiş zərər ödənilməmişdir. Dəymiş zərərin əvəzinin ödənilməsini tələb edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. İXM-in 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılması inzibati xəta kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi İXM-in 327.8-ci maddəsinə əsasən inzibati xəta kimi müəyyən edilmişdir. Təhqiqat materiallarına əlavə edilmiş məhkəmə tibb ekspertizasının 843 saylı ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs sol saidin ön səthinin dərialtı hematoması olmuşdur, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Təhqiqat materiallarına əlavə edilmiş məhkəmə tibb ekspertizasının 838 saylı ekspert rəyinə əsasən X1 bədənində yaranmış xəsarətlər xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyyat hadidəsi nəticəsində əmələ gəlməsi mümkündür, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Təhqiqat materiallarına əlavə edilmiş məhkəmə tibb ekspertizasının 842 saylı ekspert rəyinə əsasən X9 təpə nahiyəsinin əzilmiş yarası, sol üst göz qapağının qançırı olmuşdur, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Təhqiqat materiallarına əlavə edilmiş məhkəmə tibb ekspertizasının 829 saylı ekspert rəyinə əsasən X6 şəxsi müayinəsi zamanı bədən səthində xəsarət və xəsarət izi aşkar edilməmişdir. Eyni zamanda təhqiqat materialların əlavə edilmiş xx.xx.2023-cü il tarixli 8/2657 saylı rəyə əsasən “Mercedes Benz E200” markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, Nizami RPİ təhqiqat şöbəsinin baş təhqiqatçısı Ənvər Məlikovun xx.xx.2023-cü tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək, nəqliyyat vasitələrini idarə etmə hüququ 01 il (bir il) müddətinə məhdudlaşdırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-5228/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5228/2023
03.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver