Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5229/2023 01.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qədirli Nigar Aftandil qızının sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, Barəsində inzibati xəta haqqıbda iş üzrə icraat aoarılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii İdarəsindən daxil olmuş MN ******* saylı, 11 oktyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov, K.Balakişiyev və M.Gəncəvi küçələrinin kəsişməsində Şəxs MMC tərəfindən aparılan tikinti işləri müddətində yaşıllıqların mühafizəsi qaydalarına riayət edilməməsi, müvafiq icra hakimiyyəti orqanının rəyi olmadan və nəzərə alınmadan yaşıllıqların köçürülməsi faktı müəyyən edilmişdir. Bu səbəbdən Şəxs MMC barəsində 11 oktyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən Barəsində inzibati xəta haqqıbda iş üzrə icraat aoarılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 inzibati xəta haqqında protokola etiraz etməyərək bildirmişdir ki, sözügedən ünvanında Şəxs MMC tərəfindən tikinti işləri aparılır. Ərazidə mövcud yaşıllıqlardan bir neçə ağac məhv olmasın deyə başqa əraziyə köçürülmüşdür. Həmin ağaclar maneçilik törətdiyindən başqa əraziyə köçürülmüşdür. Yaşıllıqların köçürülməsi üçün heç bir orqandan rəy alınmamışdır. Yekun olaraq Şəxs MMC barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında protokolu tərtib edən şəxs öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə protokol tərtib etmiş şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 11 oktyabr 2023-cü il tarixli aktdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov, K.Balakişiyev və M.Gəncəvi küçələrinin kəsişməsində 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş monitorinq zamanı, Şəxs MMC tərəfindən tikintisi nəzərdə tutulmuş yaşayış və qeyriyaşayış binaları üçün ayrılmış ərazidə 2 ədəd zeytun ağacının, 1 ədəd nar kolunun, 2 ədəd lüqustr kolunun, 01 ədəd qarağac ağacının, 4 ədəd dekorativ gül kolunun tikinti sahəsinin müxtəlif ərazilərinə köçürülməsi faktı müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov, K.Balakişiyev və M.Gəncəvi küçələrinin kəsişməsində Şəxs MMC tərəfindən 2 ədəd zeytun ağacının, 1 ədəd nar kolunun, 2 ədəd lüqustr kolunun, 01 ədəd qarağac ağacının, 4 ədəd dekorativ gül kolunun X4 Agentliyinin rəyi olmadan tikinti sahəsinin müxtəlif ərazilərinə köçürülməsi faktı müəyyən edilmişdir. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 13.4cü maddəsinə əsasən yaşıllıqların götürülməsi müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı əsasında həyata keçirilir. Rəyin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Yaşıllığın götürülməsi haqqında qərar müraciətin daxil olmasından sonrakı on təqvim günü ərzində qəbul edilir. Yaşıllığın götürülməsi barədə müraciət bu Qanunun 13.1.5-ci və 13.1.6-cı maddələrində nəzərdə tutulan hallarda daxil olduqda isə qərar üç təqvim günü ərzində qəbul olunur. Qərarda yaşıllığın kimin hesabına götürülməsi, götürülən yaşıllığın bərpa dəyərinin məbləği və ödənilməsi, bərpa olunma müddəti və qaydası əks olunmalıdır. “Yaşıllıqların götürülməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli, 321 saylı qərarında qeyd edilmişdir ki, yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilir. Göründüyü kimi qanunvericilik yaşıllıqların götürülməsinə və ya bir ərazidən digər əraziyə köçürülməsinə birmənalı olaraq müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı əsasında həyata keçirilməsini nəzərdə tutmuşdur. Lakin hazırki işin hallarından göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs tərəfindən müvafiq icra hakimiyyəti orqanının rəyi alınmadan və qərarı olmadan yaşıllıqların bir ərazidən digər əraziyə köçürülməsi faktı törədilmişdir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirildiyindən, Şəxs həmin maddə ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.2.2-ci maddəsinə əsasən yaşıllıqların müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı, yaxud yaşıllığın götürülməsi vərəqi olmadan götürülməsinə görə - fiziki şəxslər min manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər on beş min manat miqdarında cərimə edilir. Şəxs MMC-nin əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.2.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 15000 (on beş min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-5229/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5229/2023
01.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver