Məhkəmə qərarları › İş №3(007)-5233/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5233/2025

04.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5233/2025 04.12.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi Nümayəndə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X3 iştirakı ilə, Hüquqi ünvanı ünvan 1 ünvanında yerləşən "xxxx" MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında iş üzrə materiallardan görünür ki, "xxxx" MMC 2023-cü il üzrə maliyyə hesabatlarının 2024-cü ildə auditini aparmamışdır. Bununla da o, İXM-in 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi Nümayəndə protokolu müdafiə etmiş, təqdim etdiyi mülahizənin məzmununa uyğun izahat verərək bildirmişdir ki, qanunvericilik aktlarının tələblərindən belə aydın olur ki, məhdud məsuliyyətli cəmiyyət tərəfindən (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) hər ötən il üçün tərtib edilmiş maliyyə hesabatlarının düzgünlüyünün yoxlanılması üçün müstəqil auditorun cəlb edilməsi növbəti il ərzində, ilin sonunadək həyata keçirilməlidir və əgər bu edilməyibsə İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi vaxtı növbəti ilin yanvar ayının 1-i tarixinə təsadüf edir. İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Artıq göstərildiyi kimi hazırki iş üzrə "xxxx" MMC tərəfindən İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə inzibati xətanın törədilməsi müvafiq olaraq 2025-cü ilin yanvar ayının 1-nə təsadüf edir ki, Məcəllənin vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətaları əhatə edən 36-cı fəslinə daxil olan qeyd olunan inzibati xəta üzrə qanunverici tərəfindən inzibati məsuliyyətə cəlb edilmə müddəti inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə biləcəyi müəyyən edilmişdir. Belə olan halda xx.xx.2025-cü il tarixdə törədilmiş inzibati xəta üzrə məsuliyyətə cəlb etmə müddəti müvafiq olaraq xx.xx.2026-ci il tarixdə bitməli olsa da, iş materiallarından göründüyü kimi qeyd olunan inzibati xəta haqqında protokol 30 oktyabr 2025-ci il tarixdə tərtib olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikası Prezidentinin 2017ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinın adı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 yanvar 2025-ci il tarixli 3-21-2-1/2-462/2025 nömrəli məktubu ilə Maliyyə Nazirliyinə təqdim edilmiş 2023-ci ilin göstəricilərinə əsasən orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarlarına uyğun gələn və hal-hazırda fəaliyyət göstərən açıq səhmdar cəmiyyətləri, qapalı səhmdar cəmiyyətləri və məhdud məsuliyyətli cəmiyyətləri barədə 31 dekabr 2023-ci il tarixə olan məlumatlara (siyahıya) daxil edilmişdir. (məktub və çıxarış iş matreallarına əlavə edilib) Göründüyü kimi, «EMSA FOOD“ Məhdud Məsuliyyətli Cəmiyyətinin illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etmə öhdəliyi mövcuddur. Qeyd edilən qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməsi üçün Maliyyə Nazirliyi tərəfindən aşağıdakı tədbirlər həyata keçirilmişdir: - illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etmə tələb olunması barədə Maliyyə Nazirliyinin elanı 07 aprel 2025-ci il tarixdə Nazirliyin internet səhifəsində yerləşdirilmişdir; "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 2023-cü il üzrə maliyyə hesabatlarının auditinin 2024-cü ildə qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməməsi ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi üzrə məcburi auditdən yayınmağa görə inzibati xəta haqqında iş üçün 30 oktyabr 2025-ci il tarixdə, Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsinə çağırılması barədə 07 oktyabr 2025-ci il tarixli 3-23/2-7270/2025 nömrəli bildiriş Cəmiyyətə göndərilmişdir; - Qeyd olunan qanunvericilik aktlarının tələblərini yerinə yetirmədiklərinə görə «EMSA FOOD“ Məhdud Məsuliyyətli Cəmiyyəti barədə 30 oktyabr 2025-cü il tarixli “İnzibati xəta haqqında Protokol” tərtib edilmişdir; - 30 oktyabr 2025-ci il tarixli “İnzibati xəta haqqında Protokol”un surəti Maliyyə Nazirliyinin 30 oktyabr 2025-ci il tarixli 3-23/2-8684/2025 nömrəli məktubu ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilmişdir. Qeyd olunanları nəzərə alaraq, hüquqi şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X5 məhkəməyə təqdim etdiklərin etirazın məzmununa uyğun izahat verərək bildirdi ki, daxil olan sənədləri məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106cı maddəsinin tələbləri daxilində yoxlayaraq həmin maddədə işin baxılmağa hazırlanması mərhələsində hakim tərəfindən araşdırılmalı olan məsələlərin dairəsi müəyyən edilmişdir. Məhkəmə tərəfindən yoxlanılmalı məsələlərdən biri də inzibati xəta haqqında protokol və işin digər materiallarının həmin Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilibedilməməsidir. Lakin inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinə hüquqları və vəzifələrinin izah edilməsi ilə bağlı müvafiq qeyd aparılmamış, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilməmiş və həmin protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanmamışdır. İş materiallarına əlavə edilmiş, MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişdə hüquqi şəxsə inzibati xəta haqqında işə baxılması ilə bağlı məlumat verilməsi və xx.xx.2025-ci il tarixli bildirişdə isə inzibati xəta haqqında protokolun surətinin göndərilməsi qeyd olunsa da, həmin bildirişlərin həqiqətən hüquqi şəxsin ünvanına göndərilməsini və ona çatdırılmasını təsdiq edən hər hansı mötəbər sənəd iş materiallarına əlavə edilməmişdir. İşin bu halı isə hüquqi şəxsin inzibati xəta haqqında protokolun tərtib edilməsindən məlumatlı olmamasını və buna görə də protokolun onun nümayəndəsinin iştirakı olmadan tərtib edilməsini deməyə əsas verir. Halbuki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsinin inzibati xəta haqqında protokol tərtib edilərkən izahat vermək, işin materialları ilə tanış olmaq, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək və digər hüquqları vardır. Bundan başqa, protokolu tərtib edən və imzalayan “Nazirliy”in nümayəndəsinin səlahiyyətlərini təsdiq edən heç bir sənəd protokola əlavə edilmiş sənədlərdə yoxdur. Protokol uçot siyasəti şöbəsinin müdiri X2 tərəfindən tərtib edilmişdir, lakin nə etibarnamə, nə də həmin vəzifənin icrasına dair əmr və ya digər təsdiqedici sənədlər əlavə edilməmişdir. Ona görə də məhkəmə qeyd olunanları nəzərə alaraq, inzibati xəta haqqında protokolun düzgün tərtib edilməməsi, təqdim edilmiş materialın natamamlığı kimi qiymətləndirərək, işə baxılarkən bu natamamlığın aradan qaldırılmasını qeyri-mümkün hesab edərək inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul etməli idi. Təqdim edilməli olan 2023-cü il üzrə illik maliyyə hesabatlarının təqdim edilməsinin son müddəti Nazirlər Kabinetinin 27 may 2010-cu il tarixli, 97 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydaların 3.1-ci bəndinə uyğun olaraq 30 aprel 2024-cü il olaraq müəyyən edilmişdir. Həmin tarix inzibati xətanın törədildiyi vaxtdır və bu pozuntu uzanan inzibati xəta hesab edilmir. Buna görə də inzibati xəta məhz həmin gün - 30 aprel 2024-cü il tarixində törədilmiş sayılır. İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, vergi, rüsum, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətalar üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti 1 (bir) ildir. Yəni inzibati məsuliyyətə cəlb etmə müddəti inzibati xəta törədilən gündən hesablanmalıdır. Qanunvericilikdə “inzibati xəta törədilən gün” anlayışı konkret hadisənin baş verdiyi vaxt kimi müəyyən edilir. Bu müddətin axımı 30 aprel 2024-cü il tarixindən başlamış və 30 aprel 2025-ci il tarixində başa çatmışdır. İnzibati protokol isə yalnız 30 oktyabr 2025-ci ildə tərtib edilmişdir ki, bu tarix artıq birillik müddətin aşılması deməkdir. Müddət ötürüldükdən sonra inzibati məsuliyyət tətbiq edilməsi mümkün deyil. Bu səbəbdən, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi hüquqi əsasa malik deyil və inzibati icraatın davam etdirilməsi qanunvericiliyə uyğun deyildir. İXM-nin 464-cü maddəsi üzrə inzibati xəta sadə tərkibli inzibati xətadır, yəni inzibati hüquqpozuntusu əməlin törədildiyi andan bitmiş sayılır. “Sadə inzibati xətanı” “uzanan (davam edən) inzibati xətadan” fərqləndirən əsas cəhət onun obyektiv cəhətinin xarakteridir. Uzanan (davam edən) inzibati xəta müəyyən müddət ərzində fasiləsiz hərəkət və ya hərəkətsizliklə müşayiət olunan pozuntudur və qanunsuz vəziyyətə son qoyulana qədər davam edir. Bu məsələyə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 sentyabr 2018-ci il tarixli qərarında (İXM-nin 528.1-ci maddəsinin 9.2 və 35-ci maddələri baxımından şərhinə dair) da aydınlıq gətirilmişdir. Qərarda qeyd olunur ki, “Uzanan hüquqpozuntusu əməlin törədilməsi ilə bitmiş sayılmır, hərəkət və ya hərəkətsizliyə son qoyulana qədər davam etmiş sayılır. ” Lakin İXM-nin 464-cü maddəsində nəzərdə tutulan əməl - “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınma- ani hərəkət (hüquqa zidd fakt) kimi baş verir və həmin an bitmiş sayılır. Yəni bu əməlin uzanma və ya fasiləsiz davametmə elementi yoxdur. Çünki qanunvricilikdə illik maliyyə hesabatlarının təqdim edilməli olduğu son gün dəqiq olaraq müəyyənləşdirilmişdir. Sadə və uzanan inzibati xətaların müqayisəli təhlili: Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarında uzanan hüquqpozuntulara misal kimi yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma hallarının göstərilməsi təsadüfi deyil. Belə hallarda pozuntu fasiləsiz davam edir - yəni qanunsuz fəaliyyət və ya təhlükəli vəziyyət aradan qaldırılmadığı müddətdə inzibati xəta davam edir. Məcburi auditdən yayınma isə belə deyil. İllik maliyə hesabatlarının təqdim edilməli olduğu gün son olaraq 30 aprel kimi müəyyən edildiyindən artıq, hesabat təqdim edilməli olan son gün inzibati xəta baş verir; bu hal bir dəfəlik hüquq pozuntusudur və törədildiyi andan bitmiş sayılır. Azərbaycan Respublikası İXM-nin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə tərəfindən "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İXM- nin 464-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata, həmin Məcəllənin 38.1-ci maddəsi ilə müəyyən edilmiş inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilməsini və "xxxx" MMC-nin inzibati məsuliyyətdən azad edilməsini məhkəmədən xahiş etdi. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası Auditorlar Palatasının rəsmi internet səhifəsindən çıxarışdan görünür ki, "xxxx" MMC tərəfindən 2023-cü ilə dair maliyyə hesabatlarının məcburi audit rəyi sistemə yerləşdirilməmişdir. İş materiallarında olan "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-23/2- 7270/2025 nömrəli bildirişdən görünür ki, "xxxx" MMC 2023-ci il üzrə maliyyə hesabatlarının auditinin 2024-cü ildə qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməməsi ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi üzrə məcburi auditdən yayınmağa görə inzibati xəta haqqında işə baxəlması üçün 30 oktybar 2025-ci il tarixdə, saat 12-45 də Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsinə çağırılmışdır. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş Vergi ödəyicilərinin məlumatları barədə çıxarışdan görünür ki, "xxxx" MMC-nin hüquqi ünvanı kimi ünvan 1 qeydiyyata alınmışdır. İş materiallarında olan xəbərnamədən görünür ki, Maliyyə Nazirliyi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış bildiriş xx.xx.2025-ci il tarixdə alıcıya çatdırılmışdır. Azərbaycan Respublikası İXM-in 464-cü maddəsinə əsasən “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınma inzibati xəta kimi müəyyən edilmişdir. “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən audit - əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının, mühasibat və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır. Audit yoxlaması məcburi və ya könüllü (təsərrüfat subyektinin öz təşəbbüsü ilə) ola bilər. Qanuna görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitənəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür. Qanununun 16-cı maddəsinə əsasən auditor xidməti bir tərəfdən sərbəst auditor və ya auditor təşkilatı, digər tərəfdən isə sifarişçi arasında bağlanmış və yoxlamanın məzmununu, aparılması müddətlərini, məsləhət xidmətlərinin həcmini, ödəniş məbləğini və qaydasını, eləcə də tərəflərin məsuliyyətini nəzərdə tutan müqavilə əsasında göstərilir. Həmin qanununun 17-ci maddəsinə əsasən təsərrüfat subyektinin rəhbərliyi (mülkiyyətçisi) auditin aparılması üçün zəruri olan bütün sənədləri, registrləri və hesabatları auditora təqdim etməlidir və onların düzgünlüyünə məsuliyyət daşıyır. O, auditorun sorğusuna dair yazılı və şifahi izahatlar verməyə borcludur. Təsərrüfat subyektləri auditor seçməkdə sərbəstdirlər. Təsərrüfat subyektləri maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı bütün məsələlər üzrə sərbəst və ya auditor təşkilatı ilə hər hansı müddətdə müqavilə bağlamaq hüququna malikdirlər. Bu cür müqavilələr yoxlama xarakteri daşıdıqda, auditor yoxlamanın nəticələrinə görə müəyyən olunmuş qaydada akt tərtib edir. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.7-ci maddəsinə əsasən maliyyə hesabatları – mühasibat uçotu subyektinin maliyyə-təsərrüfat fəaliyyəti, habelə maliyyə vəziyyəti barədə sistemləşdirilmiş məlumatları özündə əks etdirən hesabatlardır. Həmin qanunun 11-ci maddəsinə əsasən kommersiya təşkilatlarının illik maliyyə hesabatları üçün aşağıdakı hesabat dövrləri müəyyən edilir: 11.0.1. İl ərzində oktyabr ayının 1-dək yeni yaradılan mühasibat uçotunun subyektləri üçün birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən dekabr ayının 31-i də daxil olmaqla; 11.0.2. Oktyabr ayının 1-dən sonra yeni yaradılmış mühasibat uçotunun subyektləri üçün isə birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən növbəti ilin dekabr ayının 31-i də daxil olmaqla; 11.0.3. Digər mühasibat uçotunun subyektləri üçün hesabat dövrü yanvar ayının 1 dən dekabr ayının 31-i də daxil olmaqla. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq hüquqi şəxslər kommersiya, qeyri-kommersiya və publik hüquqi şəxslər formasında yaradıla bilər. Kommersiya hüquqi şəxslərə isə təsərrüfat ortaqlıqları və təsərrüfat cəmiyyətləri daxildir. Təsərrüfat cəmiyyətləri də öz növbəsində məhdud və ya əlavə məsuliyyətli cəmiyyət və ya səhmdar cəmiyyəti formasında yaradıla bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 91.4 və 91.5-ci maddələrinə müvafiq olaraq məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir. Qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, cəmiyyətin işlərinin aparılması nəticələri haqqında cəmiyyət tərəfindən məlumatların dərc edilməsi (açıq hesabat) tələb olunmur. Qeyd edilməlidir ki, əməli törətmiş şəxsin (fizki və ya hüquqi) təqsiri dedikdə törədilən əmələ (hərəkət və ya hərəkətsizlik) və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında münasibəti anlaşılır. Əməlin inzibati xəta hesab edilməsi təkcə bu əməlin qeyri-hüquqi olması ilə deyil, həm də onun təqsirə, yəni qəsd və yaxud ehtiyatsızlıq formasında törədilməsi ilə də bağlıdır. Hərəkət və yaxud hərəkətsizlik-davranışın iradəvi aktıdır, buna görə də hərəkətsizlik zamanı məsuliyyətin təyin edilməsi üçün həmçinin bu və ya digər şəxsin tələb olunan hərəkətləri etməsinin real imkanlarını, yəni konkret şəraitdə göstərilən hərəkətlərin edilməsinin faktiki imkanları müəyyən olunmalıdır. Göründüyü kimi, "xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsi üzrə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilməsi və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməldə (hərəkət və ya hərəkətsizliyi) təqsirinin qəsd və yaxud ehtiyatsızlıq formasından asılı etməmiş və hüquqi şəxsə münasibətdə qanunvericilikdən irəli gələn hüquqi nəticələr yaranmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X5 inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddət keçdiyindən xitam verilməsini xahiş etmişdir. Bununla bağlı qeyd edilir ki, yuxarıda qeyd olunan qanunvericilik normalarından göründüyü kimi məhdud məsuliyyətli cəmiyyətin illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlamaq məqsədilə müstəqil auditor cəlb etməli olduğu müddət “hər il” kimi göstərilmiş, hər ötən il üçün tərtib edilmiş maliyyə hesabatlarının düzgünlüyünün yoxlanılması üçün müstəqil auditorun cəlb edilməsi növbəti il ərzində, ilin sonunadək həyata keçirilməlidir ki, "xxxx" MMC tərəfindən 2023-cü il üzrə maliyyə hesabatlarının 2024-cü ildə auditinin aparılması üçün müəyyən edilmiş müddətinin sonu 2024-cü ilin sonuna qədər olmuş, bununla da cəmiyyət tərəfindən inzibati xətanın törədilməsi vaxtı növbəti ilin, yəni 2025-ci ilin yanvar ayının 1-i tarixinə təsadüf etmişdir. Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Göründüyü kimi "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi hesabat dövrü üzrə növbəti ilin yanvar ayının 1-nə təsadüf etmiş, 2023-ci il üzrə maliyyə hesabatlarının 2024-cü ildə auditinin aparılmaması faktı üzrə MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol isə xx.xx.2025-ci il tarixdə tərtib edilmişdir. Beləliklə, "xxxx" MMC tərəfindən 2023-cü il üzrə maliyyə hesabatlarının 2024-cü ildə məcburi auditi aparılmamış, bununla da MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi törədilmiş, işin icraatına xitam verilməsinə əsas ola biləcək hər hansı hal müəyyən edilmə dir. "xxxx" MMC-nin həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən xx.xx.2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, çıxarış və digər sübutlarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə təqsirli bilinərək, 1500 manat (min beş yüz manat) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar