Məhkəmə qərarları › İş №3(007)-5235/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5235/2024

03.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5235/2024 03.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, məhkəmə iclasının katibi Cavadov Rüfət Şahverən oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X1 iştirakı ilə, X1 DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2024-cü il tarixli qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2024-cü il tarixli qərarından şikayətlə məhkəməyə müraciət edərək, **-FZ-*** dövlət qeydiyyat nişanlı “Mercedes 180C Class” markalı minik avtomobili ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyi barədə qəbul edilmiş EQ(********) saylı elektron qərarın ləğv edilməsini və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi şikayətində və məhkəməyə verdiyi izahatında şikayətini onunla əsaslandırdı ki, Bakı şəhəri 6 saylı vəkil bürosunun qarşısında nəqliyyat vasitəsini səkiyə doğru qaldırmaqla saxlamışdır. Qeyd olunan ərazidə nəqliyyat vasitələrinin saxlanılmasına heç bir maneə yoxdur. Belə ki, nəqıiyyat vasitəsinin orada saxlanılması ilə piyadaların hərəkətinə heç bir məhdudiyyət yaradılmır. Həmçinin bildirdi ki, nəqliyyat vasitəsinin saxlanılmasının qadağan olunması ilə bağlı yol kənarına işarə və ya nişan yerləşdirilməmişdir. Qeyd olunanların məhkəmə tərfindən nəzərə alınmasını, şikayətin təmin olunmasını və qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onların iştrakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ünvan 1 ünvanında xx.xx.2024-cü il tarixdə saat 15:07 radələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə, “Mercedes C180” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi X2 Azərbaycan Respublikası İXM-nin 346.9-cu maddəsi ilə 60 manat məbləğində inzibati cərimə edilmişdir. Qərardan şikayət vermiş X2 tərəfindən dayanma qaydalarının pozulması şikayətçinin məhkəmədə verdiyi avtomobili səkidə saxlaması barədə etirafedici ifadəsi, işdə olan fotoşəkillər, qərar və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla öz təsdiqini tapmışdır. Belə ki iş materiallarına əlavə edilmiş fotoşəkillərə əsasən müəyyən edilmişdir ki, sürücü X4 Qanunun 52-ci maddəsinin İV bəndinin 9-cu yarımbəndinin tələblərini pozmuş, nəqliyyat vasitəsini səkidə saxlamışdır. X4 Qanunun 52-ci maddəsinin İV bəndinin 9-cu yarım bəndinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa - səkilərdə dayanma qadağandır. Qanunun tələblərinə əsasən Nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Azərbaycan Respublikası İXM-nin 346.9-cu maddəsinə əsasən Nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə – altmış manat məbləğində cərimə edilir Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Məhkəmə qeyd edir ki, X2 dayanma üçün müəyyən edilmiş tələbləri pozduğuna görə onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 346.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədildiyindən onun inzibati xətada təqsirli bilinməsi əsaslı hesab edilməli, şikayətin təmin edilməsi və qərarın ləğv edilməsi əsasları məhkəmə tərəfindən müəyyən edilməmişdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 128-136cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2024-cü il tarixli qərarından verdiyi şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar