Məhkəmə qərarları › İş №3(007)-5245/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5245/2024

12.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5245/2024 12.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X5 iclas katibliyi, Qərarından şikayət verilmiş AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X9 iştirakları ilə, X1 inzibati tənbeh vermə haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2024-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayətində tələbini onunla əsaslandırmışdır ki, vətəndaşlar X7 və X8 İdarə Heyətinin sədri vəzifəsində işlədiyi "xxxx" ASC-də əmək hüquqlarının pozulması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinə etdiyi müraciətlərə sözügedən Xidmətin Bakı şəhər İdarəsində baxılaraq inzibati xətanın əlamətlərinin müəyyən olunduğu bildirilmiş və nəticədə "xxxx" ASC-nin vəzifəli şəxsi qismində barəsində X8 şikayəti əsasında “01” oktyabr 2024- cü il tarixli, MN № ******* nömrəli, X7 şikayəti əsasında isə “08” oktyabr 2024-cü il tarixli, MN № ******* nömrəli İnzibati xəta haqqında protokollar tərtib olunmuşdur. xx.xx.2024-cü il tarixində vətəndaş X8 və X7 şikayətləri əsasmda barəsində başlanmış inzibati xəta haqqmda işlərə baxılmış və qəbul olunan “24” oktyabr 2024-cü il tarixli, MN № ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsindədə 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Sözügedən qərarı xx.xx.2024-cü il tarixində əldə etdiyini qeyd etmişdir. Hesab edir ki, barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN № ******* nömrəli cərimə növündə inzibati tənbeh vermə haqqmda qərar qanunsuz olmaqla, ləğv edilməlidir. Qeyd edilməsi zəruridir ki, X4 və X7 yuxanda göstərilənlər barədə etdiyi müraciətləri araşdırmış və apanlan araşdırma nəticəsində müraciətdə göstərilənlərlə əlaqədar hər hansı inzibati xəta əlamətlərinin olmadığını müəyyən etdikdən sonra, müraciət edənlərin hər hansı şikayətinin olmadığı, fərdi əmək mübahisəsinin yaranmadığı, nə daha öncə, nə də daha sonra bir daha təkrarlanmayan, hətta sözügedən müraciətlərdə belə göstərilməyən hal olan 2023-cü ilin dekabr ayında əmək haqqının əmək müqaviləsində göstərilən vaxtdan bir neçə gün sonra ödənilməsi əsası ilə cərimə növündə inzibati tənbeh vermə haqqında qərar qəbul etmək niyyəti ilə barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən müvafiq inzibati xəta haqqmda protokollar tərtib olunmuşdur. Həmçinin qeyd etmişdir ki, İdarə Heyətinin sədri vəzifəsində işlədiyi "xxxx" ASC-də əmək haqqı avans və əsas məbləğ üzrə olmaqla, 2 hissəyə bölünərək verilir. Qeyd olunanlara əsasən xx.xx.2024-cü il tarixli Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2024-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Qərarından şikayət verilən orqanın nümayəndəsi X15 bildirmişdir ki, işçi X7 və X8 şikayəti araşdırılarkən müəyyən edilmişdir ki, işçilərin əmək haqqları hər ayın 10-da ödənilməli olduğu halda, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixdə ödənilmişdir. Bununla da vəzifəli şəxs tərəfindən Əmək Məcəlləsinin 12.1-ci maddəsinin a bəndi və 172-ci maddəsinin tələbləri pozulmuşdur. X12 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılmasını, şikayətin rədd edilməsini məhkəmədən xahiş etdi. X3 məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, səbəbi barədə məhkəməyə məlumat vermədən iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2024-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən işəgötürən tərəfindən Əmək Məcəlləsinin 12.1-ci maddəsinin a bəndi və 172-ci maddəsinin tələbləri pozulduğundan X12 İXM-in 192.4-cü maddəsi ilə təqsirli bilinib 700 manat məbləğində cərimə edilmişdir. Həmin qərar MN ******* və MN ******* saylı protokollar əsasında qəbul edilmişdir. İş materiallarında olan hesabdan çıxarışa əsasən müəyyən edilir ki, işçilərə əmək haqqları xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixdə ödənilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokollar tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla, hesabdan çıxarışla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Belə ki, Əmək Məcəlləsinin 1-ci maddəsinin a bəndinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biri əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etməkdir. Əmək Məcəlləsinin 172-ci maddəsinin tələbinə kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əmək haqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər. X2 ilə işçilər arasında bağlanmış müqaviləyə əsasən əmək haqqları hər ayın 10-da ödənilməli olduğu halda, gecikdirilmişdir. Bununla da o işəgötürən kimi üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və Əmək Məcəlləsinin 12ci maddəsinin a bəndinin tələblərini pozmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar