Məhkəmə qərarları › İş №3(007)-5246/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5246/2024

04.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5246/2024 04.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X3 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil, tələbkarlar Zərərçəkmiş şəxs2 və X4 iştirakları ilə, xx.xx.1978-ci ildə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Bakı şəhəri Nizami rayonu İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-720/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, Şəxs Zərərçəkmiş şəxs2 xeyrinə 35600 manat və məhkəmə qətnaməsinin icra edildiyi vaxta ABŞ dollarının manat məzənnəsi nəzərə alınmaqla 16000 ABŞ dolları vəsaitinin tutulması qət edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-319/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, Şəxs 5000 avro (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə), 2000 manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumu 124 manatın tutularaq Zərərçəkmiş şəxs1 ödənilməsi qət edilmişdir. Borclu icra vərəqələrində göstərilən tələbi icra etmir və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Beləliklə də borclu icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Bununla Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Nizami rayon icra şöbəsinin icra məmuru X1 tərəfindən xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-319/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə hal-hazırda ödəniş etmək imkanı yoxdur. Uşağının xəstə olmasını nəzərə alaraq ona vaxt verilərsə, ödəniş etməyə çalışacaqdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Abışov Vəkil məhkəmə iclasında bildirdi ki, Tamara xanım ali təhsilli şəxsdir, borcu ödəməkdən boyun qaçırmır, əməlini dərk edir. Bütün bunlara əsasən borclu barəsində həbslə əlaqədar olmayan tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Tələbkar Zərərçəkmiş şəxs2 bildirdi ki, borclu 6 il öncədən indiyə kimi müvafiq qaydada ödənişlər edəcəyini bildirsə də, yığılmış borc məbləğindən heç bir ödəniş həyata keçirməmişdir. Qeyd olunanların nəzərə alaraq, şəxsin məhkəmə tərəfindən cəzalandırılmasını xahiş etdi. Tələbkar Zərərçəkmiş şəxs1 bildirdi ki, illər öncə Şəxs etibar etmiş, icra sənədində qeyd olunan məbləğdə pul vermiş, lakin bu günə kimi həmin məbləğ geri qaytarılmamışdır. Qeyd etdiklərinin məhkəmə tərəfindən nəzərə alınmasını və şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Nizami rayon İcra Şöbəsinin icra məmuru X1 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, borclu dəfələrlə icra şöbəsinə dəvət edilmiş və borcunu ödəmək ona təklif edilmişdir. Borclu Şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-319/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə 2000 manat ödəniş etmişdir. Qeyd olunan ödənişdən başqa dəfələrlə məlumat verilməsinə və xəbərdarlıq edilməsinə baxmayaraq borclu borcu ödəməkdən yayınmış və bu səbəbdən onun barəsində İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edilmiş və baxılması üçün Nizamik rayon məhkəməsinə göndərilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli “icraata başlamaq” haqqında qərardan görünür ki, Nizami rayon İcra Şöbəsinin icra məmuru X1 tərəfindən icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmişdir, bu barədə borclu məlumatlandırılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il və xx.xx.2024-cü tarixli “tələbin könüllü icrası” haqqında bildirişdən görünür ki, borcu Şəxs e-2(007)-720/2023 nömrəli, xx.xx.2023cü il tarixli və e-2(007)-319/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədlərində göstərilən tələbin 10 gün müddətində könüllü icrası tələb olunur. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, icra vərəqələri, bildirişlər, tələbkarların və özünün məhkəməyə verdiyi izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xətanın xarakterini, məhkəmə qərarlarının icra olunmamasındakı müddəti, inzibati xətanın pul borcu ilə əlaqədar olduğunu, tutulmalı olan pul məbləğinin miqdarı, pul məbləği ilə bağlı icra sənədlərini icra etməyən şəxsin yenidən cərimələnməsinin lüzumsuz olması qənaətinə gələrək, məhkəmə hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 6 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla müdafiəçiyə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutlmuş əməli törətməkdə təqsirli bilinərək, 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı Şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə həvalə edilsin. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə 06 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Vəkil 36 (otuz altı) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar