Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5247/2024 12.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Nigar Aftandil qızı Qədirlinin sədrliyi, X2 iclas katibliyi, X4 və qərarından şikayət verilən orqanın nümayəndəsi Nümayəndə iştirakları ilə, X1 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 inzibati xəta haqqında iş üzrə qərardan şikayət verərək Bakı şəhər BPİ DYPİ-nin tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun və onun əsasında xx.xx.2024-cü il tarixli, TP 6873517saylı qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, o, xx.xx.2024-cü il tarixdə axşam saat 2230 radələrində Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsi ilə qanuni şəkildə və heç bir qayda pozuntusu etmədən idarə etdiyi "KİA OPTİMA" markalı, "**-XB-***" dövlət qeydiyyat nömrəli avtomobillə hərəkətdə olarkən, 99-YP- 383 dövlət qeydiyyat nömrəli DYP avtomobilində xidmət aparan və yerdə dayanan polis nəfəri ona saxla əmrini verdi. Polis nəfəri özünü təqdim etmədən yaxınlaşaraq sənədlərini istədi. Sonra inspektor idarə etdiyi avtomobilin rənginə iradını bildirdi, ona hər şeyin qanuni olduğunu bildirdikdən və DYP portalından yoxlayıb qanuni olduğunu görə biləcəyini bildirdikdən sonra avtomobilin ön faralarının led olduğunu bildirdi. Bildirmişdir ki, yaxın və uzaq işıqları zavod quraşdıran lampalardır. İşıqlandırma sisteminin yeri xarab olduğuna görə ona usta başqa lampa qoşub. Eyni zamanda bildirdi ki, bu lampa sadəcə gecə vaxtı avtomobil görsənsin deyə yandırılır və digər hərəkətdə olan avtomobillərin sürücülərinə heç bir maneə törətmir. Bundan sonra digər inspektor yaxınlaşdı və o da özünü təqdim etmədən lampanın dəyişdirilməsinin konstruksiya dəyişdirilməsi olduğunu bildirdi. Bu səbəbdən də avtomobil cərimə meydançasına aparılmalı, orada lampalar dəyışdınldıkən sonra cəriməsi ödənilməklə avtomobil dayanacaqdan buraxılmalıdır. Onlara nə qədər izah etməyə çalışsa da, qulaq asmadılar və avtomobili birlikdə cərimə meydançasına aparmışlar. Səhərisi gün o Bakı şəhəri DYPİ-də 31 -ci otağa yaxınlaşmış, həmin otaqdakı polis mayoru bildirdi ki, get pozuntunu aradan qaldır, gel buraxılış yazaq, sonra get avtomobili cərimə meydançasından götür. Mən məcbur qalıb borc aldım və gedib avtomobilin faralarını cərimə meydançasında dəyişdirdim. Sonra cərimə meydançasında olan adam mənə nəsə akt yazdı verdi ki, doğurdan da mən faraları dəyişdim. Mən həmin aktı aparıb Bakı şəhəri DYPİ-də 31 -ci otaqda oturan polis mayoruna verdikdən sonra mənə buraxılış yazıb verdi və mən də gedib avtomobili cərimə meydançasından götürdüm. Qeyd olunanlara əsaslanaraq xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun və onun əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş X6 şikayətin məzmununa uyğun olaraq çıxış edərək bildirdi ki, idarə etdiyi nəqliyyat vasitəsinin ön fənər işıqlarına led işıq quraşdırmasının səbəbi nəqliyyat vasitəsinin artıq istehsaldan çıxması olmuşdur. Qeyd olunan işıqların əhəmiyyətli rol oynamadığını bildirərək şikayətin təmin olunmasını və qərarın ləğv olunmasını məhkəmədən xahiş etdi. Sədrlik edənin ona ünvanladığı suala cavab olaraq bildirdi ki, ona məxsus “Kia Optima” markalı nəqliyyat vasitəsinin zavod istehsalında fənər işıqlarının altındakı kiçik lampalarda sarı işıqlar nəzərdə tutulmuşdur. Məhkəmə iclasında qərarından şikayət verilən orqanın nümayəndəsi Nümayəndə çıxış edərək bildirdi ki, İbragim Alıyev tərəfindən Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilmişdir. Belə ki, şəxsin idarə etdiyi nəqliyyat vasitəsinin fənər işıqlarının altındakı lampalar sarı olmalı olduğu halda, şəxs həmin işıqları led işıqlarla əvəz etmiş, və qeyd olunan hal da qanunla qadağan olunmuşdur. “Yol hərəkəti haqqında” Qanunun 1 saylı əlavəsində konkret olaraq bu hal qeyd olunduğundan inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, şəxs ona məxsus nəqliyyat vasitəsinin qabaq faralarını dəyişdirməklə və bununla bağlı müvafiq qeydlər aparmaqla nəqliyyat vasitəsini duracaqdan çıxarmışdır. Bunu təsdiq edən Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X8 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarına əsasən İbragim Alıyev xx.xx.2024-cü il tarixdə saat 22:35 radələrində «KİA OPTİMA» markalı **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsində işıq cihazlarının istifadə qaydalarını pozmağa və nəqliyyat vasitəsinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla avadanlığın dəyişdirilməsinə görə İXM-in 342.2.2-ci maddəsi ilə təqsirli bilinib 150 manat cərimə edilmişdir. Həmin qərar xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında iş üzrə protokol əsasında qəbul edilmişdir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdirr.Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “KİA OPTİMA” minik markalı nəqliyyat vasitələrinin fənər işıqları sadə sarı işıqlar olmalı olduğu halda şikayətçi tərəfindən nəqliyyat vasitələrinə led işıqların quraşdırılması normativ tələblərin pozuntusu kimi qiymətləndirilməlidir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. “Yol hərəkəti haqqında” qanunun 1 saylı Əlavəsinin İİİ hissəsinin 1-ci bəndinin tələbinə əsasən xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmalıdır. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da protokolla da müəyyən edilir ki, şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X4 Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİ tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında xx.xx.2024-cü il tarixli, TP 6873517saylı qərardan verdiyi şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-5247/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5247/2024
12.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver