Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5252/2024 27.11.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X1 iclas katibliyi ilə, barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil, Bakı şəhəri Nizami rayon Polis İdarəsi 25-ci Polis Şöbəsi polis sahə inspektoru, polis mayoru X2 iştirakları ilə, xx.xx.1994-cü il təvəllüdlü, Azərbaycan Respublikası vətəndaşı, Kürdəmir rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə Nizami rayon Polis İdarəsi 25-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 11:05 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 55 ünvanındakı binanın həyətindən qiyməti 450 manat olan 2 yaşın içərisindəki “Ares” adlı spits cinsli ev itini oğurlayaraq xırda talama əməli törətmişdir. Onun barəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsi 25-ci Polis Şöbəsi tərəfindən xx.xx.2024-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol tərtib etmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsi 25-ci Polis Şöbəsi polis sahə inspektoru, polis mayoru X3 məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs protokolda göstərilən əməli törətmişdir. Lakin əməli törətmiş şəxsin anası tərəfindən zərər ödənilərək zərərçəkmiş şəxslə barışıq əldə olunmuşdur. Bununla bağlı zərərçəkmiş şəxs tərəfindən ərizə təqdim edilmişdir. Barəsində inzibati xətaya dair icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında itin sahibsiz olduğunu, maşın vurmaması üçün tutub saxladığını, daha sonra isə itin qaçdığını, tərəfindən onu saxlaya bilməməsini, hal-hazırda isə 450 manat məbləğin zərərçəkmiş şəxsə ödənildiyini, zərərçəkmiş şəxslə barışıq əldə edildiyini bildirmişdir. Qeyd olunanların məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etdi. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi məhkəmə iclas zalında tərəflərin barışdığını, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmadığını bildirirərək, iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarındakı Bakı şəhəri Nizami rayon Polis İdarəsi 25-ci Polis Şöbəsinin təhqiqatçısı, polis kapitanı Ramal Quliyevin “cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şəxs barəsində əməlində cinayət tərkibi olmadığına görə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarındakı zərərçəkmiş şəxs X4 tərəfindən Bakı şəhəri Nizami rayon Polis İdarəsi 25-ci Polis Şöbəsinə ünvanlanan xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Şəxs ona dəymiş 450 manat maddi ziyanı tam şəkildə ödədiyi üçün onunla barışmış, həmin şəxsdən heç bir şikayəti yoxdur, gələcəkdə də bu xüsusatla bağlı heç bir şikayət və tələbi olmayacaqdır. Buna görə də ərizəsi əsasında araşdırmanın dayandırılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, zərərçəkmiş şəxslə barışıq əldə olunduğundan və ona dəymiş zərər tam ödənildiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-in 39.2-ci maddəsinə əsasən həmin Məcəllənin 227, 232-1-ci və 351-1ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə 03 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Vəkil 18 (on səkkiz) manat (3x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-5252/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5252/2024
27.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver