Məhkəmə qərarları › İş №3(007)-5253/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5253/2024

02.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5253/2024 02.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X2 iştirakı ilə, Bakı şəhər BPİ DYPİ-nin yol patrul xidməti inspektoru, polis baş serjantı X5 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X2 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 Bakı şəhər BPİ DYPİ-nin yol patrul xidməti inspektoru, polis baş serjantı X5 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhər BPİ DYPİ-nin yol patrul xidməti inspektoru, polis baş serjantı X5 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli qərar ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 331-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə barəsində 100 (yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Lakin aşağıdakı xüsusatlara əsasən hesab edir ki, Sərxan Əliyev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli qərar tamamilə qanunsuz və əsassızdır. Sözü gedən qərarda Azərbaycan Respublikası İXM-nin 331-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinin əsası kimi xüsusi səs, qırmızı və ya göy sayrışan işıq siqnalı verən, keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsi göstərilmişdir. Həmin hadisə Bakı şəhəri, Heydər Əliyev prospektində baş vermişdir. Həmin hadisə baş verən zaman o, ötmə əməliyyatını həyata keçirmişdir. Ona yol verilməsi ilə bağlı xəbərdarlıq edilən vaxt idarə etdiyi avtomobilin sağ tərəfində başqa avtomobil olmuşdur. Bu səbəbdən həmin an yol vermək imkanı olmadığı üçün ötmə əməliyyatını həyata keçirib keçid üstünlüyünə malik olan avtomobilə yol vermişdir. Bu hadisədən təxminən 20 dəqiqə keçdikdən sonra YPX-nin əməkdaşları tərəfindən saxladılaraq xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli protokolla qanunsuz və əsassız olaraq 100 (yüz) manat cərimə olunmuşdur. Hadisə baş verdiyi günün növbəti günü, yəni xx.xx.2024-cü il tarixdə o, Bakı şəhər BPİ DYPİ-ə getmişdir. Hadisə ilə bağlı görüntü ilə tanış olmuş və görüntüdə də onun haqlı olduğu vizual olaraq aşkar olunmuşdur. Ona polis əməkdaşı tərəfindən iş üzrə qərardan aidiyyəti üzrə məhkəməyə müraciət etməsi bildirilmişdir. Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar öz əksini tapmışdır. Həmin hallar içərisində inzibati xəta tərkibinin olması qeyd olunmuşdur. Baş vermiş hadisədə isə inzibati xəta tərkibinin obyektiv tərəfi yoxdur. Çünki o, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 51.1-ci maddəsinin ona verdiyi hüquqdan istifadə edərək ötmə əməliyyatını həyata keçirmişdir. Qeyd olunan maddədə bildirilir ki, ötməyə başlamazdan əvvəl sürücü əmin olmalıdır ki, girmək istədiyi hərəkət zolağı ötmə üçün kifayət edəcək məsafədə boşdur və manevr ilə o, qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün maneə yaratmayacaq. Hadisə baş verən yerin kamera görüntülərindən görünür ki, o, bu hüququndan qanunamüvafiq formada istifadə etmişdir, ötmə əməliyyatını həyata keçirən zaman göstərilən hallar hamısı ötmə üçün uyğun olmuş, yalnız ona ötmə əməliyyatını həyata keçirən zaman sayrışan işıqlarla xəbərdarlıq edilmişdir. Yəni buradan da bu nəticəyə gəlinir ki, onun əməlində inzibati xəta tərkibinin obyektiv tərəfi yoxdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində bildirilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Burada da obyektiv tərəf olmadığı üçün inzibati məsuliyyətdən söz gedə bilməz. Xüsusilə diqqət yetirilməli məqam budur ki, Bakı şəhər BPİ DYPİ-nin yol patrul xidməti inspektoru, polis baş serjantı X5 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda inzibati xəta hadisəsi və inzibati xətanı törətməkdə təqsirli bilinən şəxsin təqsiri sübuta yetirilməyərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinin tələbləri pozulmuşdur. Qeyd etdiklərini nəzərə alaraq Bakı şəhər BPİ DYPİ-nin yol patrul xidməti inspektoru, polis baş serjantı X5 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli qərarın qəbul edilməsi üçün səbəb olmuş hadisənin videogörüntülərinin sorğu əsasında alınaraq işə əlavə edilməsi, həmin qərarın ləğv edilməsi və barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X3 şikayətin məzmununa uyğun izahat vermiş və Bakı şəhər BPİ DYPİ-nin yol patrul xidməti inspektoru, polis baş serjantı X5 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Bakı şəhər BPİ X8 İdarəsi məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayəti və təqdim olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhər BPİ DYPİ-nin yol patrul xidməti inspektoru, polis baş serjantı X5 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 xx.xx.2024-cü il tarixdə, saat 21:55-də Heydər Əliyev prospektində “İSUZU NPR 66P TT” yük markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən xüsusi səs, qırmızı və ya göy sayrışan işıq siqnalı verən nəqliyyat vasitələrinə yol verməmişdir. X1 Azərbaycan Respublikası İXM-nin 331-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 100 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 331-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə hərtərəfli və tam araşdırma aparılmadığından şikayət qismən təmin edilməli, X2 barəsində Bakı şəhər BPİ DYPİ-nin yol patrul xidməti inspektoru, polis baş serjantı X5 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, materiallar tam və hərtərəfli araşdırılması üçün Bakı şəhər BPİ X8 İdarəsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhər BPİ DYPİ-nin yol patrul xidməti inspektoru, polis baş serjantı X5 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X2 inzibati xəta törətməsinə dair materiallar yenidən baxılması üçün Bakı şəhər BPİ X8 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar