Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-5257/2025 10.12.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Vəliyeva Nazlı Eldar qızının katibliyi, protokol tərtib edən orqan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin təsisçisi X1 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş 27 oktyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə daxil olmuşdur. Protokol və əlavə olunmuş sənədlərdən görünür ki, vətəndaş X2 şikayəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən Şəxs MMC-yə 3-17-5/2-78109/2025 nömrəli, xx.xx.2025-ci il tarixdə məktub göndərilməsinə və məktubda qeyd olunan sənədlərin 07 iş günü ərzində təqdim edilməsinin tələb edilməsinə baxmayaraq, tələb edilən sənədlər protokol tərtib olunan günədək tam təqdim edilməmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında protokol tərtib edən orqan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X7 protokolun məzmununa uyğun izahat verərək protokolu müdafiə etmiş, hüquqi şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin təsisçisi X3 bildirdi ki, Şəxs MMC 3 ildir ki, fəaliyyətini dayandırmışdır, onun nə işçisi var, nə təmsilçisi var, o sadəcə olaraq MMC-nin təsisçisi kimi qalmışdır. Şəxs MMC-nin ünvanına gələn heç bir məktub, bildiriş qəbul edilməmişdir, elektron kabinetə yerləşdirilənə isə baxılmamışdır. Vəzifəli şəxs kimi xx.xx.2025, xx.xx.2025-ci il tarixlərdə DƏMX-dən ona bildiriş gəlmiş, həmin bildirişlər əlaqədar olaraq, baxmayaraq ki, o, MMC-nin səalhiyyətli şəxsi deyil, onda olan sənədləri xx.xx.2025-ci il tarixdə DƏMX-nə təqdim etmişdir. Lakin DƏMX onun cavabını gözləmədən xx.xx.2025-ci il tarixdən formal olaraq 10 gün keçdikdən sonra protokol tərtib etmişdir. Yenidən qeyd edir ki, o, MMC-nin direktoru, səlahiyyətli şəxsi deyil, sadəcə təsisçi kimi adı qaldığı üçün vəzifəli şəxs kimi bildirişlər ona gəlmişdir. Hansı sənədlər ki, mövcuddur, onlar təqdim olunmuş, bildiriş, həmkarlar ittifaqı təşkilatına müraciət və s. olmadığı üçün təqdim olunmamışdır. Lakin bu hallar protokol tərtib edən orqan tərəfindən araşdırılmadan sənədlərin natamam təqdim olunması səbəbindən protokol tərtib olunmuşdur. Bu səbəbdən göstərilən halların məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, inzibati xəta haqqında material natamam olduğundan geri qaytarılmalıdır. Belə ki, inzibati xətanın törədilməsi haqqında materiala məhkəmə iclası zamanı baxılarkən müəyyən edilmişdir ki, inzibati xəta haqqında iş üzrə icraatın başlanılması üçün əsaslar inzibati orqan tərəfindən kifayət qədər araşdırılmamış, material natamam şəkildə baxılması üçün məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. İXM-in 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (mad. 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (mad 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (106.0.5) həll etməlidir. İXM-in 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, MMC-nin təsisçisi tərəfindən inzibati xəta haqqında iş üzrə icraatın başlanmasına əsas olmuş sorğu ilə bağlı tələb olunan sənədlərin xx.xx.2025-ci il tarixdə protokol tərtib edən orqana təqdim edildiyi, həmçinin Şəxs MMC-nin fəaliyyət göstərmədiyi, MMC-nin hər hansı bir işçisi olmadığı, onun ünvanına gələn bildirişlərin qəbul edilmədiyi bildirilmiş, bu səbəbdən qəbul edilməyən soğuya görə məsuliyyətin yaranması məsələsi mübahisələndirilmiş, o cümlədən qeyd olunan halların protokol tərtib olunan orqan tərəfindən araşdırılmaması qeyd olunmuşdur. Buna görə də, məhkəmə hesab edir ki, göstərilən halların araşdırılması üçün inzibati xəta haqqında material Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair toplanmış inzibati xəta haqqında material natamam olduğundan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinə geri qaytarılsın. Hakim Emin Axundov
Məhkəmə qərarları › İş №3(007)-5257/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-5257/2025
10.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver