Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5263/2024 29.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi ilə, xx.xx.1964-cü ildə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan (FİN xxxxxxx) Şəxs barəsində olan Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinə əsasən qəbul edilmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)-5263/2024 saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarına xitam verilməsi barədə vəsatətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs barəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Həmin inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə inzibati xəta törətmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)-5263/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Мəcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilmişdir. Qərarın surəti poçt vasitəsi ilə Şəxs ünvanına göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə vəsatətlə müraciət edərək cəriməni ödədiyindən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)- 5263/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına xitam verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)-5263/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına xitam verilməlidir. Belə ki, “Asanpay” ödəniş portalından çıxarışdan görünür ki, EQ seriyalı, 22476022 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar üzrə cərimə və dəbbə pulu ödənilmişdir. Azərbaycan Respublikası İXM-nin 152.5-ci maddəsinə əsasən barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməyə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdə, bu qərara onu qəbul etmiş məhkəmə tərəfindən həmin şəxsin vəsatəti əsasında xitam verilir. Azərbaycan Respublikası İXM-nin 52-ci maddəsinə əsasən inzibati xəta haqqında işlər üzrə icraatda iştirak edən şəxslər icraatında həmin işlər olan hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) baxılması məcburi sayılan vəsatət vermək hüququna malikdirlər. Vəsatət yazılı formada verilir və o, dərhal baxılmalıdır. Vəsatətin təmin olunmasından imtina edildikdə, bu barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs tərəfindən EQ seriyalı, 22476022 saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar üzrə dəbbə pulu ilə birlikdə cərimə məbləği ödənildiyindən vəsatət təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)-5263/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114-115, 152.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəqliyyat vasitələrini idarə etmə hüququnun 6 (altı) ay müddətinə məhdudlaşdırılmasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)-5263/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-5263/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5263/2024
29.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver