Məhkəmə qərarları › İş №3(007)-5295/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5295/2023

24.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5295/2023 24.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X4 iclas katibliyi, Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin böyük icra məmuru X7, zərərçəkmiş şəxsin etibarnamə üzrə nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X6 iştirakları ilə, xx.xx.1984-cü ildə Ağdam rayonu, Xıdırlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1i ünvanında qeydiyyatda olan və ünvan 2anında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Bakı şəhəri Nizami rayonu İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-4578/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən, Şəxs, X1 və X3 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə 14979,29 manat kredit borcunun, 826,93 manat faiz borcunun və 100 manat penya olmaqla, cəmi 15906,92 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 24 manat məbləğində pul vəsaiti tutulmalıdır. Borclu icra vərəqəsində göstərilən tələbi icra etmir və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Hazırkı vaxtadək borclu tərəfindən cəmi 1870 manat məbləğində borc ödənilmişdir. Beləliklə də borclu icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Bununla Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Nizami rayon icra şöbəsinin böyük icra məmuru X12 tərəfindən xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-4578/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədindən məlumatı var, maddi imkanı olmadığı üçün borcunu ödəyə bilməmişdir. Oktyabr ayında 50 və 100 manat ödənişlər etmişdir. İcra sənədinin qəbul olunmasından 9 ilə yaxın vaxt keçdiyini bilir, lakin hal-hazırda borcu birdəfəlik ödəməyə maddi imkanı yoxdur. Ona vaxt verilərsə, 200 manat da ödəniş etməyə çalışacaqdır. Barəsində həbslə əlaqədar olmayan tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X11 məhkəmə iclasında bildirdi ki, borclunun hazırda borcunu ödəmək üçün maddi imkanı yoxdur. Borcdan cəmi 1870 manat ödəniş olunubdur. Oktyabr ayında 50 manat, 100 manat olmaqla ödənişlər etmişdir. Odur ki, borclu barəsində həbslə əlaqədar olmayan tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin etibarnamə üzrə nümayəndəsi X5 bildirdi ki, məhkəmənin qətnaməsin qəbul olunmasından və icra sənədinin verilməsindən 9 ilə yaxın vaxt keçsə də, borclu tərəfindən icra sənədi icra olunmur. Hazırda yığılmış borcun bütövlüklə ödənilməsini istəyir. Borclunun borcunu ödəməyə maddi imkanı vardır. Göstərilənləri nəzərə alaraq borclu barəsində ciddi tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Nizami rayon İcra Şöbəsinin böyük icra məmuru X12 məhkəməyə verdiyi izahatında bildirdi ki, borclu dəfələrlə icra şöbəsinə dəvət edilərək borcunu ödəmək ona təklif edilsə də, müxtəlif bəhanələrlə icradan yayınmışdır. Hətta bir müddət sonra borclu zənglərə cavab verməmiş, bildirişləri alsa da, icra şöbəsinə gəlməmişdir. Bu səbəbdən onun barəsində axtarış elan olunmuş, axtarışla tutularaq icra şöbəsinə gətirilmiş, izahatı alınmış və barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Göstərilənləri nəzərə alaraq borclu barəsində ciddi tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-4578/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən, Şəxs, X1 və X3 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə 14979,29 manat kredit borcunun, 826,93 manat faiz borcunun və 100 manat penya olmaqla, cəmi 15906,92 manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 24 manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli “icraata başlamaq” haqqında qərardan görünür ki, Nizami rayon İcra Şöbəsinin icra məmuru Elman İsrafilov tərəfindən icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmişdir, bu barədə borclu məlumatlandırılmışdır. İş materiallarında olan xx.xx.2016-cı il tarixli “tələbin könüllü icrası” haqqında bildirişdən görünür ki, borcu Şəxs 2(007)-4578/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icrası tələb olunur. Borclu könüllü icra barədə bildirişlə xx.xx.2016-cı il tarixdə imza etdirilməklə məlumatlandırılıb. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “borclunun axtarılması barədə” qərarda görünür ki, borclu Şəxs icra məmurunun çağırışlarına gəlməmiş, icradan yayınmış və bu səbəbdən də icra məmurunun borclu barəsində axtarış elan edilmişdir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, icra vərəqəsi, bildiriş, özünün məhkəməyə verdiyi izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xətanın xarakterini, məhkəmə qərarının icra olunmamasındakı müddəti, inzibati xətanın pul borcu ilə əlaqədar olduğunu, pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsin yenidən cərimələnməsinin lüzumsuz olduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 4 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla müdafiəçiyə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutlmuş əməli törətməkdə təqsirli bilinərək, 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı Şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə həvalə edilsin. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə 04 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi X8 24 (iyirmi dörd) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar