Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5298/2024 03.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon icra şöbəsinin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi- Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1962-ci il tarixdə Beyləqan rayonunun Şahsevən kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Nizami rayonu, Əzimzadə küçəsi 15 qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon icra şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs məhkəmə qərarına əsasən 28000 manat pulu tələbkara ödəməkdən yayınmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon icra şöbəsinin nümayəndəsi X3 protokolun məzmununa uyğun izahat verərək, qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, Şəxs Ali Məhkəmənin 2(102)-2437/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinin icrasını təmin etmir. Zərərçəkmiş ərizə ilə icra şöbəsinə müraicət edərək, avtomobilin qaytarılmasına razı olduğunu bildirib. Şəxsin artıq dörd dəfə izahatı alınıb. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, onun iki övladı var, oğlu şəhiddir. Oğlu Beyləqan rayonundakı döyüşlərdə iştirak edib. İcra sənədindəki avtomobilin mülkiyyətçisi o olsa da, avtomobil qızınındır. İcra sənədində ondan 28000 manat pulun tutulması qeyd edilsə də, ona heç kim 28000 manat pul verməyib, məhkəmə araşdırmaları zamanı da zərərçəkmiş şəxs onu tanımadığını deyib. Hazırda məhkəmənin icraatında zərərçəkmiş şəxsin iddiası var, iş üzrə icraat dayandırılıb. İddia avtomobillə bağlıdır, işin halları haqqında məlumatsızdır. O, işləmir, əlavə gəliri yoxdur. Zərərçəkmiş şəxs ona pul verməyib, bu səbəbdəb əlavə kassasiyanın nəticəsini gözləyir. Göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi X7 izahat verərək bildirdi ki, 3 aydır ki, icra sənədi icraya yönəldilib. Buna baxmayaraq illərlə icra şöbəsini icraatında olan icra sənədləri barədə heç bir tədbir görülmür. Şəxs şəhid anasıdır. Şəxs şərait yaradılmayıb, vaxt verilməyib. İlkin icra tədbirləri görülməyib, şəxs xəbərdarlıq edilməyib. Şəxs barəsində protokol tərtib edilməsi icra şöbəsi tərəfindən tələsik edilmiş tədbirdir. Hazırda Ali Məhkəmənin qərarından əlavə kassasiya qaydasında şikayət verilib. Həmin şikayət icraata qəbul edilsə, icra məmuru icraatı dayandırmalıdır. Şəxs ona vaxt verilməsini istəyir ki, əlavə kassasiya qaydasında müraciəti təmin edilmədiyi halda, icranı təmin etsin. Göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barədə müvafiq qaydada məlumatlı olmasına baxmayaraq, zərərçəkmiş şəxs X10 məhkəmə iclasında iştirak etmək üçün gəlməmişdir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq, zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə nəzərə alır ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-2437/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından əlavə kassasiya qaydasında şikayət verərək, həmin qərarın ləğv olunmasını və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-911/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, borclu Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi barədə müvafiq sübutlar yoxdur, icra sənədi üzrə ödənilməli olan 28000 manat məbləğində pul hazırda əlavə kassasiya qaydasında mübahisələndirilir. Buna əsasən hazırkı şəxsin inzibati qaydada təqsirlilik məsələsinin müzakirəsi əsasları mövcud deyil. Bundan başqa, məhkəmənin icraatında iddiaçı X8 cavabdehlər X4 və X5 qarşı “Hyundai İX35” markalı **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair mülki iş vardır və iş üzrə icraat Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-911/2024 saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək dayandırılmışdır (hazırkı icra sənədi üzrə) Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi, həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur. Sözügedən maddədə nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzürsüz səbəbdən icra etmir. Bu mənada məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda sözügedən maddədə nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən edildiyi halda, o məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 17.1.7-ci maddəsinə əsasən icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda, cra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, borclu Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz, ona görə Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materilları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 5 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 5 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X6 müvafiq hesablaşma hesabı üzərindən 30 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №3(007)-5298/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5298/2024
03.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver