Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5300/2023 15.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi QədirliNigar Aftandil qızının sədrliyi, X2 iclas katibliyi, protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi X3 və barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsin direktor müavini X1 iştirakları ilə, Hüquqi ünvanı: Bakı şəhəri, Nizami rayonu, Türkmən küçəsi, ev 8, mənzil 1 ünvanında yerləşən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortasını təmin etməmişdir. Bununla da İXM-in 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi X5 çıxış edərək bildirdi ki, hüquqi şəxs tərəfindən Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası təmin edilməmişdir. Qeyd olunanlara əsaslanaraq Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsin direktor müavini X4 məhkəmə iclasında çıxış edərək rəsmi olaraq Şəxs MMC-nin direktoru vəzifəsində çalışsa da hər hansısa səlahiyyəti olmadığını bildirmiş, hüquqi şəxs formal olaraq onun adına rəsmiləşdirilmiş, qeyd olunan səbəbdən hüquqi şəxs barəsində aparılan icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İXM-in 469.2-ci maddəsinə əsasən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmaması inzibati xəta kimi müəyyən edilmişdir. Şəxs MMC -nin həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol və xx.xx.2023-cü il tarixli ******* saylı qərardad ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə təqsirli bilinərək, 5000 manat (beş min manat) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-5300/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5300/2023
15.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver