Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-5328/2024 05.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X1, Şəxs, xx.xx.1971-ci ildə Ucar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Ucar rayonu, Azərbaycan küçəsi, ev 121-də qeydiyyatda olan barəsində Bakı şəhəri BPİ X3 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri BPİ X3 İdarəsindən məhkəməyə daxil olmuş inzibati materiala əsasən, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 01:05-də “Ravon Nexia minik” markalı, **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4 və 333.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Buna görə də, Bakı şəhəri BPİ X3 İdarəsi tərəfindən Şəxs barəsində xx.xx.2023-cü il tarixli, İXP ******* saylı protokol tərtib edilmişdir. xx.xx.2023-cü il tarixdə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.4 və 333.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı təmin olunmaqla dərhal baxılması üçün məhkəməyə göndərilməli olduğu halda, xx.xx.2024-cü il tarixdə, inzibati xətanın törədilməsi haqqında protokol və ona əlavə edilmiş materiallar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı təmin olunmadan Bakı şəhəri Nizami Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar düzgün tərtib olunmadığına və natamam olduğuna görə inzibati xəta haqqında protokol onu tərtib etmiş vəzifəli şəxsə qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 61.5-ci maddəsinə əsasən inzibati həbs, Azərbaycan Respublikasının hüdudlarından kənara əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada çıxarma və ya ictimai işlər nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir. Azərbaycan Respublikası İXM-nin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək müddətə inzibati qaydada tutula bilər. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun qərarı) tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. Beləliklə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.4 və 333.3-cü maddələri ilə inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri BPİ X3 İdarəsinin vəzifəli şəxsinin Şəxs məhkəmədə iştirakını real olaraq təmin etmək imkanı olduğu halda, bunu etməmişdir. Azərbaycan Respublikası İXM-nin 106.0, 106.0.1-106.0.3-cü maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin baxılması onun səlahiyyətinə aiddirmi, işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu, inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi kimi məsələləri həll edir. Həmçinin Azərbaycan Respublikası İXM-nin 109.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin, hüquqi şəxsin nümayəndəsinin, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsinin, habelə şahidlərin üzrlü səbəblər olmadan çağırış üzrə gəlməkdən qəsdən boyun qaçırması nəticəsində inzibati xəta haqqında iş üzrə icraatın baxılması təxirə salındıqda, bu isə inzibati xəta haqqında işin hallarının tam, ətraflı, obyektiv və vaxtında araşdırılmasına və onun ədalətli həll olunmasına mane olarsa, inzibati xətanın baxıldığı yer üzrə məhkəmə həmin şəxslərin gətirilməsi barədə qərardad qəbul edə bilər. Lakin məhkəməyə daxil olmuş inzibati xəta haqqında materiala barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs üzrlü səbəblər olmadan çağırış üzrə gəlməkdən qəsdən boyun qaçırmasını təsdiq edən heç bir sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-ci maddəsi ilə müəyyən edilmişdir ki, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işə baxan hakim, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda hakim inzibati xəta haqqında protokolu onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 106, 109 və 128-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs tərəfindən inzibati xəta törədilməsi haqqında protokol və ona əlavə edilmiş materiallar Bakı şəhəri BPİ X3 İdarəsinə qaytarılsın. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-5328/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-5328/2024
05.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver