Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5358/2023 13.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qədirli Nigar Aftandil qızının sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi ilə, İnzibati protokol tərtib etmiş orqanın nümayəndəsi Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ-nə bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsinin ictimai təhlükəsizlik Bölməsinin bölmə rəisi, polis mayoru X2 iştirakı ilə, xx.xx.1996-cı ildə Türkmənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olan yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 534-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhər Nizami Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol ona görə tərtib edilmişdir ki, o, xx.xx.2023-cü il tarixdə, saat 17:50 radələrində Bakı şəhərində, metronun Koroğlu metrostansiyasında yeraltı piyada keçidində qanunsuz olaraq hərbi qulluqçuların formasını geyinməklə inzibati xəta törətmişdir. Buna görə də Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati protokol tərtib etmiş orqanın nümayəndəsi Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ-nə bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsinin ictimai təhlükəsizlik Bölməsinin bölmə rəisi, polis mayoru X5 bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 17:50 radələrində Bakı şəhərində, metronun Koroğlu stansiyasımnda yeraltı piyada keçidində qanunsuz olaraq hərbi qulluqçuların formasını geyinməklə, həmçinin sinəsinə patrul rəisi asılqanı asaraq gəzməklə inzibati xəta törətmişdir. Məhkəmədən qeyd olunanları nəzərə alaraq Şəxs barəsində inzibati tənbehin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraatın iştirakçının izahatlarını, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs barəsində inzibati xəta haqqında protokol düzgün tərtib edilmiş, Şəxs Azərbaycan Respublikası İXM-nin 534-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 534-cü maddəsi ilə tövsif olunmuşdur, o, həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh olunmalıdır. İşdə olan Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ-nə bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsinin İİİ bölük, İİ taqımın polis nəfəri X3 xx.xx.2023-cü il tarixli raportundan görünür ki, həmin tarixdə saat 17:50 radələrində Bakı şəhərində, metronun Koroğlu stansiyasımnda bir nəfər şəxsin formada (kapitan forması), sinəsində patrul rəisi asılqanı ilə çıxışdan daxil olub getmək istəyən zaman yaxınlaşıb özünü təqdim etmiş, həmin şəxsin hərbçi olmadığı məlum olmuşdur. Şəxs növbətçi hissəsinə təhvil vermiş, barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş SX ******* nömrəli hərbi biletin surətindən görünür ki, Şəxs X1 iştirakçısıdır. Cəbrayıl və Zəngilan rayonlarının azad olunması uğrundan gedən döyüşlərdə iştirak etmişdir. İş materiallarına əlavə edilmiş 7 nömrəli tibbi-sosial ekspert komissyası tərəfindən verilmiş arayışdan görünür ki, Şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar döyüşlərdə iştirakı səbəbi ilə İİİ dərəcəli əlildir. İş materiallarında olan CD diskə məhkəmə iclası zamanı baxış keçirilərkən müəyyən edilmişdir ki, Şəxs tərəfindən həmin inzibati xəta həqiqətən törədilmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Azərbaycan Respublikası İXM-nin 534-cü maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti subyektlərinin, hərbi qulluqçuların və prokurorluq işçilərinin fərqlənmə nişanları olan hərbi və xüsusi geyim formalarını qanunsuz olaraq daşımağa görə - inzibati xətanın obyekti olmuş hərbi və xüsusi geyim forması müsadirə edilməklə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs İkinci Qarabağ müharibəsi iştirakçısı və İİİ dərəcəli əlil olmasını Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 77.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Məhkəmə istinad olunan maddi hüquq normalarının tələbini nəzərə alaraq, hesab edir ki, Şəxs inzibati xətanın törədilməsində təqsirli bilinərək tənbeh edilməklə yanaşı inzibati xətanın obyekti olmuş bir dəst hərbi forma dövlət nəfinə müsadirə edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 534-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati xətanın obyekti olmuş bir dəst hərbi forma dövlət nəfinə müsadirə edilməklə, 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-5358/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5358/2023
13.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver