Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-5384/2024 11.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, "xxxx" Mənzil Tikinti Kooperativinin direktoru Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında Bakı şəhəri Nizami rayon İcra şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək, məhkəmə Müəyyən Etdi: Bakı şəhəri Nizami rayon icra şöbəsinin icra məmuru Əlihüseyn Aslanov tərəfindən tərtib edilmiş 11 dekabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, borclu X2 məhkəmə qərarına əsasən 3.226.866.5 manat məbləğində pul vəsaitini tələbkarın xeyrinə ödəməkdən yayınır. Qeyd olunan inzibati xəta haqqında material üzrə işin baxılmağa hazırlanması zamanı inzibati xəta haqqında protokolun düzgün tərtib olunmaması, yaxud təritb edilmiş materialın natamam olması və işə baxılarkən onun tamamlanmasının mümkün olmaması müəyyən edilmişdir. Belə ki, qeyd olunan inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüquq və vəzifələri ona elan edilməmiş, habelə izahatı alınmamış və inzibati xəta haqqında protokola izahatın surəti əlavə olunmamışdir. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer; protokolun tərtib etmiş vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar göstərilir. Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən işin baxılması onun səlahiyyətinə aid olubolmamasını, işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən halların mövcudluğunu, inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi, işin icraatını rədd edən halların mövcud olub-olmaması və mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıb-toplanılmaması və s. məsələləri həll etməlidir. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-463/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu "xxxx" MTK-dan tələbkar X1 xeyrinə 3.226866.5 manat (üç milyon iki yüz iyirmi altı min səkkiz yüz atmış altı manat əlli qəpik) məbləğində pul vəsaiti tutulmalıdır. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-463/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Bakı şəhəri Nizami Rayon İcra şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə “icraata başlamaq haqqında” qərar qəbul edilərək, xx.xx.2024-cü il tarixdə borclu "xxxx" MTK-nın direktoru Şəxs rəsmi qaydada təqdim edilmişdir. Həmçinin həmin tarixdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatı alınmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Bakı şəhəri Nizami Rayon İcra şöbəsində verdiyi izahatdan görünür ki, o, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verəcəyini bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində tərtib edilmiş protokola isə Şəxs protokol tərtib edilən tarixə alınmış izahatı, izahat verməkdən imtina etdiyi halda bunu təsdiq edən sənəd əlavə edilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, icra sənədi üzrə borclu "xxxx" MTK-nın icara sənədi üzrə tələbin yönəldilə biləcəyi əmlakın olub-olmamasının araşdırılmasını təsdiq edən sənəd məhkəməyə təqdim edilməmişdir. Həmçinin iş materiallarına borclu tərəfindən kassasiya şikayəti verilib-verilməməsini, nəticəsni müəyyən etməyə imkan verən sənəd əlavə edilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. Belə olan halda məhkəmə qeyd edir ki, borcluya məxsus tələbin yönəldilə biləcəyi əmlakın olub-olmamasının araşdırılması istiqamətində müvafiq icra tədbirləri görülməli, qeyd edilən halları təsdiq edən sənəd, o cümlədən, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs işin halları barədə izahatı əlavə edilməklə borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə müraciət edilməli idi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələbinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyətli olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xəta haqqında protokolun və digər sənədlərin onu tərtib etmiş orqana və vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, "xxxx" MTK oğlunun direktoru Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bakı şəhəri Nizami rayon icra şöbəsindən daxil olmuş inzibati material düzgün tərtib olunmadığına, tərtib edilmiş material natamam olduğuna və işə baxılarkən onun tamamlanması mümkün olmadığına görə həmin material onu tərtib etmiş Bakı şəhəri Nizami rayon İcra şöbəsinə geri qaytarılmalıdır. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apelyasiya şikayəti vermək hüququ istisna edilir. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrinə əsasən, məhkəmə Qərara Aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında material onu tərtib etmiş Bakı şəhəri Nizami rayon İcra şöbəsinə geri qaytarılsın. Qərardaddan çikayət verilə bilməz. Hakim Starə Əliyeva
Məhkəmə qərarları › İş №3(007)-5384/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-5384/2024
11.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver