Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-5389/2025 27.11.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, məhkəmə iclasının katibi – Vəliyeva Nazlı Eldar qızının katibliyi, qərardan şikayət verən X4 və qərarından şikayət verilən orqanın - Bakı şəhər Nizami rayon DYPŞ-nin nümayəndəsi X3 iştirakları ilə, X1 Azərbaycan Respublikası DİN Bakı şəhər Nizami rayon DYPŞ tərəfindən qəbul olunmuş, xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN Bakı şəhər Nizami rayon DYPŞ tərəfindən qəbul olunmuş, xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarından məhkəməyə şikayət verərək, qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X6 şikayətində və məhkəmə iclasında verdiyi izahatında şikayətini onunla əsaslandırdı ki, xx.xx.2025-ci il tarixdə, 07:59 radələrində idarə etdiyi “Changan Qiyuan A05 Plug-İn hibrid” minik markalı, **-FG-*** dövlət nömrə nişanlı avtomaşınla Bakı şəhəri, Mikayıl Əliyev küçəsi ilə üzü Koroğlu istiqamətində hərəkət edən zaman dövlət tədbiri ilə əlaqədar bütün yolların bağlı olduğunu görmüş, geriyə dönmüş, bu zaman DYPŞ-nin əməkdaşı onu saxlayaraq cərimə yazmışdır. Sonradan cərimə qərarına baxdıqda ünvan olaraq Mikayıl Əliyev küçəsi yox, Mehdi Abbasov küçəsi yazıldığı görmüşdür. Lakin o, həmin vaxt Mehdi Abbasov küçəsində olmamışdır. Dövlət tədbiri ilə əlaqədar bütün maşınlar döndüyü üçün o da dönmüşdür. Qeyd olunanlara əsaslanaraq, xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Qərarından şikayət verilən orqanın - Bakı şəhər Nizami rayon DYPŞ-nin nümayəndəsi X5 məhkəmə iclasında bildirdi ki, ola bilsin ki, elektron sistemdə texniki səhvlik olmuş, bu səbəbdən Mehdi Abbasov küçəsi yazılmışdır. İXP ******* nömrəli protokolu məhkəməyə təqdim edərək protokolda ünvanın düzgün olaraq Mikayıl Əliyev küçəsi yazıldığını bildirmiş, bu səbəbdən şikayətin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək və tərəflərin izahatını dinləyib hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait edilməlidir. 120.1-ci maddəsinə əsasən bu Məcəllənin 122.7, 122.8 və 124.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə barəsində icraat aparılan şəxsin səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən çağırılması qadağandır. 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 134.1.4-cü maddəsinə görə bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması. 137.2-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130-cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. İş materiallarına əsasən müəyyən edilmişdir ki, X6 İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat məbləğində cərimə olunmuşdur. Lakin protokol və qərar tərtib olunan zaman iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar kifayət qədər araşdırılmamış, inzibati xəta haqqında protokolla qərar arasında inzibati xətanın törədildiyi yerə dair uyğunsuzluq olmuşdur. Beləliklə, iş üzrə bütün hallar araşdırılmadan X6 barəsində inzibati xəta haqqında protokol və qərar çıxarılmışdır. Qeyd olunan halların araşdırılması məqsədilə xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərar ləğv edilməli və yenidən araşdırılması məqsədilə Bakı şəhər Nizami rayon DYPŞ -nə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X2 barəsində İXM-nin 327.2-ci maddəsi ilə Bakı şəhər Nizami rayon DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərar ləğv edilsin və inzibati xəta haqqında işə yenidən baxilması üçün Bakı şəhər Nizami rayon DYPŞ-nə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Emin Axundov
Məhkəmə qərarları › İş №3(007)-5389/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-5389/2025
27.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver