Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-54/2022 28.01.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, Ələsgərov Elvin Hidayət oğlunun katibliyi, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2001-ci ildə Bakı şəhərində anadan olmuş, Ağdam rayonu, Eyvazxanbəyli kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan (FİN xxxxxxx) Şəxs Azərbaycan Respublikasının İXM-nin 329.2 və 327.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən 06.11.2021-ci il tarixdə saat 23 radələrində Şəxs etibarnamə ilə motodəbilqə taxmadan idarə etdiyi “Tufan S150” markalı, 99-C-227 dövlət qeydiyyat nişanlı motosikletlə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti, “Koroğlu” metrostansiyasının qarşısında yolun sağ kənarında qəza siqnalını yandıraraq dayanmış X1 “Mercedes Benz C230” markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobilinin arxa hissəsi ilə toqquşmuş, nəticədə Şəxs və idarə etdiyi motosikletdə sərnişin qismində olan Zərərçəkmiş şəxs xəsarət almışlar. Bu barədə Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin polis kapitanı M.S.Manafov tərəfindən 27.12.2021-ci il tarixdə İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, 06.11.2021-ci il tarixdə saat 23 radələrində 60-70 km/saat sürətlə idarə etdiyi “Tufan S150” markalı, 99-C-227 dövlət qeydiyyat nişanlı motosikletlə “Bağırov” körpüsü istiqamətindən H.Əliyev prospekti ilə “Sabunçu” körpüsü istiqamətinə doğru soldan 3-cü zolaqla hərəkət etmişdir. Yolun “Koroğlu” metrostansiyasının qarşısından keçən hissəsində motosikletin arxa görüntü güzgüsündən arxaya baxdığı üçün fikri ani olaraq yayınmışdır. Yenidən qabağa baxdıqda yolun sağ kənarında dayanmış “Mercedes Benz C230” markalı avtomobili görmüşdür. Ondan sola yayınmaq istəsə də məsafə az olduğu üçün yayına bilməmiş, idarə etdiyi motosikletin qabaq hissəsi ilə avtomobilin arxa hissəsindən toqquşmuşdur. Nəticədə o və motosikletin arxa hissəsində sərnişin qismində olan dostu Anar yerə yıxılaraq xəsarət almışlar. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, 06.11.2021-ci il tarixdə İlkinin idarə etdiyi motosikletdə sərnişin qismində İlkinin arxasında oturmuşdur. O, başını aşağı salmış, İlkinin idarə etdiyi motosiklet avtomobillə toqquşduqda başını yuxarı qaldırmışdır. Hadisənin necə baş verdiyi yadında deyildir. O, hadisə nəticəsində xəsarət almışdır. Şəxs qarşı heç bir şikayəti yoxdur. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə Bakı şəhəri Nizami rayon Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X3 11.11.2021-ci il tarixli, 976 saylı rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs sağ budun aşağı 1/3-nin arxa, iç yan və diz oynağını əhatə edən nahiyəsinin hematoması, sol dizaltı çökək nahiyəsinin və sol bayır topuq nahiyəsinin sıyrıqları olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 06.11.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı alınmaları mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 13.12.2021-ci il tarixli, 8/2894 saylı rəyinin nəticə hissəsindən görünür ki, təhqiqat tərəfindən göstərilən şəraitdə “Tufan S150” markalı, 99-C-227 dövlət qeydiyyat nişanlı motosikletin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Şəxs motosikleti motoşlemsiz idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 6-cı bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. - BD006843 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası DİN BDYPİ Sumqayıt RQİTBŞ tərəfindən 01.04.2021-ci il tarixdə 01.04.2031-ci il tarixədək etibarlı olan “A1,A,B1,B,C1,C” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. - cinayət işinin başlanmasının rədd edilməsi haqqında 17.12.2021-ci il tarixli qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığı üçün material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Videogörüntüyə məhkəmə iclasında baxış keçirilən zaman Şəxs 06.11.2021-ci il tarixdə saat 23 radələrində Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti, “Koroğlu” metrostansiyasının qarşısında idarə etdiyi “Tufan S150” markalı, 99-C-227 dövlət qeydiyyat nişanlı motosikletlə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq yolun sağ kənarında dayanmış X1 idarə etdiyi “Mercedes Benz C230” markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 06.11.2021-ci il tarixdə saat 23 radələrində idarə etdiyi “Tufan S150” markalı, 99-C-227 dövlət qeydiyyat nişanlı motosikletlə hərəkətdə olan zaman Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti, “Koroğlu” metrostansiyasının qarşısında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yolun sağ kənarında dayanmış X1 idarə etdiyi “Mercedes Benz C230” markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması və nəticədə “Tufan S150” markalı motosikletdə sərnişin qismində olan Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməsi proses iştirakçılarının izahatları, ekspert rəyləri və iş üzrə araşdırılmış digər sübutlarla təsdiq edilmişdir. Beləliklə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işlərə baxmaq səlahiyyəti həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid olmadığından məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməlidir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Məhkəmə hesab edir ki, aparılmış tədqiqatın dəyəri 100 (bir yüz) manat ekspertiza xərci dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: xx.xx.2001-ci ildə Bakı şəhərində anadan olmuş, Ağdam rayonu, Eyvazxanbəyli kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə edilsin. İş üzrə aparılmış tədqiqatın dəyəri 100 (bir yüz) manat ekspertiza xərci dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-54/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-54/2022
28.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver