Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5422/2024 23.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ/ seriyalı, 22487524 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından X4 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ/ seriyalı, 22487524 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “VAZ-21074” minik markalı, **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, C.Naxçıvanski 2101 ünvanında idarə edərkən yol hərəkəti qaydalarını pozduğuna görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, EQ/ seriyalı, 22487524 nömrəli elektron qərar tərtib edilmiş və İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 300 manat məbləğində cərimə olunmuşdur. Qeyd edilən avtomobil oğlu X3 adınadır və onun tərəfindən idarə olunur. Yol hərəkəti qaydası onun tərəfindən pozulmuşdur. Lakin onun adına etibarnamə olduğu üçün elektron qərar yanlış verilmişdir. Belə ki, onun sürücülük hüququ xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə məhdudlaşdırılmışdır. Həmin tarixdən də nəqliyyat vasitəsini idarə etmir. Etibarnamənin gələcəkdə fəsadlar yaradacağını bilmədiyinə görə onu vaxtında ləğv etdirməmişdir. Hazırda həmin etibarnamə ləğv edilmişdir. Digər tərəfdən də o, həm nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması, həm də ciddi xəstəliyi ilə əlaqədar avtomobili idarə etmək imkanına malik deyildir. Eyni zamanda o, yol hərəkəti qaydalarının pozulması barədə məlumatlı olmamışdır. Əgər məlumatı olsa idi oğluna bu barədə məlumat verərdi və vaxtında tədbir görülərdi. X2 iş fəaliyyəti ilə əlaqədar avtomobildən müntəzəm istifadə edir. Avtomobil yol polisi tərəfindən saxlanılmamış və o, xəbərdar edilməmişdir. xx.xx.2024-cü il tarixdə avtomobilin növbəti texniki baxışı zamanı avtomobillərin texniki müayinəsi mərkəzində qeyd edilən yol hərəkəti haqqında pozuntunun törədilməsi barədə məlumat alınmışdır. Müayinə mərkəzindən məsləhət görüldüyü kimi yanlış tərtib edilmiş elektron qərarın ləğvi ilə əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinə rəsmi müraciət edilmiş və həmin müraciətə xx.xx.2024-cü il tarixli, 3-13-16/2-N-149587 saylı məktubla cavab verilərək bildirilmişdir ki, “VAZ 2107” markalı, **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qayda pozuntuları törədilməsinə görə çıxarılmış inzibati tənbeh vermə haqqında elektron qərardan verilmiş şikayət müddət ötürüldüyündən baxılmamışdır. Hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş DYPİ tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ/ seriyalı, 22487524 nömrəli elektron qərar yanlış tərtib edilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş DYPİ tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ/ seriyalı, 22487524 nömrəli elektron qərarın ləğv edilməsini xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X6 məhkəmə iclasına gəlməmiş və Azərbaycan Respublikası DİN Baş X11 İdarəsi məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və təqdim olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ/ seriyalı, 22487524 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, “VAZ 21074” minik markalı, **-GV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X6 xx.xx.2024-cü il tarixdə, saat 17:36-da Cəmşid Naxçıvanski, 2101 ünvanında dayanma və durma qaydalarını pozmuşdur. X1 Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 300 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə hərtərəfli və tam araşdırma aparılmadığından şikayət qismən təmin edilməli, X4 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ/ seriyalı, 22487524 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməli, materiallar tam və hərtərəfli araşdırılması üçün Azərbaycan Respublikası DİN Baş X11 İdarəsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ/ seriyalı, 22487524 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilsin. X4 inzibati xəta törətməsinə dair materiallar yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-5422/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5422/2024
23.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver