Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5439/2023 14.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsn nümayəndəsi X2 iştirakı ilə, Şəxsn barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 28 sentyabr 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs publik hüquqi şəxs mülkiyyətində olan nəqliyyat vasitəsini 16 iyun 2023-cü il tarixdə inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı DYPŞ-nin sorğusu daxil olduğu 19 sentyabr 2023-cü il tarixdən 5 gün müddətində verməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsn direktoru inzibati xəta haqqında protokola dair yazılı etiraz vermiş, etirazı onunla əsaslandırmışdır ki, aşağıda göstərilən əsaslara görə hesab edirlər ki, Şəxs PHŞ-si barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Şəxs PHŞ-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 0332 nömrəli məktubdan və həmin məktuba qoşma ilə ünvanlarına göndərilmiş sözügedən polis idarəsinin DYPŞ-nin inzibati təqib üzrə baş inspektoru tərəfindən imzalanmış sorğudan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 14:38-də Şəxs PHŞ-nə məxsus “Fiat Doblo” minik markalı **-PK-*** dövlət qeydiyyatlı nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ünvanında dayanma və ya durma qaydalarının pozulmasına, bununla da Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta hadisəsinin törədildiyinə istinad olunaraq xx.xx.2023-cü il tarixdə (yəni 4 ay əvvəl) saat 14:38-də Klinikaya məxsus yuxarıda sözügedən nəqliyyat vasitəsini idarə etmiş şəxs (sürücü) barəsində məlumatların 5 gün müddətində verilməsi xahiş olunmuşdur. Nəzərə çatdırmağı zəruri hesab edirlər ki, yuxarıda göstərilən sorğuda 4 ay əvvəl, yəni xx.xx.2023-cü il tarixdə saat 14:38-də yol hərəkəti qaydaları əleyhinə inzibati xəta hadisəsi törətmiş sürücü barədə məlumatların verilməsi xahiş edildiyindən müvafiq araşdırmanın aparılması müəyyən zaman tələb etmiş, keçən zaman daxilində xx.xx.2023-cü il tarixdə **-PK-*** dövlət qeydiyyatlı nəqliyyat vasitəsini idarə etmiş sürücü müəyyənləşdirilmiş və həmin sürücü barədə zəruri məlumatların Bakı şəhəri Nizami rayon DYPŞ-nə verilməsi təmin olunmuşdur. Digər tərəfdən nəzərə çatdırılması zəruridir ki, yuxarıda sözügedən sorğunun Klinikaya daxil olduğu vaxt erməni separatçılarına qarşı Azərbaycan Silahlı Qüvvələri tərəfindən antiterror əməliyyatının keçirildiyi günlərinə təsadüf etmişdir ki, həmin günlərdə də Klinikanın tibbi personalının “N” saylı hərbi hissələrə ezam olunmasından irəli gələn məsələlərin təmin edilməsi zəruri olmuşdur. Yuxarıda göstərilən xüsusatlarla yanaşı, onu da qeyd etməyi zəruri hesab edirlər ki, Şəxs PHŞ Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olmaqla, bilavasitə Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən və Respublikanın ən iri tibb müəssisəsidir. Klinikanın işçi heyətinin nəzərdə tutulan sayı 2000 çox olmaqla hazırda Klinikada 1000-dən çox tibbi və qeyri-tibbi personal çalışır. Klinikanın inzibati idarəetməsindən irəli gələn iş həcmi olduqca böyükdür. Qeyd etməyi zəruri hesab edirlər ki, sözügedən sorğunun Klinikaya daxil olduğu gündən bu sorğunun cavablandırıldığı məktubun tarixi arasında Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş müddət ötürülməmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, Bakı şəhəri Nizami rayon polis idarəsinin dövlət yol polis şöbəsinin polis mayoru X1 tərtib etdiyi xx.xx.2023-cü il tarixli, İPX seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Şəxs PHŞ barəsində Azərbaycan Respublikası İXM-nin 347ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işə xitam verilməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. İşə baxılmasının yeri və müddəti vaxtında bildirilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə həmin nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsn nümayəndəsi X3 yazılı etirazda göstərilənlərə uyğun izahat vermiş, etirazda qeyd olunanları nəzərə alaraq, inzibati işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Bakı şəhəri Nizami RPİ-nin DYPŞsi tərəfindən Şəxs publik hüquqi şəxsə ünvanlanmış 19 sentyabr 2023-cü il tarixli 0332 nömrəli sorğudan görünür ki, publik hüquqi şəxsə məxsus **-PK-*** dövlət qeydiyyat nişanlı “Fiat Doblo minik” markalı nəqliyyat vasitəsinin iştirakı ilə 16 iyun 2023-cü il tarixdə saat 14:38-də Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə törədilmiş inzibati xəta ilə bağlı protokolun icrası ilə əlaqədar Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinə əsasən avtomobil və onu idarə edən sürücü barəsində müvafiq məlumatların 5 gün müddətində DYPŞ-nə göndərilməsi və qeyd olunan müddətdə çağırışa gəlməkdən səbəbsiz boyun qaçırdıqları təqdirdə müəssisənin barəsində qanuna uyğun müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. Həmin sorğudan görünür ki, sorğu, Şəxsn əməkdaşı X.Əzimova tərəfindən imza edilməklə, 19 sentyabr 2023-cü il tarixdə şəxsən qəbul edilmişdir. Məhkəməyə təqdim edilmiş məktubun surətindən görünür ki, Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin 19 sentyabr 2023-cü il tarixli 0332 nömrəli sorğusuna Şəxs publik hüquqi şəxs tərəfindən 25 sentyabr 2023-cü il tarixli 18-1-86/2-695/2023 nömrəli məktubla cavab verilmişdir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək, o nəticəyə gəlir ki, Şəxs publik hüquqi şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla publik hüquqi şəxsin həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs publik hüquqi şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 123.1-ci maddəsinə əsasən bu Məcəllənin 122.1ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir. Həmin Məcəllənin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Məhkəmə hüquqi şəxsi təmsil edən şəxsin izahatında göstərilənlərə münasibətdə qeyd edir ki, irəli sürülən dəlillər işin faktiki müəyyən olunmuş halları ilə təkzib olunur, hüquqi şəxsi inzibati məsuliyyətdən yayındırmaq məqsədi daşıyır, işin icraatını istisna edən, xitam verilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir, ona görə nəzərə alınmır. Təqdim olunmuş sübutların özü ilə müəyyən olunur ki, sorğu publik hüquqi şəxsə 19 sentyabr 2023-cü il tarixdə daxil olmuş, sorğuya cavab 5 gün müddətində deyil, 6 gün sonra tərtib olunmuş və bundan sonra sorğu verən orqana göndərilmişdir. Bunun özü də inzibati xətanın törədildiyini və hüquqi şəxsin bunda təqsirinin olmasını sübut edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsn əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hüquqi şəxs Şəxsn barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, hüquqi şəxsin barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-5439/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5439/2023
14.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver