Məhkəmə qərarları › İş №3(007)-5445/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5445/2023

14.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5445/2023 14.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, Hüquqi ünvanı: Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, ev 142 ünvanında yerləşən Şəxs X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə Bakı şəhəri Nizami Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Nizami Rayon Polis İdarəsi tərəfindən Şəxs X6 barəsində İXM-in 347-ci maddəsi ilə xx.xx.2023-cü il tarixdə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, həmin hüquqi şəxsin mülkiyyətində olan “Fiat Fiorino CWG” minik markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2022-ci il tarixdə, saat 15:25 radələrində inzibati xəta törədilməsi zaman həmin avtomobili idarə etmiş fiziki şəxs haqqında məlumatın tələb edilməsinə dair səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətinə cavab verməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin etibarnamə üzrə nümayəndəsi X3 təqdim olunmuş yazılı izahatın məzmununa uyğun izahat verərək bildirdi ki, Nizami rayon olis İdarəsi tərəfindən verilən sorğuda 1 (bir) il əvvəl, yəni xx.xx.2022-ci il tarixdə, saat 15:25-də yol hərəkəti qaydaları əleyhinə inzibati xəta hadisəsi törətmiş sürücü barədə məlumatların verilməsi xahiş edildiyindən müvafiq araşdırmanın aparılması müəyyən zamanı tələb etmiş, keçən zaman daxilində xx.xx.2022ci il tarixdə ** PK *** dövlət qeydiyyatlı nəqliyyat vasitəsini idarə etmiş sürücü müəyyənləşdirilmiş və həmin sürücü barədə zəruri məlumatların Bakı şəhəri Nizami rayon DYPŞ-nə verilməsi təmin olunmuşdur. Həmçinin yuxarıda sözügedən sorğunun Klinikaya daxil olduğu vaxt erməni separatçılarına qarşı Azərbaycan Silahlı Qüvvələri tərəfindən antiterror əməliyyatının keçirildiyi günlərə təsadüf etmişdir ki, həmin günlərdə də Klinikanın tibbi personalının “N” saylı hərbi hissələrə ezam olunmasından irəli gələn məsələlərin təmin edilməsi zəruri olmuşdur. Əlavə olaraq, Şəxs PHŞ Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olmaqla, bilavasitə Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən və Respublikanın ən iri tibb müəssisəsidir. Klinikanın işçi heyətinin nəzərdə tutulan sayı 2000 (iki mindən) çox olmaqla hazırda Klinikada 1000 ( bir min) çox tibbi və qeyri-tibbi personal çalışır. Klinikanın inzibati idarəetməsindən irəli gələn iş həcmi olduqca böyükdür. Sözügedən sorğu xx.xx.2023-cü il tarixdə daxil olmuş, yuxarıda göstərilən səbəblərdən dolayı sorğunun 5 gün müddətinə cavablandırılması mümkün olmamış, sorğuya cavab 25 sentyabr 2023-cü il tarixdə hazır olmuş, 27 sentyabr 2023-cü il tarixdə poçt vasitəsilə göndərilmişdir. Bütün bunları nəzərə alaraq barələrində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsaslar vardır. Belə ki, hüquqi şəxsin İXM-in 347-ci maddəsi ilə təqsirli bilinməsinə və barəsində inzibati xəta haqqında protokol tərtib edilməsinə səbəb kimi nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın bu barədə sorğusunun daxil olduğu vaxtdan 5 gün müddətinə məlumat verməməsi ilə əlaqələndirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi tərəfindən təqdim olunmuş sənədlərdən aydın olur ki, sorğu ilə bağlı müvafiq məlumatlar 27 sentyabr 2023-cü il tarixdə, 3 gün gecikmə ilə polis idarəsinə göndərilmişdir. Gecikmənin səbəbi kimi isə iş yükünün və işçi sayının kifayət qədər çox olması, polis idarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə törədilmiş inzibati xətaya görə sənədlərin tələb olunması və uzun müddət keçdiyinə görə həmin sənədlərin tapılaraq göndərilməsi üçün vaxt tələb olunması, həmçinin sorğunun klinikaya daxil olduğu vaxt ilə “antiterror əməliyyatlarının” aparılması vaxtının üst-üstə düşməsi və bu səbəbdən işçi qüvvəsinin böyük hissəsinin müavfiq hərbi hissələrə ezam olunması göstərilmişdir. Çünki İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərə əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs X6 barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar