Məhkəmə qərarları › İş №3(007)-5470/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5470/2025

08.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5470/2025 08.12.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, Vəliyeva Nazlı Eldar qızının katibliyi ilə, Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru X4, tələbkar X9, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Bakı şəhəri 06 saylı Vəkil bürosunun vəkili X12 iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Bakı şəhəri Nizami rayon İcra Şöbəsindən Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında protokola və materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında iş üzrə icraat materiallarından və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-942/2019 saylı icra vərəqəsindən görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər 160 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar X10 ödənilməsi qət edilmişdir. İnzibati iş üzrə materiallardan görünür ki, icra məmuru tərəfindən xx.xx.2019-cu il tarixli “icraata başlamaq haqqında” qərar ilə icraata başlanılmış və borclu Şəxs tələbin könüllü icrası barədə məlumatlar göndərilmişdir. Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin böyük icra məmuru X11 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-942/2019 saylı icra sənədini tam icra etməmiş, bu səbəbdən tələbkar X10 1400 manat aliment borcu yaranmış, bununla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında icra məmuru X11 izahatında göstərdi ki, Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icraatında Şəxs barəsində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-942/2019 saylı icra vərəqəsi üzrə icra işi mövcuddur, icra sənədinin icrasına başlanılmış və borclu Şəxs tələbin könüllü icrası barədə məlumat göndərilmişdir. Borclu icra sənədi üzrə toplanmış borcdan ödənişlər etmiş, lakin icra sənədini tam icra etməmiş, protokol tərtib olunan günə 1400 manat borcu yaranmış, lakin hal-hazırda borcundan 350 manat tələbkara ödəniş etmişdir. Məhkəmə iclasında tələbkar X16 məhkəməyə ərizə təqdim edərək bildirdi ki, qeyd olunan icra sənədi üzrə borclunun ona 1150 manat borcu olmuş, hazırda həmin borcdan 350 manat ödəniş etmiş, borclunun 800 manat aliment borcu qalmışdır. Məhkəmə iclasında borclu Şəxs izahatında göstərdi ki, Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin icraatında olan icra işi üzrə yaranmış borcdan bu günkü gün 350 manat ödəmişdir, hal-hazırda borcun ödənilməsindən yayınmır. Qalan borcu da qısa zamanda ödəyəcəkdir. Qeyd olunanlara əsaəsn, məhkəmədən barəsindəki inizbati xəta haqqında iş üzrə icraat xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi X20 bildirdi ki, borclu borcun ödənilməsindən yayınmır, hazırda da 350 manat ödəniş etmişdir. Qeyd olunanların nəzərə alınaraq, inzibati xəta haqqında materiala xitam verilməsini məhkəmədən xahiş etdi Məhkəmə, inzibati xəta haqqında protokolu daxil olmuş iş materialları ilə əlaqəli araşdırıb, inzibati işin baxılmasında iştirak edən şəxslərin izahatını dinləyərək hesab edir ki, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə iclasında tələbkar tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizə ilə müəyyən olundu ki, borclu Şəxs tərəfindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-942/2019 saylı icra vərəqəsi üzrə yaranmış borcdan 350 manat məbləğində tələbkara ödəniş edilmişdir. Məhkəmə hesab edir ki, borclu Şəxs tələbkara müəyyən məbləğlərdə ödəniş etməsi, icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən icra etməmə kimi qiymətləndirilə bilməz. Odur ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, borclu Şəxs barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 06 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 saylı qərarına əsasən hüquqi yardım haqqı 11 manat miqdarında nəzərə alınmaqla müdafiəçiyə 66 manat əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə 06 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi X17 66 (altmış altı) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Axundov İş № 3 (007)-278/2022 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU BAKİ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ 03 fevral 2022-ci il Bakı şəhəri Bakı şəhəri Nizami rayon Məhkəməsinin hakimi X21, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 iştirakı ilə, X6 barəsində Azərbaycan Respublikası İXM-nin 333.2 və 329.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Baş Polis İdarəsi X30 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq Məhkəmə iclası saat 15:00-da açıldı. Sədrlik edən məhkəmə iclasını açır və baxılacaq inzibati işi elan edir. Sədrlik edən məhkəmə iclasına çağırılmış şəxslərdən kimin gəlib-gəlməməsi barədə məlumat vermək üçün məhkəmə iclas katibinə söz verir. Katib məlumat verərək bildirir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X13 məhkəmə iclasında iştirak edirlər. Sədrlik edən proses iştirakçılarının şəxsiyyətini müəyyən edir və səlahiyyətlərini yoxlayır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: X13, 11 may 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 2 ünvanda qeydiyyatda olan Sədrlik edən hakimi və katibi elan edir. X8. X26 Bəxtiyar oğlu. Sədrlik edən proses iştirakçılarından hakimə və katibə etirazın olub-olmamasını soruşur. Etiraz daxil olmadı. Sədrlik edən barəsində inzibati qaydada icraat aparılan şəxsə AR İXM-nin 61-ci maddəsinə əsasən hüquq və vəzifələrini izah edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: - Hüquq və vəzifələrim mənə aydındır. Vəkilə ehtiyacım yoxdur. Məhkəmədə hüquqlarımı özüm sərbəst müdafiə edə bilərəm. Ona görə də vəkilin iştirakı olmadan işimə baxılmasını xahiş edirəm. Sədrlik edənin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə sualcavabı -İnzibati protokolla tanış olmuşam. Törətdiyim əməldən peşmanam. Sədrlik edən Bakı şəhəri Nizami rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokolu elan edir. Sədrlik edən proses iştirakçılarından etiraz və vəsatətlərinin olub-olmamasını soruşur. Etiraz və vəsatət daxil olmadı. Sədrlik edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə izahat üçün söz verir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 izahatı: - Hörmətli hakim! Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 yanvar 2019-cu il tarixli 2 (008)-500/2019 saylı icra vərəqəsinə əsasən, xx.xx.2018-ci il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X7, xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 120 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində aliment məndən alınaraq X5 verilməlidir. Bakı şəhəri Sabunçu Nizami Rayon Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli 2 (007)- 111/2020 saylı icra vərəqəsinə əsasən, birgə nigah dövründə alınmış, 09 aprel 2019-cu il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi əsasında satılmış “Mercedes Benz C230” minik markalı **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə olunmuş 10 000 manat pul vəsaitinin yarısı, yəni 5 000 manatı məndən alınaraq X5 verilməlidir. İcra sənədinə əsasən 3515 manat aliment borcum vardır. Borcu ödəyə bilməməyimə səbəb xx.xx.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi törətdiyimə görə avtomobilin cərimə meydançasında saxlanılması olub. xx.xx.2022-ci ildə avtomobili cərimə meydançasından çıxarmış və xx.xx.2022-ci il tarixdən Ç.Məmmədovanın hesab kartına 10 manat ödəniş etməyə başladım.03 fevral 2022-ci ildə Ç.Məmmədovanın hesab kartına 150 manat ödəniş etdim. Barəmdə başlanmış inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edirəm. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə sual olmadı. Sədrlik elən iş materiallarını elan edir. Sədrlik edən əlavələrin olub-olmamasını soruşur. Əlavələr daxil olmadı. Sədrlik edən qərarın çıxarılması üçün müşavirə otağına gedir. Müşavirə otağından qayıtdıqdan sonra sədrlik edən qərarı elan edir. Qərardan şikayət və protest vermə müddəti və qaydasını izah edir. Məhkəmə iclası bağlı elan olunur. Protokol 03 fevral 2022-ci il tarixdə tərtib olundu. Sədrlik edən: Katib:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar